Ana səhifə

Uşağı olmayan qadının boşanmaması caizmi? Uşağın olması üçün oxunacaq dualar varmı ?


YazdırSend to friend
Sual Detayı: 
Salam.Hedislerin birinde Peygemberimiz :cox dogan ve cox seven qadinla evlenin ki,övladlariniz olsun,qiyamet gununde men sizin sayenizde basqa peygemberlerden ümmetimin sayina gore ustun olacam buyurub.men erimle 6 il evli olsam bele evlad qismet olmayib,yeni betndeyken telef olub.Tanri Insallah sevindirer bizi.olmazsa meni hedisdeki qadin kimi olmamagim uzer.ayrilmagi dusunmek istemirem.amma o da ata olmag haqqi var.bu veziyetde sebr ve dua tek carem.islamda men tek qadinin bosanmamasi caizmi?
Cavab: 

Və aleykumussalam.

Əlbəttə caizdir. Bir qadının uşağı olmur və ya uşaq düşür deyə boşanması lazım deyil. Uşaq olmamasının heç bir qəbahəti yoxdur. Çünku belə məsələlər bizim yox Allah`ın istəyi, təqdiri ilə olar. O`ndan gələn hər şey gözəldir.Ya bir başa gözəldir, ya da nəticə etibarı ilə gözəldir

Hədisləri bərabər qiymətləndirdiyimizdə, qiyamətə yaxın uşaq-muşaq çətinliyi az olanlar üçün müjdələr də vardır. Bu baxımdan siz lazım olan tədbirləri adlığınız halda Allah uşaq vermirsə, sizin haqqınıza xeyirli olan şeyin bu olduğunu bilməniz və ona görə hərəkət etməniz lazımdır.

Hədislərdə, "vəlud = doğurqan" qadınlarla evlənmək tövsiyə edilmişidir. Bəzi yoldaşlarına subay olan qızlarla evlənmələrini tövsiyə edən Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in bu ifadələri də doğurqanlıqla (çox uşaq dünyaya gətirə bilmək)əlaqəli kimi görünür. Çünki burada yaş önəmlidir.

Yoxsa, "uşağ olmayan qadınlarla heç evlənməyin" deyə bir şey söz mövzusu deyil. Və onlarla evlənmənin bir eybi da yoxdur. Fikrimizcə, bir qadının doğurqanlığı, ümumiyyətlə onun uşağı olacaq yaşda olmasıdır. Bu da daha çox subay olan qızlardır.

Şəxsən Hz. Peyğəmbər (s.ə.s.) 'in uşağı olmayacağı bəlli olan yaşlı qadınlarla evlənməsi, doğum edə bilməyəcək olanlarla evlənmənin bir eyb olmadığının açıq dəlilidir. Buna görə doğum edə bilməyəcəyi bilinən bir qadınla evlənmənin dini baxımdan bir qəbahəti yoxdur.

Subay, doğurqan qızlarla evlənməyi təşviq edən Əfəndimiz (s.ə.s.), evlənmənin önəmli bir səbəbi olan insanlıq nəslinin davamı üçün lazım olan körpə doğurmanın əhəmiyyətinə diqqət çəkmişdir. Necə ki bir hədis-i şərifdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur:

 

"Şəfqətli / mehriban, doğurqan qadınlarla evlənin. Çünki mən qiyamət günündə digər ümmətlərə qarşı sizinlə fəxr edərəm." (Əbu Davud, Nikah, 2; İbn Macə, Nikah, 1; əl-Fıkhu'l-İslamî, VII / 13).

Uşaq sahibi olmaq üçün oxunacaq dua:

“Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!" Ona belə vəhy olundu: "Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!" O dedi: "Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?" Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!"» (Məryəm surəai, 3-9)

Allah`dan hər şeyin xeyirlisini istəməlidir. Bizim üçün nəyin xeyirli olub-olmadığını bizlər bilmərik. Bir ayəti-kərimədə də bildirildiyi kimi, xeyr zənn etdiyimiz şeylər bəzən bizim üçün şər, şər bildiyimiz da xeyr ola bilər. Onun üçün Allah`dan hər şeyin, eyni zamanda uşağın da xeyirlisini istəməliyik. Uşaq sahibi olmaq əlbəttə hər kəsin istədiyi bir şeydir. Yaradılış qanunları da bu istiqamətdədir. Amma bəzi hallarda bəzi insanlar üçün uşaq sahibi olmamaq xeyirli ola bilər.

