Ana səhifə

"Uşaqlarınızı yeddi yaşında namaza alışdırın. On yaşına gəldiklərində (qılmırlarsa) onları döyün." bu hədis nə qədər düzgündür? Ümumimiyyətlə uşağa şiddət tətbiq etmək olar? Hədis zəif hədis ola bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
"7 yaşında uşağa namazı əmr edin, 10 yaşına gəldimi qılmadığı təqdirdə döyün" (Əbu Davud Salat 26,Tırmızi Salat 299) bu hədis nə qədər düzgündür? İslam şiddətdən yana deyil.Ümumimiyyətlə uşağa şiddət tətbiq etmək niyə düzgün olsun ki? Hədis zəif hədis ola bilərmi? fikrinizi bilmək istərdim
Cavab: 

      Salam aleykum.

"Uşaqlarınızı yeddi yaşında namaza alışdırın. On yaşına gəldiklərində (qılmırlarsa) onları döyün." (Tirmizi, Salat 183; Əbu Davud, Salat 26)

Hədisi-şərifin günümüzdə zəif hətta uydurma olduğunu söyləyənlər vardır. Tirmizî hədisin Həsən-Səhih olduğunu bildirir, Nəvəvi, Xülasatü'l-Ahkam'da Əbu Davud hədisinin də həsən olduğunu ifadə edər.

Həsən: Bu kəlmə lüğətdə yaxşı, çox gözəl və s. mənaları ifadə edir. İstilahi mənada isə İbn Həcərin tərifinə əsaslanıb belə demək olar: “Həsən hədis, isnadının əvvəlindən axırına qədər (mühafizə, yaxud yazdıqlarını qorumaq baxımından) dəqiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan (yəni, “şəzz” olmadan) və qüsursuz (yəni, “illə”siz) olaraq özü kimisindən xəbər verdiyi hədisdir.”

Həsən-Səhih: “Həsən” dərəcə etibarı ilə “səhih”dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadəsində olan məqsədini müxtəlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahıdır. Bunu da Suyuti təqdirəlayiq hesab etmişdir. Xülasəsi budur:

– Əgər hədisin iki və daha çox isnadı varsa, bu ifadə “Bu hədis bir isnadla “həsən”, digər isnadla isə “səhih” dir” mənasını ifadə edir;

– Əgər hədisin yalnız bir isnadı varsa, bu ifadə “Bu hədis bir qrup alimin rəyinə görə “həsən”, digərlərinə görə isə “səhih”dir” mənasını ifadə edir.

Mü'min valideynlər uşaqları döymə həvəsində deyillər, olmamalıdırlar. Bu, qəti olaraq, bilinməlidir ki, ana atalar əvvəl özləri uşaqlarına nümunə olmalı, yalnız "mən dedim, olmadı, o halda döyə bilərəm" məntiqiylə hadisəyə yanaşmamalıdırlar. Namaz kimi ülvi bir hadisənin ruhlarda və qəlblərdə makəs (ayna günəşin makəsidir) tapması üçün mütləq gərəkli infrastruktur hazırlanmalı və bu mənada valideynlər əllərindən gələnləri etməlidirlər. Yalnız sözlü olaraq xəbərdarlıqlar yerinə, çox zaman şəxsən nümunə olmaq, örnək qəbul edilmək, model insan mahiyyətinə sahib fərdlər olma yoluna süluk(gedilməlidir) edilməlidir.

Uşaq istər qız olsun istər oğlan olsun alışdırmaq üçün kiçik yaşdakı uşaqlara namaz əmr edilər. Yeddi yaşında əmr edildiyi halda namaz qılmazlarsa üç vuruşu keçməmək şərti ilə çubuq ilə deyil də əl ilə həfifcə döyülür (Əbu Muhamməd Muvaffakuddin Abdullah b. Ahməd İbn Qudamə əl-Muğni II. 48 Qahirə ty).

Bu şəkildə davranma səbəbi, uşağın dini vəzifələrində səhlənkarlıq edən bir kimsə kimi yetişməsini əngəlləmək üçündür. Ayrıca burada adı keçən döymək uşağa işgəncə etmək deyil. Bundan məqsəd uşağı tərbiyə etmək və ibadətin əhəmiyyətini ona öyrətməkdir. (Ahməd Şerbani, Suallı Cavablı İslam Fiqhi, çev. Mustafa Özcan, Ahməd İyibildiren, Bəkir Ağlamaz, cild: 1, səhifə: 102-133, Özgü yay. İstanbul 1998)

Namaz qılmayan uşağın döyüləbiləcəyini söyləyən alimlər, bu hərəkəti seçə bilmək üçün əvvəlcədən bütün yol və üsulların sınanmış və nəticə alınmamış olması gərəkdiyini israr edirlər. Yoxsa uşağı, ibadətin vacibliyi mövzusunda kifayət qədər öyrədib öyrətmədən ilk iş olaraq dayaq cəzasına baş vurmağı heç bir İslam âlimi təklif etmir.

Beyhakî isə dayaqla əlaqədar hədislərin mənsuh (hökmü qaldırılmış) olduğunu, onlarla hökm ediləməyəcəyini, çünki onların Hz. Ali (Allah ondan razı olsun) 'dan rəvayət edilən səhih bu hədislə nəsh edildiyini bildirir:

"Qələm / məsuliyyət, üç kimsədən qaldırılmışdır. Uşaq buluğa çatana qədər, yatan oyanana qədər ... Xəstə / məcnun, özünə gələnə qədər ..." (Əhməd b. Hənbəl , Müsnəd, 1/116)

İslâm âlimləri, dayaqdan çox yumşaq rəftardan yana görüş ifadə etmişlər. Sevgi-mərhəmət və şəfqətlə uşağa yaxınlaşması gərəkdiyini mənimsəyənlər bu hədisi dəlil gətirmişlər:

Yenə bu mövzuya işıq tutacaq bir nümunə hadisə də Hz. Ömərin xəbərdarlığı və rəftarıdır ki son dərəcə əhəmiyyətlidir. Yatan uşağını namaz qılması üçün oyandırmağa çalışan bir qadına tavafuq edən Hz. Ömər:

"Burax onu! Ağıllı yetkin olana qədər o məsul deyil" (İbn Əbi Şeybə, əl-Musannəf, I/382)

deyərək qadını bundan imtina etdirməyə çalışması, Hz. Ömər kimi tavizsiz(güzəştsiz) bir şəxsiyyətin bu mövzuda Rəsûlullah'a müxalif düşdüyü söylənilə bilməyəcəyinə görə onun, Beyhakinin də işarə etdiyi kimi söz mövzusu hədislərin nəsh (hökmdən qaldırmaq) edilmiş olduğu qənaətinə gəldiyini göstərə bilər.

Namaz qılmayan uşaq döyülərmi ?




20-05-2014 05:30:04