Ana səhifə

Tövbə namazı varmı ,necə qılınır,neçə rükətdir?


YazdırSend to friend
Sual Detayı: 
ALLAHIN SALAMI OLSUN SIZLERE EVVELCE TEWEKKUR EDIREM KI MENE KOMEK EDIRSIZ BU YOLDA ALLAH DA SIZE KOMEK OLSUN INWALLAH...MEN BIR INTERNET SAYTINDA OXUDUMKI GUNAHIN BAQIWLANMASI UCUN ORUC TUTMAQ TOVBE NAMAZI QILMAQ BIRDE NESE DIMEK LAZIMDI AMMA BLMIREM NECE EDIM YENI NAMAZDA TOVBE NAMAZINDA NE DIYIM NECE RUKET QILIM ORUCU NECE GUN TUTUM BILMIREM XAIW KOMEK EDINDE
Cavab: 

   Allah`ın Salamı ,Rəhməti və Bərəkəti üzərinizə olsun.

    Edilən tövbənin qəbulu üçün qılınan iki rükətlik namaz. Məndup(edilməsi savab,edilməzsə günah olmayan əməl) sayılan nafilə bir ibadətdir.
    Bir Müsəlman, insan olaraq bir günah işlərsə, bundan peşmanlıq duyması, yəni tövbə etməsi lazımdır. İşlənən hər növ günahdan ötəri Allah Təâlâ'ya tövbə etmək və bir daha işləməmək üzrə "qəlbi əzm"də olmaq əsasdır.

      İşlədiyi günahlarına peşman olan adamın Allah`ın fəzl və kərəminə, tövbələri qəbul ediciliyinə sığınmağa ehtiyacı vardır. Bunun üçün iki rükət namaz qılaraq işlədiyi günahdan ötəri məğfirət olunmağı diləməsi mənduptur.
    Tövbə namazı ilə əlaqədar bir hədis râviyeti belədir:

"Ali İbn Əbu Talib (Allah ondan razı olsun)`dən belə nəql olunmuşdur: Mən Rəsulullah (Sallallâhu Aleyhi Vəsəlləm)`dən bir hədis eşitdiyim zaman, Allah dilədiyi qədər məni o hədisdən faydalandırdı. Başqası ondan mənə hədis rəvayət etdiyi zaman râviyə and təklif edərdim. And içdiyi zaman onu təsdiq edərdim. Əbu Bəkir (Allah ondan razı olsun) də mənə bir hədis rəvayət etdi. Əbu Bəkir doğru söylədi. Dedi ki, Rəsulullah aleyhissalâtu vəssəlâm :  "Günah işləyən bir adam, günah işlədikdən sonra dəstəmaz alıb, dəstəmazını (sünnə və ədəbinə diqqət yetirərək) gözəlcə alar, sonra iki rükət namaz qılar, və günahının məğfirətini Allah 'dan diləsə, Allah ona məğfirət(bağışlayar) edər buyurdu" (İbn Mâcə, Sünən, Kitabü İkamətü's-Salât, 193).

Eyni hədisin digər bir rəvayəti də belədir:

...Əsma b. əl-Hakim, Ali (Radiyallâhu Anh)`ni belə deyərkən eşitdim, demişdir: "Mən Rəsulullah (Sallallâhu Aleyhi Vəsəlləm)`dən bir şey eşitdiyim zaman Allah`ın dilədiyi ölçüdə onunla əməl etməyə çalışan biriyəm. Əfəndimizin səhabələrindən biri mənə bir hədis versə, ondan and içməsini istəyər, and içsə qəbul edərəm. Əbu Bəkir (Radiyallâhu Anh) doğru söyləyər-mənə belə xəbər verdi: "Rəsulullah (s.ə.v)`ı  "Bu kimsə bir günah işlər də dərhal sonra gözəlcə dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və Allah`dan bağışlanma diləsə, Allah onu mütləq bağışlayar" deyərkən eşitdim, Rəsulullah davamla: "Onlar pis bir şey etdiklərində və ya özlərinə zülmətdiklərində Allah 'ı xatırlayarlar..." mənasındalı ayəni sonuna qədər oxudu" (Əbû Davûd, Sünən, Vitr, 26).

    Bu rəvayətlər, işlənən bir günahdan sonra edilən tövbənin o günahın bağışlanmasına vəsilə olacağına işarə etməkdədir. Lakin qaidə olaraq tövbədən əvvəl Allah Rəsulu`nun ifadəsiylə "gözəlcə sünnəyə və ədəbə uyğun olaraq dəstəmazın alınması, ardından da iki rükət namaz qılınması" lazımdır.
    Tövbə və istiğfardan əvvəl qılınan iki rükət namaz adamı dünyadan və dünya zövqlərindən uzaqlaşdırıb Allah`a yaxınlaşdırar. Etdiyi rüku və səcdələr Allah`ın hüzurunda ehtiyac və zəifliyinə, Onun Gücü qarşısında acizliyinə işarə edər. Bu ruh halı içərisində Rəbbinə əl açıb dua edən, üzr istəyən adamın dua və tövbəsi qəbul edilməyə daha layiqdir. Ayrıca edilən pislikdən sonra namaz qılmaqda, "...Yaxşılıqlar pislikləri aradan qaldırar." (Hud, 11/114) mənasındakı ayət-i kərimənin ifadə etdiyi mənânın ortaya çıxdığı görülməkdədir (Əbu Davud, Sünən, terc. heyət, 6/23, Ayrıca baxın: Təfsiru Sindî, Âl-i İmran, 14; Tirmizî, Salât, 181; Ahməd b. Hanbəl, I, 2-9-10).

      Rəvayətdə keçən ayənin tam tərcüməsi belədir:

"Yenə o kimsələr ki, bir günah işlədikləri zaman, yaxud özlərinə zülm etdiklərində Allah`ı yada salarlar, və günahlarının bağışlanmasını istəyərlər, - bəs günahları Allah`dan başqa kim bağışlaya bilər? - və işlədikləri (günahlarda) bilə-bilə israr etməzlər." (Âl-i İmran, 3/135).

    Ayət-i Kərimə`dəki "pis bir şey"dən məqsəd," zina kimi çox çirkin görülən, bundan əlavə böyük günahlar və başqasını da əlaqədar edən günahlardır" (M. Həmdi Yazar, Qur`an Dili, II, 1177).
    "Özünə yəni nəfsə zülm" də təfsirlərdə keçdiyi şəkliylə, zina qeydi olmadan hər hansı bir günah və ya başqasını elaqədar etməyən, başqasına toxunulmayan günahlar və kiçik günahlardır (Seyyid Kutub, Fizilâl-il-Kur'an, tərc. heyet, II, 454; İbn Kəsir, Təfsir, tərc. B. Çətinər, B. Karlığa, IV, 1370; M. Hamdi Yazır, Kur'an Dili, II, 1177).
    Bütün bunlardan aydın olan odur ki, Allah`ın müttəqi ( Allah`dan qorxan, günahlardan çəkinən) qullarının insan olmanın gərəyi işlədikləri hər hansı bir günahda dərhal Allah`ı xatırlayaraq həya və qorxularından dolayı günahlarına tövbə etmələridir.
    Bunun da çıxış yolu Allah Rəsulu`nun nəzərdə tutduğu şəkildə iki rükət namaz qılıb daha sonra istiğfar etmələridir.Ümumiyyətlə etdiyimiz bir günühdan dolayı Allah`ın əmrlərindən oruc,namaz, sədəqə kimi ibadətləri yerinə yetirməklə günahımızı təmizləyə bilərik.

    Digər tərəfdən günahı işləməyə bizi sövq edən nəfsimiz olduğundan ona cəza verməliyik.Bu cəzaya isə ruhumuzu Rəbbimizə yaxınlaşdırıb,nəfsimizi O`na itaət halna gətirəcək olan orucu aid etmək olar.Yəni az yemək,az yatmaq,az danışmaqla nəfsimizə cəza verib, onu tərbiyə etməliyik.



21-04-2014 03:54:18