Ana səhifə

Ulul əzim peyğəmbərlər kimlərdir?


YazdırSend to friend
Sual Detayı: 
salamun əleyküm. sualım ulul əzim peyğəmbərlər haqqındadır. 1. nə üçün Adəm və Davud peyğəmbər ulul əzim peyğəmbər sırasına aid deyil . Xahiş edirəm ətraflı izah verəsiniz . Ümumiyətlə ulul əzim peyğəmbər olmaq üçün hansı zirvədə olmaq lazımdır. çox sağ olun.
Cavab: 

Əzm və səbat sahibi peyğəmbərlərə ulul-əzm peyğəmbərlər deyilir. Bunlar Allahın əmirlərini həyata keçirmə barəsində ən çox diqqət və titizlik göstərən peyğəmbərlərdir.

Bütün peyğəmbərlər bezmədən-usanmadan tövhid inancını yaymağa çalışmışlardır. Bu peyğəmbərlər zamanlarındakı zorbalar qarşısında bütün sıxıntılara, maneələrə, çətinliklərə , anlayışsızlıqlara qatlaşmış, xəyanətlərə və işgəncələrə sinə gərmişlərdir.

Bütün peyğəmbərlərin səbat sahibi olduğu barədə alimlər ittifaq ediblər. İslam alimlərinin əksəriyyəti aşağıdakı ayələrdə adları çəkilən peyğəmbərlərin bir dərəcə daha üstün olduğunu qəbul ediblər.

"Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: "Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!" " (əş-Şura; 46/13).

" Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq. " (el-Ahzab, 33/7).

Əzm sahibi peyğəmbərlərin ən önəmli xüsusiyyətlərindən biri də səbir sahibi olmalarıdır. Quran-i Kərimdə bu hal belə bildirilir:

" Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! " (Əhqaf, 46/35).

İslam alimləri Hz. Nuhu, İbrahimi, Musanı, İsanı, peyğəmbərlərin sonuncusu Hz. Muhammədi (s.ə.s) ulul-əzm peyğəmbərlərdən sayarkən bu ayələri dəlil göstərirlər.

Buna görə ulul-əzm sifətinin sadəcə bu peyğəmbərlərə verilməsinin səbəbi bunların müstəqil şəriət sahibi olmaları və bu şəriətlərini yaya bilmək üçün hər cür çətinlik və düşmənliklərə sinə gərib səbr etmələridir (Elmalılı Muhammed Hamdi Yazır, Hak Dini Kur'ân Dili, VI - 4363, 4364).



21-09-2013 07:44:43