Ana səhifə

Valideyinlərim saqqal saxlamağıma icazə vermirlər. Belə halda mən nə etməliyəm?


YazdırSend to friend
Sual Detayı: 
Salam Əleykum. Mənim sualım bundan ibarətdir ki mənim 16 yaşım var bu yaxınlarda 17 olacaq və mən də hər bir müsəlman kimi bacara bildiyim qədər saqqal saxlayıram,ancaq mənim valideyinlərim bundan narazıdı və məni çox sıxırlar ki saqqalı qırx.Mən nəqədər desəm ki saqqal qırxmaq islama görə caiz deyil haram dı ancaq onlar islamdan uzaqdı atam içki içir günah işləyir,anam açıq səkildə geyinir,dinə çox ehtimal vermirlər.Mən saqqal saxladığıma görə mənə terorist deyirlər təhqir edirlər.Bu cür bir valideynin dediyini əməl edib saqqalımı qırxmalıyam yoxsa yox? Bu sualımı cavablandırsanız çox şad olaram.İndidən cavaba görə ALLAH sizlərdən razı olsun.
Cavab: 

Va aleykumussalam!

 Özünüzün də etiraf etdiyinizdən məlumdur ki, valideynləriniz dinə laqeyd və əks münasibətdə olan insanlardır.  Ona görə də sizə  bu sualla xitab etmək istərdik. Sizcə əvvəlcə sünnətə əməl edərək saqqal saxlayıb sonra fərz olan barədə düşünmək nə qədər doğru olar. Yəni saqqal saxlamaq sünnətdir. Ata-ananın üzünə ağ olmamaq, onları incitməmək isə fərzdir. Qeyri müsəlman olsalar belə hökm dəyişməz. Demək siz əvvəlcə fərz olana diqqət yetirməli, sonra sünnət barədə düşünməlisiniz. Heç şübhəsiz sizin yaşam ehtiyaclarınız valideynləriniz tərəfindən təmin edilir. Ona görə də siz qısa bir tük saxlamaqla haramdan çıxaraq məsələni həll etməyə çalışın. Uzun saqqal sizə lazım deyil. Yaşınızla əlaqədar güman ki, heç elə bir sız saqqalınız da yoxdur. Müvəffəq edən Allahdır.

Nafilə namaz qılmaqda olan bir kimsəni, ana və ya atası, (onun namazda olduğunu bildiyi halda) çağırsa namazı poza bilər. Əgər uşağının namazda olduğunu bilmədən çağırsa, namazı pozması vacib olar.

 

Əgər fərz namazında isə ana və ya atasından biri çağırsa namazı pozmaz. Ancaq bir təhlükə səbəbindən kömək istəsələr namazı pozmaq vacib olar.

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.”(Loğman, 14)

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!

Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de.” (əl-isrâ, 17/23-24)

Peyğəmbər Əfəndimiz  "kimə yaxşılıq edim?" deyə üç dəfə soruşan bir səhabəyə, üç dəfə də, "anana" cavabını verdikdən sonra dördüncü dəfə soruşulduqda, atasına yaxşılıq etməsi lazım olduğunu söyləmişdir. (Buxârî, Ədəb, 2, Müslim, Birr,1).

"Allah'ın razılığı, atanın razılığında, qəzəbi də qəzəbindədir" (Buxârî, əl-Ədəbül-müfrəd, 1; Tirmizî, Birr, 3)

Peyğəmbərimiz (sas) çox qəzəbli bir şəkildə üç dəfə, "Yazıqlar olsun o kimsəyə! .." dediyində əshab-ı kiram; "Kimdir o? Ey Allah'ın Rəsulu!" deyə soruşunca;

"Ana-atası və ya bunlardan biri yanında qocaldığı halda, Cənnətə girə bilməyib Cəhənnəmi boylayan kimsə." deyər. (Müslim, Birr, 9).

Hənəfidən başqa digər məzhəblərə görə saqqalın hökmü!

ANNE-BABA (hakları, itaat)



21-10-2014 04:22:51