Ana səhifə

Yağış duası yağışın yağması üçün edilir?


YazdırSend to friend
Sual Detayı: 
Yağış duası yağışın yağması üçün edilir?
Cavab: 

     Yağış namazı və duası bir ibadətdir. Quraqlıq, o ibadətin vaxtıdır. Yoxsa o ibadət və o dua, yağışı yağdırmaq üçün deyildir. Əgər sırf o niyyət ilə olsa; o dua, o ibadət xalis olmadığından qəbula layiq olmaz.

Necə ki, günəşin batması axşam namazının vaxtıdır və ya günəşin və ayın tutulmaları, küsuf və husuf namazları deyilən iki xüsusi ibadətin vaxtlarıdır.Yəni gecə və gündüzün nurani ayələrinin pərdələnməsiylə Allahın böyüklüyünü elan etməyə səbəb olduğundan, Cənabı-Haqq qullarını o vaxtda bir növ ibadətə dəvət edir. Yoxsa o namaz, (açılması və nə qədər davam edəcəyi astronomiya hesabıyla müəyyən olan) Ay və Günəşin çıxması üçün deyildir. Eynilə onun kimi quraqlıq da yağış namazının vaxtıdır. Cənabı-Allah qullarını o vaxtda duaya və namaza dəvət edir. Quraqlıq o ibadətlərin vaxtı olmuş olur, yoxsa o ibadətlər yağışın yağması üçün deyildir. Bu baxımdan quraqlığı mütləq bir cəza olaraq görməmək lazımdır. (1)

     Yağışa möhtac olan və onu gətirməkdən də aciz olan insan bu ehtiyacının ancaq İlahi rəhmət tərəfindən yerinə yetiriləcəyinin şüurunda olaraq Allaha yalvarır və Ona sığınır. Hər ibadət kimi yağış namazında da Allahın razılığı əsas alınır. İbadətin sonunda quraqlıq afətindən xilas olmaq üçün Allaha dua edilir, ondan kömək istənilir.

     Hərçənd yağış namazının zahirdəki nəticəsi yağışın yağmasıdır; fəqət əsl həqiqi, ən mənfəətli nəticəsi və ən gözəl və şirin meyvəsi budur ki: Hər kəs o vəziyyətlə anlayır ki, onun ruzisini verən atası, evi, dükanı deyil; əksinə onun ehtiyacını yerinə yetirən və yeməyini verən, nəhəng buludları süngər kimi və yer üzünü bir tarla kimi təsərrüf edən (saxlayan) bir Zat onu bəsləyir, ruzisini verir. Hətta ən kiçik bir uşaq da daim ac olduğu vaxt anasına yalvarmağa öyrəşdiyi halda o yağış duasında kiçik fikrində böyük və geniş bu mənanı anlayır ki: Bu dünyanı bir xanə kimi idarə edən bir Zat həm məni, həm bu uşaqları, həm analarımızı bəsləyir, ruzilərini verir. O verməsə başqalarının faydası olmaz. Elə isə O 'na yalvarmalıyıq deyir, tam imanlı bir uşaq olur. (2)

     Quraqlıq ibadətin vaxtı olduğuna görə bu vaxt bitənə qədər ibadətə davam etmək lazımdır. Yəni quraqlıq ibadətlərinin vaxtı olan yağış yağmasının baş verməməsi halı ancaq yağışın yağması ilə sona çatacaqdır. Bu səbəbdən yağış yağmadı deyə bu ibadəti bir dəfə edib buraxmamalı, bu vaxt bitənə qədər, yağış yağıncaya qədər davam etdirilməlidir.

Haşiyələr:

(1) Bədiüzzaman, Sözlər İyirmi üçüncü Söz

(2) Emirdağ Lahikası-I, 14. Məktub.



27-08-2016 05:20:32