Uşağı olmayanlar, bunun səbəblərini araşdırıb bu səbəbləri aradan qaldırmaq və uşaq sahibi olmaq üçün çalışa bilərlər. Lakin bütün səylərə baxmayaraq yenə uşaq olmursa bunu dərd etmək, israrla bu mövzu üzərində dayanmaq da doğru deyil. Bəlkə də onlar üçün xeyirli olan eləsidir. Bəlkə uşaqları olsaydı başlarına bilinmədik bəlalar gələcəkdi və Allah onları o bəlalardan qorumaq üçün uşaq vermədi.

Bəli, uşaq istəməli, bunun yollarını da axtarmalı, amma işi cığırından çıxarıb problem halına gətirməməlidir. Hər şeyin xeyirlisini istəməlidir. Cənab-ı Haqq, haqqımızda hər şeyin xeyirlisini versin. (Amin)

1. "İnnə rabbəkə hüvə'I-xallâqu'l-alim." = "Şübhəsiz ki, Rəbbin hər cür yaratma şəklini bilir." (Hicr, 15/81) ayəsini gecələri 1267 dəfə təkrar edər və bunu üç ay boyunca davam etdirər.

2. Və ya; "Fallâhu huvə'l-vəliyyü və hüvə yuhyi" = "Şübhəsiz ki Allah dostdur və yaradandır." (Şura, 42/9) ayəsini, bərabər olmadan öncə 289 dəfə təkrar edər.

3. Və ya; "HüvaIIahü'l-xâliqu'l-bəriu" = "O yaradandır və yoxdan var edəndir." (Həşr, 59/24) ayəsini 1054 dəfə təkrar edər.)

4. Və ya; tibbi bir problemi olmamaq şərtiylə, uşağı olmayan bir qadın, əgər aybaşı halından üç gün sonra, günorta saatlarına yaxın bir zamanda təmiz bir kağız üzərinə 110 dəfə "Bismillahir Rəhmanir Rəhim" yazıb o kağızı üzərində daşıyaraq yoldaşıyla bərabər olarsa, Allah'ın izni ilə hamilə qalar. (Hamilə qalana qədər kağızı üzərində daşımalıdır.)

Oğlan Uşaq sahibi olmaq üçün oxunacaq dua

"Oğlan olsun, qız olsun, əli-üzü düz olsun." sözü çox əhəmiyyətli bir həqiqəti ifadə edir. Həqiqətən də oğlanın mı, yoxsa qızın mı haqqımızda xeyirli olacağını bilmirik. Allah`dan uşağın da xeyirlisini istəməliyik. Oğlan də qız da istəyə bilərik. Amma bu mövzuda da israrçı olmamalıyıq. Bu mövzuda belə deməlidir:

"Allah`ım, Səndən oğlan (və ya qız) uşağı istəyirik. Amma sən daha yaxşı bilirsən. Haqqımızda hansı xeyirli isə onu ver."

Bəli belə deməli və doğan uşaq istər kişi istər qız olsun əsla etiraz etməməli və ya məmnuniyyətsizlik göstərməməlidirlər. Onsuz da bunun faydası da yoxdur. Çünki bu, kimsənin əlində olan bir şey deyil. Tamamilə Allah'ın təqdiridir. Onun təqdirinə etiraz isə kimsənin həddi deyil. Bu vəziyyət qulluqla, müsəlmanlıqla əsla uyğun gəlməz. Allah'ın təqdirinə könül razılığı ilə boyun əymək, bizə verdiyini baş-göz üstünə qəbul etmək lazımdır. Başdakı cümləni bir dəfə daha təkrarlayaq: "Oğlan olsun qız olsun, əli-üzü düz olsun." Amin.

Oğlan uşağı istəyən, birləşmə əvvəlində bəsmələ ilə üç dəfə ixlas surəsini, sonra da bu duanı oxuyar:

"Allahümməc alnı min lədünkə zürriyyətən tayyi-bətən mutîatən." = "Allah'ım, mənə uca qatından təmiz və hörmətli bir nəsil bəxş et."

(Bilal Eren, Açıklamalı Böyük Dua Hazinesi, səh. 165-166)

"Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır." deyə bir hədis oxudum. Bu hədisin səhih olub olmadığını bilmək isteyirəm? ..

Peyğəmbər Əfəndimizin (s.ə.s.) (Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır) deyə hədis-i şərif i var mı? Bu hədis -Mən ümmətimin çoxluğu ilə iftixar edərəm- hədis-i şərifinə tərs deyilmi?



13-09-2014 06:03:42

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz