Ana səhifə

Üzərimizdə zəhməti olub da qarşılıq istəməyən birisininə haqqını verməliyikmi?


YazdırSend to friend
Sual Detayı: 
salam men mewgeleye gedirem,demeli men may ayinin pulun iyunun 1 i vermeli idim,bezi sebeblere gore verdim iyunun 10 nu,indi ise cixdim iyulun 17 si ve pularin verib cixdm,sonra "A" muellim mene deyirki iyunun pulun vermemisen mende apardm verdm,amma "B"muellim mene hec ne demedi,belke duwunubki 17 gunde 4 defe ders kecmiwem ayin tamami olmuyub ona gore menden"B" mellim istemedi "A" istedi,"B" mullimimde pul isinde diqetcildi,indi ureyimde xal qaldi men"B"mellime pul verim??ama menden istemiyib
Cavab: 

Burada əsas olan müəllimin sizdən pul istəməsi deyil, sizin ona borcunuzu verib vermədiyinizdir.

Əgər B müəllimə verməniz lazım olan pulu verməmisinizsə verməlisiniz.

Məsələn, tutaq ki, bir ay ərzində 8 dəfə dərsə gedirsiniz və bunun qarşılığında x manat pul ödəyirsiniz. Və indi 4 dəfə dərsə getmisinizsə. O zaman x manatı dördə vurub səkkizə bölməklə verməli olduğunuz haqqı hesablaya bilərsiz: x*4/8



19-07-2015 12:30:39

Düğüme özel