Ana səhifə

Xəstəliklər namaz qılmamağa dəlil ola bilərmi?


YazdırSend to friend
Sual Detayı: 
Xəstələnəndə (qrip, baş ağrısı, və.s) namaz qılmamaq olarmı?
Cavab: 

Qrip olmaq namaz qılmağa mane deyil. İnsan ayaq üstə dura bilmirsə belə oturaraq və ya yataraq da olsa namazını qılmalıdır. Heyz xaricində heç bir xəstəlik namaza mane deyil. Dəstəmaz ala bilməyən təyəmmümlə və yataraq da olsa namazını qılmalıdır.

Xəstəlikdən ötəri namaz qəzaya buraxılar mı? Peyğəmbərimiz xəstə ikən namaz qılıb?

Xəstəlikdən ötəri namaz qəzaya buraxılmaz. Bir kimsə xəstədirsə necə asan olarsa o şəkildə namazını qılar. Peyğəmbərimiz (s.ə.s.) də xəstə ikən namazlarını qılmışdır.

Hz. Aişə Validəmiz (r.anhə) deyir ki:

«Rəsulullah (s.ə.s.) Əfəndimiz ölüm xəstəliyində bardaş quraraq namazını qıldı.» (Nəsayi - Hakim: Səhihdir.)

Keçirdiyi qəzadan ötəri tərpənə bilməyəcək halda olan xəstə, necə namaz kılır? Təyəmmüm ala bilər?

Xəstəlikdən ötəri namaz qılmaqda çətinlik çəkən kimsə oturaraq qıla bilər. Oturaraq da qıla bilmirsə yataraq qıla bilər. Dəstəmaz almağa güc yetirə bilmirsə birinin köməyi ilədəstəmaz alır. Bu vəziyyətdəxəstənin uşaqları kömək etmək məcburiyyətindədir. Əgər kömək edəcək kimsə yoxdursa, namaz da qəzaya qalacaqsa, təyəmmüm alaraq namazını qıla bilər.

İslam dini asanlıq üzərinə qurulmuşdur. Bundan başqa məsuliyyətlər və qulluq da qulun gücünə görədir. Bu səbəblə xəstəlik, yüngülləşdirmə və asanlaşdırma səbəbi sayılmışdır. Buna görə, ayaq üstə namaz qılmağa gücü çatmayan və ya ayaq üstə durmaqda çətinlik çəkən kimsə oturaraq namazını qıla bilər. Rüku vəya səcdə etməyə gücü yetməyən kimsə ima (eyham) ilə namazını qılar.

İma, namazda rüku və səcdə yerinə başla işarə etməkdir. Bu şəkildə namaz qılan adam rüku üçün başı bir az əyir, səcdə üçün isə rükudan bir az daha çox əyir. Səcdədə başını yerə qoya bilməyən kimsənin, bir şeyi başına qaldıraraq ona səcdə etməsi caiz deyildir. Belə adam ima (eyham) ilə namaz qılar.

Oturaraq namaz qıla bilməyən, kürək üstü yatdığı yerdə ima edər. Bir adam ayaqda dayanmağa gücü çatdığı halda, rüku və səcdəyə gücü çatmırsa, ayaqda vəya oturaraq ima edə bilər; ancaq oturaraq ima etməsi daha uyğundur.

Hənəfilərə görə, başı ilə ima edə bilməyəcək dərəcədə xəstə olan kimsənin namazı qəzaya qalır. Ağlı başında olduğu və ilahi xitabı anladığı müddətcə bu belə davam edir. Ancaq bəzi Hənəfi hüquqçuları bu vəziyyətdə qəzaya qalan namazları bir günlükdən çox olarsa, ağlı başında belə olsa, qəzanın olmadığını söyləmişlər. Onlar bu mövzuda çətinliyin aradan qaldırılması prinsipinə dayanırlar (əl-Kâsânî, Bədai, I, 105 vd .; əz-Zühaylî, əl-Fiqhu`l-İslami və Ədillətuh, Diməşq, 1404/1984, I, 639)

Əksəriyyət İslam hüquqçularına görə isə, başı iləima edə bilməyən kimsə gözü ilə(tərəf) hətta qəlbiylə ima edərək namazını qılar. Ağlı başında olduğu müddətcə namazını qəzaya buraxa bilməz.

Xülasə, xəstənin namazında asanlığın sərhədi; Hənəfilərə görə başıyla ima, Mâlikilərə görə, göz və ya sadəcə niyyətlə ima, Şafii və Hənbəlilərə görə isə, rüknləri qəlblə izlənilərək yerinə yetirilməsidir.

Xəstəyə mütləq belə otur namaz qıl, deyilməz. Özünə necə asan gəlir və hüzur içində dura bilirsə, o şəkildə oturub namazını qılar. Səhih olan da budur. (Şərh-i Hidâyə- Fətâvâ-yi Hindiyyə.)

Ayaqda dayana bilmədiyi kimi oturaraq da namaz qıla bilməyən kimsə üçün uzanaraq ima (baş işarəsi) ilə namaz qılmaqda iki şəkil mümkündür:

a) Arxa üstə uzanıb ayaqlarını qibləyədoğru uzadaraq başının altına bir yastıq qoyduğu halda baş işarəsiylənamazını qılar. Baş altına qoyulan yastıq və bənzər şey, baş işarəsiylərüku 'vəsəcdələri etməimkanını asanlaşdırır.

b) Yan üstə uzanıb üzünü qibləyə çevirərək baş işarəsiyləqılması caizdir. Bu iki vəziyyətdən hansı xəstəyəuyğun vərahat gəlirsə ona görəuzanıb namazını qılmasından heç bir qorxu yoxdur. (Siracu'l-Vəhhac / Həlvani.)

Quran-i Kərimdə buna işarəedilərək belə buyurulmuşdur.

«Allahı, ayaq üstə ikən, oturarkən vəuzanıq bir vəziyyətdə ikən zikr edin.» (Nisa, 4/103.)

Təfsirçi və fuqəhadan bir qisiminə görə, buradakı zikrdən məqsəd, namazdır. Sağlam olanlar ayaq üstə durub şərtlərinə uyğun şəkildə onu əda edər. Xəstə olanlar isə, buna güc yetirə bilmədiyi təqdirdə ya oturaraq, ya da uzanaraq qıla bilər.

Səhih hədislərlə də bu mövzu kifayət qədər açıqlanmışdır.

Necəki İmran bin Husayn (ra) deyir ki:

«Məndə babasil xəstəliyi başlamışdı. Vəziyyəti Rəsulullah (s.ə.s.) Əfəndimizə ərz edəndə buyururdu ki:

«Ayaq üstə dayanaraq namaz qıl. Buna güc yetirəbilməyəndəoturaraq; buna da taqət yetirə bilməyəndə yan üstə uzanaraq namazını qıl. »(Muslim xaric, Kutub-i Sittə'dən beşi.)

Nəsai bu hədisin sonunda bu artığı da nəql etmişdir:

«Yan üstə uzanıb qılmağa taqət yetirə bilməyəndə, arxa üstə uzanıb namazını qıl ...»

Səhabədən Cabir bin Abdillah (ra) deyir ki:

Rəsulullah (s.ə.s.) Əfəndimiz bir xəstəni ziyarət edəndə, önünə bir yastıq qoyub onun üzərində səcdə edərək namaz qıldığını gördü. Bunun doğru olmadığını ifadə edərək yastığı tutub götürdü və ona belə tövsiyə etdi:

«Yerə əyilib səcd əet. Buna güc yetirmirsənsə, baş işarəsiylə qıl, ancaq səcdə üçün başını bir az daha alçalt. Rüku üçün az alçalt. »(Beyhəqi - Əbu Hatəm səhihdir)

Hz. Aişə anamız (ra) deyir ki:

«Rəsulullah (s.ə.s.) Əfəndimiz ölüm xəstəliyində bardaş quraraq namazını qıldı.» (Nəsai - Hakim: Səhihdir.)

Bu hədislərə əsaslanan müctəhid imamlar belə demişdir:

Xəstə olan kimsə ayaq üstə dura bilmirsə, oturaraq rüku və səcdələrini yerinə yetirib namazını qılar. (Əl-Hidâyə. / Mərğinani.)

Bu mövzuda ən səhih görüş və ictihad belədir:

Ayaq üstə durduğu halda özünə bir zərər gələcəksə, o təqdirdə oturaraq qılar. Oturaraq qılmaqda da bir zərər görəcəksə, o təqdirdə yan üstə uzanaraq qılar. (Mi'racü'd-Dirayə.)

Bunun kimi xəstəliyinin artacağından və ya yarasının gec örtüləcəyindən qorxarsa, o təqdirdə ayaqda deyil, oturaraq namazını qılar.

Ayağa qalxdığı zaman zəifliyi ya da təzyiq səbəbiylə baş gicəllənməsi olursa, yenə də oturaraq qıla bilər. (Ət-Təbyin / Zeylaî.) Ayaq üstə durduğu halda çox ağrı hiss edirsə, oturanda bu xəfifləyirsə, o təqdirdə oturaraq qılması daha uyğun olar. Ancaq ağrı çox çətinlik verəcək vəziyyətdə deyilsə, ayaq üstə qılmağı seçmək lazımdır. (Əl-Kafi / Hakim-i Şəhid Əl-Mərvəzî.)

(Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitab evi: I / 447-451.)

 



02-12-2015 01:13:27

Düğüme özel