Ana səhifə

"Ümmətimin ixtilafı rəhmətdir." hədisini izah edə bilərsinizmi?


YazdırSend to friend
Sual Detayı: 
"Ümmətimin ixtilafı rəhmətdir." hədisini izah edə bilərsinizmi? BU hədis səhihdirmi?
Cavab: 

     Bəzi hədislərə "uydurma" deyib keçənlər, daha çox o hədisdəki mənanı, hədisin nə məqsədlə deyildiyini bilməyən, idrak edə bilməyən kəslərdir. Hal belə olunca, məsələnin mahiyyətini bilmədən o barədə fikir bildirənlərin sözlərinin bir qiymətinin olmadığını yaddan çıxarmamalıyıq.

     Peyğəmbərimiz aleyhissalatu vəssəlam'dan rəvayət edilən hədislər İslam alimləri tərəfindən çox titiz və ciddi bir incələmə, araşdırma sonunda bizə qədər gəlmişdir. Sadəcə bir hədisi öyrənmək üçün Mədinədən qalxıb Misirə səyahət edən Əbu Əyyup əl-Ənsârî'nin səyi bu məsələni isbata kafidir. Daha sonra davam edən əsrlər boyunca, təxminən dörd-beş əsrlik bir dövrdə, hədis alimləri gecələrini gündüzlərinə qataraq hədislərin səhhəti, doğruluğu barəsində işlər görmüşlər. Hədis olaraq duyduqları hər şeyi dərhal qəbul etməmişlər; kim rəvayət etmiş, necə bir rəvayət silsiləsi təqib etmiş, hamısını tək-tək araşdırmışlar. Hətta bu rəvayət silsiləsinin fərqliliyindən dolayı hədislər dərəcələndirilmiş, buna görə hədis kitabları hazırlanmışdır.

     Bəzi hədislər vardır ki, mənası eyni olmaqla yanaşı fərqli şəkildə rəvayət edilmişdir. Yenə bəzi hədislər də vardır ki, hədis elminin terminlərinə görə, səhhət dərəcəsinə görə "mərfu, munkati, mürsəl, zəif" şəklində sıralanmışdır. Hədis alimləri ilk anda aydın ola bilməyən bu növ hədisləri hədis elminin öz əsasları çərçivəsində, bəzi ayə və hədislərin məna bütövlüyü içində anlamağa çalışmışlar, ona əsasən izah və şərhlər gətirmişlər.

     Məhz "Ümmətimin ixtilafı rəhmətdir." mənasındakı hədisi şərif, yuxarıda sözünü etdiyimiz xüsuslara aiddir. Bu hədis-i şərifə İslam tarixi boyunca müxtəlif etirazlar edilmişdir. Hədis alimləri onlara lazım olan cavabı verərək, etirazlarının manasızlığını ortaya qoymuşlar.

    Bu cür hədisi-şəriflərə bir nümunə olması baxımından, bu barədə hədis alimlərinin sözlərini və şərhlərini bir az geniş şəkildə vermək istəyirik. Ta ki, hər anlamadığı hadisə "mövzudur (uydurma)" deyib keçənlər bu barədə ehtiyatlı olsunlar.

     İmam Aclûnî'nin "Kəşfül-Xafa" adlı bir əsəri var. Bu əsər, haqqında münaqişə edilən və hədis olaraq duyulmuş olan sözlərin hədis olub olmadıqlarını araşdırır. Hədis sahəsində edilmiş ən orijinal bir araşdırmadır. Bu hədis haqqında hədis alimlərinin bu izahlarına yer verilir: İmam Beyhəqi Medhal'də İbni Abbasdan bu mənada bir hədis rəvayət edir:

"Əshabım səmadakı ulduzlar kimidir. Hansından hədis alsanız, doğrunu taparsınız. Səhabələrin ixtilafı sizin üçün rəhmətdir." (Əl-Acluni, Kəşfül-Xafa, I / 64; əl-Münavi, Feyzü'l-Qadir, I / 210-212)

     Yenə Bəyhaqi eyni yerdə bu hadisə yer verməkdədir:

"Muhəmmədin (a.s.m.) Səhabələrinin ixtilafı Allahın qulları üçün bir rəhmətdir."

    Oxşar tərcümədəki hədisin varlığını, Təbərani, Deyləmi, Əbu Nəim, əz-Zərkəşi, İbni Həcər kimi hədis alimləri də bildirirlər. Böyük hədis alimi Xəttabi isə belə deyir:

"Bu hədis-i şərifə iki adam etiraz etmişdir. Biri dəli, o birisi də dinsizdir. Bunlar əl-Musilî ilə Cahiz`dir. Bunlar belə deyirlər: "Əgər ixtilaf rəhmət olsaydı, ittifaq əzab olardı."

    Bunun bir axmaqlıqdan ibarət olduğunu ifadə edən Xattabi "ixtilaf" ı belə izah edir:

"İxtilaf üç növdür. Birincisi və ikincisi Allahın zat və sifətindəki ixtilafdır ki, biri küfr, digəri bidətdir. Bir də fərqli cəhətləri olan fiqhə aid fəri (təfərrüat) məsələlərdəki ixtilafdır. Məhz buradakı ixtilaf ümmət üçün rəhmətdir. "

     Ömər bin Əbdüləziz isə belə deyir:

"Əshabi-kiram ixtilaf etməmişdir.' sözü heç xoşuma gəlmir. Əgər onlar ixtilaf etməsəydi heç bir məsələdə rüsxət (icazə) çıxmazdı."

    İmam Nəvəvi isə, Səhih-i Müslim şərhində, bir vəsiləylə ixtilaf mövzusuna toxunur və bu xüsusa bu izahı gətirir:

"Bir şeyin rəhmət olması, onun ziddinin əzab olması mənasına gəlmir. Bu hədisdə də belə bir şey yersizdir. Bunu ancaq cahillər və ya bilməz görünənlər söyləyər. Cənabı-Haqq belə buyurur:

'Rahat edəsiniz deyə gecəni sizin üçün yaratması Onun rəhmətindəndir.'

Gecəyə 'rəhmət' deyilmişdir, bundan gündüzün əzab olması mənası çıxmaz. "(bax. Şərhu Muslim, 11 / 91-92; Acluni, a.y)

   Yenə bəzi alimlər, "Ümmətim dəlalət üzərində toplanmaz." hədisini zikr edərək, "Bundan ümmətin ixtilafının rəhmət olmadığı mənası anlaşılmamalı" deyərlər.

    Hədisdəki "ixtilafdan" hansı mənanın qəsd edildiyi barəsində da alimlər belə deyirlər:

   "Buradakı ixtilafdan məqsəd, dinin əsl məsələlərindəki ixtilaf olmayıb, fər'i məsələlərdəki ixtilafdır. Çünki dinin əsillərindəki ixtilaf zəlalətdir (Qazı İyaz, Sübki). Bu məsələdəki ixtilafdan məqsəd, ümmətin sənət, məqam, mövqe və mərtəbələrindəki ixtilafdır. Bu da ümmət üçün rəhmətdir. Çünki fərqli sənətlərin olması hər kəsə faydalıdır. (İmam Harameyn). "

    Hədis alimlərinin bu xüsusdakı birləşdikləri nöqtə fər'i məsələlərdəki ixtilafdır. Bunun da adı ictihaddır. Müctəhidlərin isə dinin əsillərində deyil də, fər'i məsələlərdəki ixtilaflarından , yəni fərqli ictihadda olmalarından məzhəblər meydana gəlmişdir. Məzhəblərin fərqli fərqli olması da müsəlmanlar üçün bir rəhmət olmuşdur. Çünki hər müsəlman, öz şərtlərinə görə bir məzhəbi təqlid edərək əməl və ibadətini yerinə yetirmişdir.

    Müctəhidlər bir məsələdə ixtilafa düşsələr, isabət edənlər iki savab alarkən, yanılmış olanlar bir savab alırlar. Dini məsələdəki doğrunu axtararkən yanılmaları belə onlara bir günah qazandırmır, savab qazandırır. Bu məsələdəki daha geniş izahı Feyzü'l-Kadirin birinci cildinin 210-212 səhifələrinə baxıla bilər.

   "Ümmətimin ixtilafı rəhmətdir." Tərcüməsindəki hədis-i şərif, "haqqa xidmətdəki ixtilaf, fərqli fikir bəyanı, müxtəlif şərhlər ortaya qoymaq" tərzində anlaşıldığında mövzu bir az daha ümumiləşməkdədir. Çünki müsəlmanların eyni əsas və gerçəklərə inanmasıyla yanaşı, hər fərd müstəqil bir şəxsiyyət və düşüncə quruluşuna sahibdir. Bunun üçün də hədisələri dəyərləndirərkən fərqli bucaqlardan yaxınlaşıla bilər və şərh oluna bilər.

   Müsəlmanlar məsələlərini məşvərət yolu ilə həll edəcəklərinə görə, hər kəs səmimi bir şəkildə fikirlərini açıqlayar, elmi və ixtisası daxilində fikirlərini bəyan edər. Məhz bu yönüylə ixtilaf maddi və mənəvi inkişafın qaynağı olar. Bədiüzzaman bu hədis-i şərifi "Məktubat" adlı əsərində izah edərkən, məsələni üç suala üç cavab çərçivəsində ələ alır və misallarla izah edir. Bu izahı qısa şəkildə verək:

    Sual və cavab:

   - Hədisdə, "Ümmətimin ixtilafı rəhmətdir" deyilmişdir. İxtilaf isə tərəfdar olmağı tələb edir. Bu necə rəhmət olur?

