Ana səhifə

Uşaq ananın qarşısından keçərsə namaz pozular?


YazdırSend to friend
Sual Detayı: 
Namaz zamanı 17 aylıq uşaq anasının qarşısından keçərsə, paltarlarını dartarsa, səcdəyə gedən zaman onu qucaqlamaq ya da əli ilə çağırmaq istərsə namaz pozular?
Cavab: 

Namaz qılanın qarşısından keçildiyi təqdirdə namaz pozulmaz. Ancaq qəsdən namaz qılanın qarşısından keçən adam günah işləmiş olar. Keçən uşaq isə günah işləmiş olmaz. Uşağın namaz qılanın qarşısından keçməsi və ya səcdə edəcəyi yerdə oturmasından ötəri də namaz pozulmaz. Uşaq səcdə edilən yerə oturmuşsa səcdəyə gedərkən tək əl ilə uşaq kənara çəkilə bilər.

Namaz qılanın səcdə yerindən bir kimsənin keçməsi ilə namaz pozulmaz. Ancaq keçən kimsə günahkar olar. Namaz qılanın qarşısından keçmənin günah olduğu yer, böyük məscidlərdə və açıq ərazilərdə namaz qılanın, ayaqlarından etibarən səcdə etdiyi yerə qədər olan qisimdir. Kiçik məscidlərdə namaz qılanla onun qarşısından keçən arasında, dirək, insan kimi bir maneə olmazsa, namaz qılanın qarşısından haradan keçilsə məkruh olar. Əsasən namaz qılan kimsənin, qarşısından keçilmə ehtimalı varsa, bir sütrə əldə etməsi sünnədir. Kiçik uşaq mükələfiyət yaşının altındadırsa onsuz da nə bundan nədə başqa bir günahdan ötəri məsuliyyəti yoxdur.
 



18-01-2010 08:21:50