Ana səhifə

Xeyirli bir övlad sahibi olmaq üçün hansı duanı oxumağımız lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
Xeyirli bir övlad sahibi olmaq üçün hansı duanı oxumağımız lazımdır?
Cavab: 

     Aşağıdakı ayələr dua məqamında oxunduqları vaxt, uşaq istəməyə və xeyirli bir varis istəməyə yarayır. Çünki Zəkəriyyə əleyhissəlam və digər peyğəmbərlər belə dua etmişdir. Bu baxımdan bizim də bu növ sıxıntımız olduğu zaman, bu ayələrlə dua etməyimiz mənfəətimizin gərəyidir.

     Qurani-Kərimin bu ayələrini yerindən original olaraq oxumaq daha yaxşı olar. Ancaq bunu bilməyənlər tərcüməsindən də dua edə bilər.

“Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” ..."(Furqan, 25/74.)

(Adəm) zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və(bir müddət) onu (bətnində) gəzdirdi. (Zövcəsi) ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: “Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq”(– deyə) dua etdilər. (Əraf ,7/189)

O dedi: “Ey Rəbbim! Mənə əməli salehlərdən olan (övlad) bəxş et!” (Saffət, 37/100)

Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən eləbir övlad bəxş et ki, o həm mənə, həm dəYaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o (Sənin) razılığını qazanmış olsun!” ( Məryəm, 19/5-6)



01-03-2016 04:51:54

Düğüme özel