   Hədisdə ifadə edilən "ixtilaf" müsbət olanıdır. Haqqa xidmət edən, İslami həqiqətləri möhtac olanlara çatdırmağa çalışan kəslər müəyyən ölçülərdə fikir alış-verişində olacaqlar. Lakin bu vaxt hər kəs peşəsinin və xidmət tərzinin təmir və rəvacına çalışmalıdır. Başqasının fikir və xidmətini təxrib və ləğv etməyə deyil, tamamlanmasına və islahına cəhd etməlidir. Bu müsbət tərəfi. Mənfi ixtilaf isə, kin, həsəd və düşmən kimi hisslər bəsləyərək bir-birlərinin təxribatına çalışırlar. Hədis bunu rədd edir. Çünki bir-birləriylə boğuşanlar müsbət hərəkət edə bilməzlər.

    İkinci sual: tərəfdarlıq xəstəliyi məzlum xalqı zalım kəslərin şərindən qurtarar. Çünki bir qəsəbənin öndə gedənləri birləşsələr məzlum xalqı əzərlər. Əgər tərəfdarlıq olsa, məzlum tərəfə sığınaraq özlərini qoruyarlar.

Bu məsələ də belə izah edilir:

Əgər tərəfdarlıq haqq naminə olsa, bu vəziyyət haqlı və məzlumlara bir sığınacaq ola bilər. Halbuki indiki qərəz dolu və nəfs hesabına edilən tərəfdarlıq haqlılara deyil, haqsızlara sığınacaq olmuşdur. Onların dayanacaqları nöqtə şəklinə girmişdir. Çünki bu növ insanların yanına şeytan gəlsə, onun fikrinə kömək edib tərəfdar olsa, ona rəhmət oxuyur. Əgər qarşı tərəfə mələk kimi bir adam gəlsə, ona lənət oxuyacaq dərəcədə bir haqsızlıq göstərir.Dolayısıyla bu növ ixtilafdan rəhmət olmadığı kimi, müsbət mənada bir nəticəyə varılmaz.

Üçüncü məsələ də belədir:

Həqiqət hesabına edilən fikri müzakirələrdə məqsəd və əsasda birləşilməklə birlikdə, vəsilələrdə ixtilaf edilir, fərqli düşünülür. Bu müzakirə gerçəklərin hər küncünü ortaya çıxardığı kimi, haqqa və həqiqətə də xidmət edir. Lakin tərəfkeş bir şəkildə və qərəz dolu Fironlaşmış nəfs hesabına və özünü bəyənərək edilən fikri bir müzakirədən həqiqət parıltıları deyil, bəlkə fitnə atəşləri çıxar. Çünki bu tərz fikri bir müzakirəyə girən kəslərin fikirlərinin eyni nöqtədə birləşməsi mümkün deyildir. Çünki haqq naminə edilmədiyi üçün, müzakirələr ifrat bir hal alar, sonsuza qədər davam edib gedər. Müalicəsi mümkün olmayan çatlaqlara, yaralara səbəb olar. Çünki məqsəddə ittifaq edilməmişdir.

Verdiyimiz bu izahlardan sonra Bədiüzzaman bu barədə bütün möminlərə bu xəbərdarlığı edir:

“Ey ehl-i îman! Zillet içinde esaret altına girmemek isterseniz, aklınızı başınıza alınız. İhtilafınızdan istifade eden zalimlere karşı, [Mü’minler ancak kardeştir, meâlindeki âyet-i kerimenin] kal’a-i kudsiyesi içine giriniz, tahassün ediniz [sığınınız]. Yoksa ne hayatınızı muhafaza ve ne de hukukunuzu müdafaa edebilirsiniz. Malumdur ki, iki kahraman birbiriyle boğuşurken iki çocuk ikisini de dövebilir. Bir mizanda (terazide) iki dağ biribirine karşı müvazenede bulunsa [tartılsa] bir küçük taş müvazenelerini bozup onlarla oynayabilir, birini yukarı, birini aşağı indirir."

"“İşte, ey ehl-i iman! İhtiraslarınızdan ve husumetkârâne [düşmanca] tarafgirliklerinizden kuvvetiniz hiçe iner, az bir kuvvetle ezilebilirsiniz. Hayat-ı içtimaiyenizle alakanız varsa, [Mü’minin mü’mine münasebeti, taşları birbirine destek olan sarsılmaz bir bina gibidir.] mealindeki hadiste belirtilen düstur-u âliyeyi düstur-u hayat yapınız. Şefâlet-i dünyeviyeden ve şekavet-i uhreviyeden [dünyada sefaletten ve âhirette azaptan] kurtulunuz.” (Mektubat.s. 247-249)

Bu qədər izahdan və şərhlərdən sonra artıq bu hadisə "mövzudur, uydurmadır" deyib keçmək, məlumatsızlıqdan başqa bir deyildir. Onsuz da heç bir hədis alimi də bu hədisə "mövzu" deməmişdir.Haqqında şübhə edilən hədislərə necə baxmamızın lazım olduğu barəsində Bədiüzzamanın Sözler adlı əsərinin "İyirmi Dördüncü Söz, Üçüncü Dal" ında işlənən "On İki Aslı" gözdən keçirməkdə böyük fayda vardır.

 



21-11-2016 05:19:03

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz