Ana səhifə

Universitetə hazırlaşdığım üçün namazlarımın bəzilərini qəza etmək məcburiyyətində qalıram? Mən günahkar olurammı?


YazdırSend to friend
Sual Detayı: 
salam men unversitet hazirlawiram gunumun yarsi muellim yaninda hazirliqlarda kecir,ve cox vaxta zohr ve esr qezaya qalir,amma inanin ki,elimde deyil elimde olsa hamsin vaxtinda qilaram hetta caliwiram ki,hazirliqlari saat 3-4 salim amma alinmir muellimlerin proqramlari ile ust uste duwmur, amma uniye hazirlawiram muellimlerin yanindada serait yoxdur ki,orda qilam men gunah qzaniram ozume???elimde olmayan sebebe gore???????
Cavab: 

Və aleykummussalam.

Məkan da Allah`ın, Zaman da Allah`ın. Biz isə deyirik ki, yer tapa bilmədim, vaxt tapa bilmədim. “Məkanın və zamanın Sahibnin əmrinə tabe olub O`na ibadət etmək istəyirəm amma məkan və zaman tapa bilmirəm”. Nə qədər ziddiyyətli bir şey olduğu göz qabağındadır. Burda məsələ bizədi. Şair nə gözəl söyləmiş:

Verərlər 'mən acizəm, qüdrət sənin' dedikçe

Verən şanı böyük, sən istə istədikcə! (Nəcip Fazıl Kısakürək)

Belə halda namazı qəza etmək doğru olmaz. Çünki namazı qəza etmək üçün zərurət olmalıdır. Zərurət halı isə ölüm təhlükəsi olduğu zaman ortaya çıxar. Yəni namaz qıldığımız halda ölmək, öldürülmək və ya ölmcül hala düşmək təhlükəsi varsa bəlkə də qəza edilə bilər.

Bir fiqh termini olaraq zərurət; dinin qadağan etdiyi bir şeyi etməyə ya yeməyə məcbur edən, sövq edən vəziyyət deməkdir. Bir kimsə haram olan yeməyi yemədiyi və ya içkini içmədiyi halda, öləcək və ya ölümə yaxınlaşacaqsa zərurət halı ortaya çıxmış olar (Əli Heydər, Duraru'l-Hukkâm Şərhi Məcəlləti'l-Əhkam, 3. çap, İstanbul 1330, eynilə çap, I, 76, 79 ).

Sizin məsələ isə həyati bir məsələ deyil. Birinci olaraq, universitetə girmək bir müsəlman üzərinə fərz deyil. İkincisi, universitetə girmək üçün müəllim yanına məşğələyə getmək də şərt deyil, özümüz də oturub hazırlaşa bilərik. Deyək ki müəllim yanına da getməyə məcbur olduq. Bir xeyli səy göstərib, əziyyətlərə qatlanıb namazlarımızı qıla biləcəyimiz bir məşğələ axtarmalı, o olmadısa məşğələ zamanlarını namaza uyğunlaşdırmalı, o da olmadı, evdən çıxarkən dəstamazlı olmalı, hicablı deyiliksə namaz qıla biləcəyimiz bir paltar geyinməli ya da çantamıza namaz paltarımızı qoymalı və namaz xalçasını götürməli (makyaj ləvazimatlarını götürənlər kimi), uyğun zaman yetişib, fürsət ələ keçən kimi şeytana aldanıb da heç kimdən utanıb, çəkinmədən, yalnız Aləmlərin Rəbbindən utanıb, qorxaraq münasib yerə xalçamızı sərib vaxt namazımızı qılmalıyıq. Etdiyiniz bu əməl insanlara da çox böyük bir ibrət dərsi olar, “namaz qılmaq imkan yox iman məsələsidir” mesajını çevrəmizdəkilərə çatdırar,  islami təbliğimizi də sözlə deyil, əməlimizlə yerinə yetirmiş olarıq. Üçüncüsü, bu qədər əziyyətdən və namazlarımızı qəzaya buraxdığımızadan sonra universitetə girəcəyimiz, tutaq ki qəbul olunduq, bunun bizim haqqımızda xeyirli olacağı  nə məlum?

Amma bəzi çətin hallarda namazları qəza etsək ümitsizliyə qapılıb digər namazlara da bu qəzanı sirayət etdirməməliyik. Çünki hər namazın öz yeri, savabı var və digərinə heç bir təsiri yoxdur. Sərbəst olduğuğumuz vaxt namazları vaxtlı-vaxtında qılaq ki, belə çətin hallara düşdüyümüzdə bizə bir inayət əli uzansın. Boş vaxtlarımızdakı namazlarımızı vaxtında, gecikdirmədən, sünnələrini də qıldığımız təqdirdə, belə çətin hallarda qəza etməyimizi baş düşmək olar. 

Bir mömin həm din həm də dünya məsələlərində öndə və örnək olmalı. Etdiyi işin ən gözəlini etməli. Çünki Allah Təala qul bir iş edərkən onu bacara bildiyi ən gözəl səviyyədə etməyini sevər. Biz də həm dinimizdə dünya işlərinə görə güzəştə getmədən, nisbini və fanini önə keçirib, mütləqi və əbədini geriyə atmadan ibadətlərimizi qəzasız, xətasız yerinə yetirməli, həm də gözəl bir niyyətlə dərslərimizi oxuyub nümunəvi bir mömin olub, halal dünya işlərində də müvəffəq, öndə gedən olmalıyıq. Və inşəAllah ki,

“Ey Rəbbimiz, bizə dünyada da gözəllik (hasənət), axirətdə də gözəllik ver və bizi cəhənnəm əzabından qoru!” (Bəqərə surəsi, 201)

duasını edənlərdən olarıq.

Allah sizi  müvəffəq eyləsin. Müvəffəqiyyətiniz Ümmətə xeyirli, faydalı olar, inşəAllah.

Aşağıdakı məqalələr çətinliyinzə işıq tuta bilər.

Oxumaq üçün başını açmaq zərurəti haramı halal edər qisiminə girər mi?

Səlahiyyətli şəxs və ya işəgötürən cümə namazı üçün icazə vermədiyində məmur və işçinin vəziyyəti haqqında məlumat verərsiniz?

İslama xidmət etmək məqsədiylə oxuduğunu söyləyən bir qadin çadrani çixardaraq oxuya bilərmi?



30-07-2014 08:48:41

Düğüme özel