Ana səhifə

Yadplanetliler vardır?


YazdırSend to friend
Sual Detayı: 
Salam hörmətli alim islamşünaslar. Hamıya məlum olduğu kimi yadplanetlilərin mövcud olduğu düşünülür. Bu nə qədər doğrudur? Qurani-kərimdə bu haqda hansısa bir işarə və ya izah vardır? Təşəkkür edirəm.
Cavab: 

Dünya xaricindədə başqa varlıqlar vardır. Ancaq o varlıqlar nurani varlıqlardır. Şəriətin dilində onlara Melaike və Ruhaniyat deyilər.

Quranda dünya və yerüzü "ard" olaraq keçər, başda Adəm Əleyhissalam olmaq üzrə bütün peyğəmbərlərin yer üzünə, dünyaya göndərildiyi bildirilər. Bu vaxt bəzi səma qatlarında İbrahim, İdris və İsa Aleyhimüssəlam kimi peyğəmbərlərin mövqesinin olduğu da mirac hədisində ifadə edilər.


Ancaq bu yaşadığımız dünyadan başqa həyata uyğun fərqli planetlər olsa belə orada insan kimi mükəlləf və məsul varlıqların yaşadığı mövzusunda bir ayə və ya hədis yoxdur.

Dünyadan başqa səkkiz və son məlumatlara görə on bir planetin daha olduğu variddir, amma oralarda belə bir varlıq növünün yaşadığı barəsində nə dini, nə də elmi bir sübut yoxdur.

Bu vaxt bu gerçəyi də gözdən iraq tutmamaq lazımdır. Bu köhnə planet olan dünyamızda bu qədər canlı, ruh sahibi, ağıl və şüur sahibi varlıqlar olduğu kimi digər planet və ulduzlarda, göy cisimlərində oraların həyat şərtlərinə görə, oranın quruluşuna və mövqesinə görə ruhani varlıqlar vardır. Bu məsələyə Bədiüzzaman Səid Nursi bu şərhi gətirər:

"Bu sonsuz fəzanı aləm və bu möhtəşəm səmavat, bürcləriylə, ulduzlarıyla, şuur, həyat, ruhlarla doludur."



Məmməd Paksu



11-01-2010 11:51:42