Ana səhifə

Vaxt namazlarının sadəcə fərzini qılıb sünnələri tərk etmək caizmi?


YazdırSend to friend
Sual Detayı: 
Sunnet namazlarina qeza dusur?kim istese qila ve ya qilmaya biler??eger men ancaq subhun sunnetin qilsam ve qalan 4 namazin sunnetin qilmasam mene subhe gore savab gelecek??? sunnetin qildigima gore
Cavab: 

     Salam aleykum.

     Sübh namazının sünnətindən başqa digər sünnət namazlarının qəzası yoxdur. Hər bir namazın öz yeri olduğundan sübh namazının sünnəsindən sizə savab gələcək.

Sübh və günorta namazlarının sünnələri müəkkəd sünnə olduğundan tərk etməmək lazımdır. Tərk edilərsə günah olmasa da böyük savab itkisidir. Səbəbsiz yerə tərk etmək Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) şəfaətindən məhrum qalmağa səbəb ola bilər.

A) Namazlara bağlı olan müəkkəd sünnələri bu şəkildə sıralaya bilərik:

1. Sübh namazının fərzindən əvvəl qılınan iki rükətlik sünnə: Bu namaz ən qüvvətli bir sünnədir. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Sizi atlar qovalasa da sübh namazının iki rükət sünnəsini tərk etməyin." (Əhməd b. Hənbəl, II/405).

"Səhər namazının iki rükət sünnəsi, dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir." (Müslim, Misâfirîn, 96, 97; Tirmizî, Salat, 190).

Hz. Aişə (Allah ondan razı olsun) belə demişdir:

"Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, sübh namazının iki rükəti kimi başqa heç bir nafilə namaza davam etməmişdir." (Buxari, Təhəccüd, 27; Müslim, Misâfirîn, 94; Əbû Dâvûd, Tatavvu ', 2; Əhməd b. Hənbəl, VI, 43, 54, 170).

Başqa bir sünnə qəza edilməzkən, yuxarıdakı hədislər səbəbiylə, sübh namazını qıla bilməyən adam eyni gün zəvaldan(günorta) əvvəl onu qəza edərkən sünnəsini də birlikdə qılar. Digər yandan ikinci rükətdə belə imama çata biləcəyini anlayan kimsə əvvəl sünnəti qılıb, daha sonra imama uyar.

2. Günorta və ya cümə namazından öncə qılınan dörd rükət namaz. Hz. Âişə (Allah ondan razı olsun) belə demişdir:

"Rəsulullah (sallallahu aleyhi və səlləm) günortadan əvvəl dörd, sübh namazından əvvəl də iki rükət namaz qılmağı tərk etməzdi." (Nəsâî, Qıyamul-Leyl, 56).

3. Günorta namazından sonrakı iki rükət namaz. Bu iki rükət, müəkkəd sünnə olub, bunun dördə tamamlanması isə mənduptur. Cümə namazından sonra tək salamla qılınan dörd rükət nafilə namaz da müəkkəd sünnələrdəndir. Hədisdə belə buyurulur:

"Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm cümə namazından əvvəl dörd, cümə namazından sonra dörd rükət namaz qılar, rükətlər arasını salam ilə ayırmazdı." (Zəylai, Nasbur-Rave, II/206).

4. Axşam namazından sonra iki rükət. Bu da Allah Rəsulu sallallahu aleyhi və səlləm`in davam etdiyi sünnələrdəndir.

5. İşa namazından sonra iki rükət. Bunun dəlili; gün və gecədə on iki rükət nafilə namaza davam edən üçün Allah Təâlâ'nın cənnətdə bir köşk bina edəcəyini bildirən hədisdir. (Tirmizi, Salât, 189; Nəsâî, Kıyâmül-Leyl, 66; İbn Mâcə, İqamə, 100).

B) Qeyri Müəkkəd Sünnə:

Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in fasiləsiz davam etmədiyi və bəzən tərk etdiyi sünnələr olub, bunlara məndup da deyilir. Bu namazlar bunlardır:

1. İkindi namazından əvvəl tək salamla qılınan dörd rükət namaz. Rəsulullah (sallallahu aleyhi və səlləm) bu namaz haqqında belə buyurmuşdur:

"İkindi namazından əvvəl dörd rükət namaz qılan kimsəyə Allah rəhmət etsin." (Tirmizi, Salât, 301).

2. Şam namazından əvvəl qılınan dörd rükət namaz. Hz. Âişə (r.anha) dan belə dediyi nəql edilmişdir:

"Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, işadan əvvəl dörd rükət namaz qılardı." (Zəylai, a.ç.ə, II/145 vd.; əş-Şövqəni, a.ç.ə, III/18).

3. Əvvâbîn namazı: əvvâbîn, əvvâb sözünün cəmi olub, Allah Təalaya çox yönələn adam mənasını verir. İki ilə altı rükətə qədər qılına bilər. Bir, iki və ya üç salamla qılmaq mümkündür. Hz. Peyğəmbər (s.ə.s.), axşam namazından sonra altı rükət namaz qılınan əvvâbîndən sayılacağını bildirmiş və ardınca bu ayəni oxumuşdur:

"Əgər əməlisaleh olsanız, bunu yaxşı bilin ki, Allah pislikdən üz çevirərək tövbəyə yönələnləri (əvvâbîn) son dərəcə bağışlayıcıdır." (əl-İsra, 17/25; İbn Kəsir, Təfsir; İstanbul 1985, V/64, 65; əş-Şürünbülâlî, Mərakıl-Fəlah, İstanbul 1984, s. 74).

Bunlar fərz namazlara tabe olan nafilə namazlardır.

Sünnə namazların əhəmiyyəti nədir? Namazların fərzlərini qılmaq kafi ola bilərmi? Əsr və işa namazlarının ilk sünnələri bidət vardırmı?



17-07-2014 02:24:46

Düğüme özel