Ana səhifə

Verdiyim borcu qaytarmayan biri yenidən borc istəsə verməyə bilərəm?


YazdırSend to friend
Sual Detayı: 
Salam bir kese men borc pul vermisem amma qaytarmir mesuliyyetsizdir.Desem vere bilmerem inciyecey.Umumiyyetle borc pul verende hemin borc alan sexs mesulliyetsizdise eger men onun borcu qaytarmagin ainanmiramsa semimi sekilde pulum olsada ona deye bilerem pulum yoxdu? versemher defe qaytamiyacaq mende daha bankrot olaram ki.Xahis edirem meslehet veresiz. indi ele tanis insan var ki gelib mennen pul istese ve mende ona inanmayib versem oda pulu qaytarmiyacaq verdis edib yene gelecek.
Cavab: 

Va aleykumussalam!

Borc vermək sədəqə verməkdən daha savablıdır. Borc alan adam bir dəfə verməz, ikinci dəfə borcunu qaytarmadığı adamdan borc istəyərsə borc verən adam gözəl bir şəkildə keçmiş borcunu hələ qaytarmadığını xatırlatmağa tam haqlıdır, hətta borcunu tələb etməyə də tam haqlıdır. Verməmək də yenə onun öz ixtiyarındadır. Amma pulu varkən yoxdur demək, yalan danışmaqdır, caiz deyildir. Borcunu qaytarmayacağından narahat olan kəs islamı qaydada girov tələb edə bilər. Hər kəsə ruzi verən Allahdır!

İslamda borclu və borc verən münasibəti necə tənzimlənmişdir?

Cavab: İstər borc kimi alınan, istərsə də nisyə maldan əmələ gələn borclar vaxtında verilməlidir. Lakin qərzi-həsəndə (qarşılıqsız verilən borc) borc verən dara düşdüyü təqdirdə, verdiyi borcu vədəsindən əvvəl də istəmə hüququna malikdir. Çünki əksər İslam hüquqşünaslarına görə qərzdə müddət şərtinə riayət etmək vacib dəyil.

Borcunu qaytarmaqda çətinlik çəkən borcluya lazımi güzəştlər edilməsi barədə ayədə bələ buyurulur:

“Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət vərin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”(Bəqərə, 2/280.)

Ancaq verməyə gücü çatdığı halda, borcunu vaxtında verməyən borc verənə zülm etmiş olur. Hədisdə bələ buyurulur:

Varlının borcunu təxirə salması zülmdür".(Buxari, Həvalə, 1,2, İstiqraz, 12; Müslim, Müsaqat, 33; Əbu Davud, Büyu, 10; Tirmizi, Büyu, 68.)

Borc verən bu varlı şəxsdən borcunu məhkəmə vasitəsi ilə zorla ala bilər. Var-dövlətini gizlədib borcunu təxirə salırsa cəzası Allaha aiddir. Əbu Hənifəyə görə, borclu borcundan ötrü həbs edilməməli və bir ödəmə planı əsasında ödəməsi təmin edilməlidir.

Bir müsəlman istər əhtiyac səbəbilə, istərsə də sərmayəsini çoxaltmaq və daha da çox mal alaraq pul dövriyyəsini artdırmaq kimi məqsədlərlə borc altına girə bilər. Vermə gücünü aşmayan borclanmada hər hansı əngəl yoxdur. Bələ ki, Hz. Pəyğəmbər sallallahu aleyh və səlləm də zaman-zaman əhtiyac üzündən borclanmışdır. Məsələn, bir yəhudidən nisyə buğda almış və zirəhini girov qoymuşdur. (Bax. Buxari, istiqraz, 1, Büyu, 14, 33, 37, 88, Sələm, 6, Rəhn, 1; Müslim, Müsaqat, 124-126.)

Həmçinin bir bədəviyə Hz. Pəyğəmbərin üç yaşında bir dəvə borcu vardı. Bu həyvana bərabər bir dəvə tapılmadıqda, onun yərinə daha qiymətli olanın verilməsini əmr ətdi. Bundan çox məmnun olan bədəvi bələ dua etmişdir: “Sən mənə haqqımı ən layiqli şəkildə verdin. Allah da sənə mükafatını nöqsansız versin!” (Bax. Buxari, Vəkalət, 5, 6, istiqraz, 13, 67, Hibə, 25; Müslim, Müsaqat, 122.)

Qaytarmaq niyyəti ilə borc alan hər bir kəsə Uca Allah kömək ədər. Əbu Hürəyrənin (r.a) rəvayət etdiyi bir hədisdə bələ buyurulur:

"Kim qaytarmaq niyyəti ilə borc alarsa, Allah onu bu borcu verməyə nail edər. Kim də başqasının malını tələf etmək niyyəti ilə alarsa, Allah onu tələf ətdirər, verməyə nail ola bilməz.”  (Buxari, Zəkat, 18, istiqraz, 2; İbn Macə, Sədəqat, 11; Əhməd İbn Hənbəl, ll, 361)

Borclanmada niyyətin əhəmiyyəti Əbu Ümamənin (r.a) rəvayət ətdiyi bu hədisdə daha aydındır:

 “Bir şəxs qaytarmaq üçün borc alar, ancaq borcunu verə bilmədən ölərsə, Allah onun borcundan vaz kəçər və istədiyi məbləği verərək borc verəni razı salar. Bunun müqabilində qaytarmaq niyyəti olmadan borc alan kəs, borcunu vermədən ölərsə, Uca Allah ondan borc verənlərin haqqını alar.” (Kamil Miras, Təcrid-i Sarih Tərc., Vll, 273.)

Bununla birlikdə yuxarıda qəyd olunan dua və çəkindirmələr İslamda borclanmağın caiz olmadığı manasına gəlmir. Borclanmada həddi aşmamaq və vermə gücünün fövqündə borc altına girməmək tələb olunur.

Bələ ki, pəyğəmbərlikdən sonra ən şərəfli dərəcə olan şəhidlikdə, şəhidin bütün günahları bağışlanmasına baxmayaraq, borclarının bundan istisna edilməsi, İslamın insan hüquqlarına nə qədər əhəmiyyət verdiyinə dəlalət ədir.

"Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Həm aranızda doğruluğuyla tanınmış yazı bilən biri yazsın. Yazı bilən biri, Allah'ın, ona öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın da yazsın.. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun. Allah sizə detallarıyla öyrədir və Allah hər şeyi bilir." (Bəqərə surəsi, 282)

 

 Bakara suresi 282. (Müdâyene) ayetini izah eder misiniz? Burada geçen "borç verirken şahit tutun" ifadesinin hikmeti nedir?

BORÇ

KARZ



07-11-2014 10:38:03

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz