Ana səhifə

Xaricdə faiz caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Xaricdə faiz caizdir?
Cavab: 

İmam Azam ilə İmamı Məhəmmədə görə müsəlman olmayan bir məmləkətdə olan bir müsəlmanın, müsəlmanları aldadıb mallarını oğurlaması və ya qəsb etməsi caiz olmadığı kimi qeyri müslimlərin mallarını da oğurlaması və ya qəsb etməsi caiz deyil. Çünki İslam dini dözüm və fəzilət dini olduğu üçün xəyanəti, aldatmağı, qeyri əxlaqi və çirkin şeyləri hər yerdə qadağan etməkdədir. Ancaq küfr diyarında yaşayan bir müsəlmanın qeyri müslimdən faiz almasında zərər yoxdur. Çünki onlara görə faiz almaq xəyanət sayılmaz, normaldır. (1)

 

Digər məzhəblər ilə Əbu Yusifə  görə faiz hər yerdə qadağandır. Nə İslam diyarında nə də küfr diyarında onu almaq caiz deyil. Alverdə, ölçüdə, tərəzidə müsəlmanlara göstərilən rəftarı qeyri müslimlərə də göstərmək lazım olar. (2)

 

Hətta bir kimsə məsələn Avropaya gedərsə, orada dövlətə və ya şəxsə aid bir şey tapsa onu sahibinə verməyə məcburdur. (3)

 

Küfr diyarında qeyri müslimlərdən faiz almaq caizdir deyən İmamı Azam ilə Məhəmmədin sözü daha qiymətlidir. Çünki bir müsəlman pulunu, məsələn bir Alman bankına qoysa  onlar, pulunu işlədib bol bol qazanacaqlar, pul sahibi faizini almadığı təqdirdə cibinə heç bir şey girməyəcək, üstəlik də qeyri müslimlərin istehzalarına məruz qalacaq. (4)

 

 

Qeyd : İmam Azam və İmam Məhəmməd ə görə küfr diyarında yaşayan bir müsəlmanın qeyri müslimdən faiz almasında bir qorxu olmadığı xüsusu: "Darul-Hərbdə müsəlman ilə qeyri Müslim arasında faiz olmaz hədisinə dayanmaqdadır. (5)

 

Xaricdəki vətəndaşlarımız bu hədislə və Hənəfi məzhəbinin fikiri ilə əməl etdiklərindən etdikləri halaldır

 

Haşiyələr:

 

1- əl-Fiqhi alel-Mezahebil arba, 1/340. Fethul-vəhhab 2/355.

2- əl-Fətava1-Kübra c. 2, s. 238, Bedayi əs-Sənanı 9/4378.

3- Hidayə, 2/66.

4- Xəlil Günenç, Günümüz Məsələlərinə Fətvalar, 1/243-244.

5- Zeylai, Nasbur-raye, 4/44; İbn Hümam, 7/ 39.



15-01-2010 03:31:58

Düğüme özel