Ana səhifə

Tale mövzusunda ətraflı məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Tale mövzusunda ətraflı məlumat verərsiniz?
Cavab: 

1- Qədər mövzusunda ağlınıza ilişən hər şeyi soruşa bilərsiniz. Bu vəziyyət inkar etdiyiniz mənasını verməz. Necə ki Qurandan öyrəndiyimizə görə Hz. İbrahim (ə.s.) ölülərin necə dirildiləcəyini soruşmuş, sonra da Allahım inanmadığımdan deyil, ürəyim rahat olsun deyə soruşuram demişdir. Bu səbəblə bizlər də ağlımıza ilişən suallarımızı soruşa bilərik. Biz də əlimizdən gəldiyi qədər cavab verməyə çalışarıq.

 

2- Qədərin əsas mənası Allahın, olmuş olacaq hər şeyi bilməsi deməkdir. Diqqət yetirsək insan iradəsini yox saymır. Bilmək ayrı etmək ayrıdır. Bilən Allahdır, edən quldur. Bu mövzuya bir misal verək;

 

Peyğəmbərimiz İstanbulun fəthini yüz illər əvvəl müjdələmiş və xəbər vermişdir. Zamanı gəlincə də dediyi kimi çıxmış. İndi, İstanbul Peyğəmbərimiz dediyi üçünmü fəth edildi, yoxsa fəth ediləcəyini bildiyi üçünmü söylədi. Demək ki Allah Fatehin çalışıb İstanbulu fəth edəcəyini bilirdi və bunu elçisi Hz. Peyğəmbərə bildirdi.

 

Buradakı incə nöqtə: Allah bildiyi üçün etmirik. Biz edəcəyimiz üçün Allah bilir. Onsuz da Allahın gələcəyi bilməməsi düşünülə bilməz. Bilməsə yaradıcı ola bilməz.

 

 

3- Dünyaya gələn hər insan bir qədər proqramına tabedir. İnsanın nə edəcəyini, başına nə gələcəyini Uca Allah əzəli elmində bilir. Ancaq Allahın bilmiş olması, insanın o işi etməsini məcbur etməz. Çünki Allah, insanın önünə sonsuz variantlar qoymuşdur.

 

İnsan öz iradəsini istifadə edərək, hansı yolu seçsə, Allah onu yaradar. Bu səbəbdən məsul olan insanın özüdür.

 

Bu məsələdə belə bir nümunə verilər: Bir mənzilin üst qatının nemətlərlə, alt qatının isə işgəncə alətləriylə dolu olduğunu və bir adamın bu mənzilin lifti içərisində olduğunu fərz edin. Özünə, mənzilin bu vəziyyəti daha əvvəl izah edilmiş olan bu adam, üst qatın düyməsini basdığında nemətlərə qovuşacaq, alt qatın düyməsini basdığında isə əzaba düşəcək.

 

Burada iradənin etdiyi tək şey, yalnız hansı düyməni basılacağına qərar verməsi və təşəbbüs etməsidir. Lift isə, o adamın gücü və iradəsiylə deyil, müəyyən fizika və mexaniki qanunlarla hərəkət etməkdədir. Yəni, insan üst qata öz gücüylə çıxmadığı kimi, alt qata da öz gücüylə enməməkdədir. Bununla birlikdə liftin hara gedəcəyinin təyin olunması, içindəki adamın iradəsinə buraxılmışdır.

 

İnsanın öz iradəsiylə etdiyi bütün işlər, bu ölçüylə qiymətləndirilə bilər. Məsələn; Cənabı Haqq, meyxanaya getmənin günah, məscidə getmənin isə fəzilətli olduğunu bildirmişdir. İnsan isə öz iradəsiylə, nümunədəki lift kimi hər iki yerə də getməyə uyğundur.

 

 

Evlilik də belədir. Evlənəcək insanın qarşısında çox sayda variantlar vardır. Necə birini istəmək sizin əlinizdə. Seçiminizə görə Cənabı Haqq da yaradar. Allahın bilməsi belə bir seçimdə olmanızı məcbur etməz.

 

4- Qədəri ikiyə ayıra bilərik: ızdırari qədər, ixtiyari qədər.

"ızdırari qədər"də bizim heç bir təsirimiz yoxdur. O, tamamilə iradəmiz xaricində yazılmış. Dünyaya gələcəyimiz yer, anamız, atamız, şəklimiz, qabiliyyətlərimiz ızdırari qədərimizin mövzusudur. Bunlara özümüz qərar vermirik. Bu növü qədərimizdən ötəri məsuliyyətimiz də yoxdur.

İkinci qisim qədər isə, iradəmizə bağlıdır. Biz nəyə qərar verəcəyiksə və nə edəcəyiksə, Allah əzəli elmiylə bilmiş, elə təqdir etmişdir. Sizin soruşduğunuz sualda bu sahədə müzakirə edilməkdədir. Yəni siz bir namizəd tipi təyin edirsiniz və axtarırsınız. Allahda sizin istədiyiniz xüsusiyyətlərə sahib bir neçə adamı önünüzə çıxarır. Sizdə bunlardan birini iradənizlə bəyənib qəbul edirsiniz. Alahın alacaağınız yoldaşın kim olduğunu əzəldə bilməsi qədər, lakin sizin iradənizlə seçicilik cüzi iradə dediyimiz insanın məsuliyyət sərhədləridir.

 

İnsan etdiyindən məsul olmasaydı, "yaxşı" və "pis" sözləri mənasız olardı. Qəhrəmanları təqdirə, xainləri alçaltmağa gərək qalmazdı. Çünki, hər ikisi də etdiyini istəyərək etməmiş olardılar. Halbuki heç kim belə iddialarda olmaz. Vicdani olaraq hər insan, etdiklərindən məsul olduğunu və küləyin qarşısında bir yarpaq kimi olmadığını qəbul edər.

 

5- Duanın növləri var. Məsələn sizin sabah bir imtahanınız var. Bu imtahanın duası çalışmaqdır. Buna hərəkəti dua deyilir. İşi gördükdən sonra əllərinizi qaldırar " ya rəbbi mənə xeyirlisini nəsib et" deməniz sözlü bir duadır. Saf və xalis bir şəkildə və nəticəyə qənaət edərək dua etmək lazımdır. Çünki, bəzən istədiyimiz bir şeyin haqqımızda xeyirli olmayacağını Allah bilər lakin biz bilmərik. Sonsuz rəhmət sahibi Allahımızda bunun xeyirli olmayacağını bildiyindən ötəri, fərqli bir şəkildə qəbul edər. Həzrəti Məryəm anamızın doğulma vaxtında anası Onu məscidə həsr edər. Və Onun kişi deyil qız olduğunu görüncə çox çaşar və kədərlənər. Alimlərimiz bu vəziyyəti misal gətirərək deyərlər ki, Allah şübhəsiz etdiyimiz duaları qəbul edər. Bəzən daha fərqli və daha gözəl bir surətdə qəbul edər. Hz. Məryəm 100 kişi dəyərində bir qız. Allah anasının duasını qəbul etmədi deyilməməli. Əksinə daha gözəl bir surətdə qəbul etdi deyilməlidir. Bəzən də dünyada heç qəbul edilmədi zənn edilər. Lakin cənnətdə daha ülvi və gözəl şəkildə qəbul edilir.

 

Bu şərhlərə görə xeyirli yoldaş üçün həm dini ölçülərə görə araşdırmaq həm də dua etmək bizim vəzifəmizdir.

 



04-01-2010 08:42:12

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz