Ana səhifə

Yəhudilər lənətlidir?


YazdırSend to friend
Sual Detayı: 
Yəhudilər lənətlidir?
Cavab: 

Qurani Kərimin çox yerlərində Yəhudilərin xarakterləri və xüsusiyyətləri zikr edilərək, bu pisliklərindən ötəri təhdid edilməkdə, danlanılmaqda və təhqir edilməkdədirlər. Məsələn özlərinə verilən nemətlərin qarşılığında şükrsüzlüklərindən, Allaha şirk qoşduqlarından, özlərini dünyada üstün irq olaraq gördükləri üçün qürur sahibi olduqlarından, məzmun xüsusiyyətlər olan ehtiras və tamah ilə zillət içində olduqlarından bəhs edilməkdədir. Tövratda isə İsrailoğulları bir tərəfdən "Tanrının (seçmə) qövmü", "müqəddəs millət" olaraq təqdim edilərkən; digər tərəfdən pis davranışları səbəbi ilə də tənqid edilməkdədirlər. Çünki onlar Musa və Haruna qarşı gəlmiş, Rəbbin gözündə pis olanı etmiş, Baal və Molok (ilahlaşdırılan hökmdarların bütləri) kimi ilahlara və qızıl buzova ibadət etmişlər. Beləcə Allaha verdikləri sözə əməl etməmiş, əhdlərini pozmuş, əxlaqsızlıq, zina etmiş, ibadətxanaları yıxmış, peyğəmbərlərini öldürməyə çalışmışlar.

 

Allahın şəriətini buraxıb digər millətlərin qanunlarını mənimsəmişlər. Yəhudilərin müqəddəs kitabı; İsrailoğullarının doğru yoldan azmaları və başqa ilahlara qulluq etmələri səbəbi ilə peyğəmbərləri tərəfindən qınandıqları və əzabla təhdid edildiklərini göstərən nümunələrlə doludur.

 

Qurani Kərimdə isə Yəhudilərin sahib olduqları xüsusiyyətlər zikr edildikdən sonra, pis yanlarının onları hansı fəlakətlərə sürüdükləri nəzərə verilərkən əslində bütün insanlıqda nəfsə tabe olmanın nəticələri küllü düsturlar şəklində ortaya qoyulmaqdadır. Xuda yerinə həvaya tabe olmanın bütün müşahhas nəticələri İsrailoğulları aynasında nəzərə verilmiş, insanoğlunun dünyada tabe olduğu imtahanın şiddəti ortaya qoyulmuşdur. Qurani Kərimin təhdidləri və hiddəti, edilən səhvlərin və işlənən cinayətlərin böyüklüyünü nəzərə verməsi baxımından əhəmiyyət daşımaqdadır.



17-01-2010 02:35:39

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz