Ana səhifə

Yəmən hökmdarı Seyf bin Ziyəzən Peyğəmbərimizin (s.ə.s.) peyğəmbər olacağına dair Abdulmuttalibə nələr izah etmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Yəmən hökmdarı Seyf bin Ziyəzən Peyğəmbərimizin (s.ə.s.) peyğəmbər olacağına dair Abdulmuttalibə nələr izah etmişdir?
Cavab: 

Peyğəmbər Əfəndimizi candan sevən Babası Abdülmuttalib həyatında yalnız bir dəfə qısa bir müddət ondan uzaq qaldı.

Yəmən Hökmdarı Seyf bin Ziyezen, atasının ölkəsini Həbəşlilərdən geri almış və Sananın Gumdan şəhərində taxta oturmuşdu. Ərəbistanın dörd bir tərəfindən tayfa və qəbilə rəisləri onu təbrikə gəlirdilər.

Məkkəni təmsil edən Abdülmuttalibin başçılığında bir heyətin Gumdana getməsi lazım idi. Beləcə Məkkədən ayrılmaqla ilk dəfə Abdülmuttalib Peyğəmbərimiz (s. a. s. )dən uzaq qalırdı.

Uzun bir səfərdən sonra Gumdana çatan Qureyş heyətini Seyf bin Ziyəzən qəbul etdi. Abdülmuttalib hökmdardan icazə alaraq özünün üstünlüklərindən, atasının xeyirli bir hökmdar olduğundan bəhs etdi. Hansı heyət olduqlarını ifadə etmək üçün də sözlərini belə bağladı:

"Biz Allahın toxunulmaz etdiyi məmləkətin xalqı, Beytullahın xidmətçisiyik."

Bu danışması hökmdarın diqqətini çəkdiyindən,

"Ey şirin dilli adam, sən kimsən?" deyə soruşdu.

Abdülmuttalib,

"Mən Haşimin oğlu Abdulmuttalibəm" dedi.

Seyf, bir az daha diqqət kəsildi. Sevinc və həyəcan qarışığı bir səslə,

"Demək sən bacımızın oğlusan" dedi.

Abdülmuttalib,

"Bəli" deyə cavab verdi.

Bunun üzərinə Seyf, Abdülmuttalibə daha yaxın əlaqə göstərdi. Yanına yaxınlaşmasını istədi. Sonra da belə dedi:

"Qohum olduğumuzu öyrəndim. Ziyarətinizdən də çox məmnun oldum. Siz gecə gündüz söhbət edilməyə, oturulub danışılmağa, ayrılıb gedərkən də ikram olunmağa layiq, şərəfli və qiymətli kəslərsiniz." deyə danışdı.

Seyf, bu iltifatkar sözlərlə də kifayətlənmədi. Söylədiklərində səmimi olduğunu Abdulmuttalibi bir ay sarayında qonaq etməklə də isbat etdi.

Abdülmuttalib bir tərəfdən Nur Nəvəsini düşünürdü. Amma, hökmdarın istəyini də geri çevirə bilməzdi.

Hökmdarın əmriylə qonaqlarqalacaqları yerə aparıldılar. Yedilər, içdilər.

Abdülmuttalib və yoldaşları bir ay sarayda qaldılar. Bu müddət ərzində sanki unuduldular. Nə hökmdarla görüşə bildilər, nə də Məkkəyə dönmələrinə icazə verildi.

Sarayda günləri həmişə söhbətlə keçirdi. Müqəddəs kitablardan gələcək Peyğəmbərin sifətlərini öyrənmiş olan Seyf, bu söhbətlərdə bəzi ip ucları tuturdu. Necə ki, bir gün kimsənin fərqinə çata bilməyəcəyi bir sırada Abdülmuttalibi gizlicə yanına çağırdı. Onunla söhbət etmək istəyirdi. Abdülmuttalib yanına gəlincə,

"Ey Abdülmuttalib," dedi, "sənə bir sirr əmanət edəcəyəm. Bu sirrin səninlə əlaqəli olduğu qənaətini daşıyıram. Bu başqalarından gizlədiyimiz, bir kitabda tapdığım çox böyük və mühüm bir xəbərdir."

Abdülmuttalib maraqlandı,

"Nədir o?" deyə soruşdu.

Seyf sirrini açıqladı:

"O, bu sıralarda dünyaya gəlmiş olması olabiləcək bir uşağa aiddir. O, sizin tərəflərdə, Tihame bölgəsində doğulacaq.

İki kürək sümüyü arasında bir xalvardır.

Atası və anası ölüncə, onu babası və əmisi sırasıyla himayələri altına alacaq.

O, dostlarını və köməkçilərini sevəcək, düşmənlərini zillətə salacaq.

Ən şərəfli yerləri fəth edəcək, Qiyamət gününə qədər insanlara rəhbər və öndər olacaq.

Batil dinləri ortadan qaldıracaq, bütpərəstliyi yox edəcək, Rəhman olan Allaha ibadət edəcək.

Onun sözü müşkülləri həll edəcək, işi isə bəsirət və ədalət üzrə olacaq.

Daim yaxşılığı buyuracaq, yaxşılıq edəcək və insanları pislikdən çəkindirəcək."

Maraq və həyəcana qapılan Abdülmuttalib, hökmdarın bir az daha şərh etməsini və sirrini bir az daha açmasını istəyirdi.

"Ey hökmdar! Ömürün uzun, səltənətin daim və şanın uca olsun. O uşaq haqqında bir az daha şərh edərsənmi?" dedi.

Hökmdar, digər əlamət və işarələri saydıqdan sonra,

"Ey Abdülmuttalib," dedi.

"Bütün bu işarələrə baxılsa, bu uşağın babası sən olmalısan."

Bu sözləri eşidən Abdülmuttalib sevincindən dərhal səcdəyə bağlandı.

Bu səfər maraq və qarışıqlıq sırası Hökmdara gəlmişdi.

"Ey Abdülmuttalib! Yoxsa sən izah etdiklərimdən bir şeymi sezdin?" deyə soruşdu.

Könülüylə birlikdə gözlərinin içi də gülən Abdülmuttalib izah etdi:

"Ey Hökmdar," dedi. "Mənim Abdullah adında üzərində titrədiyim çox sevdiyim bir oğulum vardı. Onu qövmümüzün şərəflisindən Vehb bin ABDı Menafın qızı Amine ilə evləndirmişdim. Bir uşaq dünyaya gəldi. Onun iki kürək sümüyü arasında bir xalvardır. Saydığın əlamətlərin hamısını da üzərində daşıyır. Atası və anası da vəfat etdi. Özü indi mənim himayəmdədir."

Seyf qənaətində yanılmamış olmanın sevinci içində Abdülmuttalibə,

"Uşağını çox yaxşı qoru. Yəhudilər ona düşməndirlər. Onların özünə zərər verməsindən çəkin. Lakin Allah, onun düşmənlərinə imkan və fürsət verməyəcəkdir. Mənim köhnə kitablarda tapıb öyrəndiyimə görə, Yesrip (Mədinə) onun hicrət yeri olacaq və orada çox kömək görəcək" dedi.

Artıq həm Hökmdar, həm də Abdülmuttalib böyük bir müşkülü həll etmiş olmanın rahatlığı içində idilər.

Seyf bin Ziyezen sanki kəramətvari, peyğəmbərliyindən əvvəl Əfəndimizin peyğəmbərliyini beləcə xəbər verirdi.

Bir müddət sonra Hökmdar, Qureyş heyətini böyük ikram və lütfkarlıqlarla Məkkəyə yola saldı. Abdülmuttalibə verdiyi hədiyyələr digərlərinkindən çox böyük idi. Yola salarkən də ona, "O uşağın halında olan dəyişiklikləri hər il mənə bildirməyini xahiş edərəm" dedi.

Nə var ki, Seyf bin Ziyezen Peyğəmbərimiz (s.ə.s.) haqqında babasından daha başqa bir məlumat ala bilmədən, hələ bu danışmaların üzərindən bir il belə keçmədən həyata gözlərini yumdu. 1

Heyətdəki yoldaşları yolda Abdülmuttalibə niyə özünə daha çox ikram və lütf edildiyini soruşdular. O yalnız,

"qısqanmayın: . .Bunun əlbəttə bir səbəbi vardır" deməklə kifayətləndi.

Bir aylıq ayrılıqdan sonra Məkkəyə çatan Abdulmuttalib Nur nəvəsini həsrətlə qucaqlayaraq, firak ağrısını visalin ləzzətiylə aradan qaldırmağa çalışdı.

 

1. İbni Həcər, İsabe, 1/134-135;İnsânü'l-Uyûn, 2/186

 

Saleh Suruç



02-05-2010 12:28:16

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz