Ana səhifə

Yaradılmayla bağlı


YazdırSend to friend
Sual Detayı: 
Selamun Aleykum. Men azerbaycan dili kitabını oxuyarken ağlımda bir-iki şey qaldı. 1)Idi imiw hissecikleri adlara artirila bilir. Bu zaman hemin hisseciklerle bağlı awagidaki xususiyetler yaranır yazilib kitabda.xususiyetlerin de yaradilmasi olurmu? Olursa Allahü teâlâ bunu necə yaradır? 2)ismin müxtəlif hallarına qoşularaq, muxtelif mena çalarları emele getiren nitq hissesine qoşma deyilir. Muxtelif mena calarlari emele gelen zaman yaratılma var? Bu yaratılmani Allahü teâlâ nece yaradır? 3)sonra ve beri qoşmaları cümle daxilinde sinonimlik haşa yaradır yazılıb kitabda. Bu zaman yaradılma var? Varsa Allahü teâlâ bunu nece yaradır?
Cavab: 

'

'

Ve aleykumusSalam. Yaratma Allaha məxsusdur, başqa heç bir varlıq yaradıcı ola bilməz. Əgər elə qəbul edilsə gərək hər yaradıcıya bir ilahlıq nisbət edəsən yəni hər yaradıcı görünənə Allah deyəsən ki, bu da batil bir düşüncədir. Kainatda bir Allah vardır və gəlmiş keçmiş peyğəmbərlər hər zaman insanlara tövhid inancını yəni Allahın təkliyini, yalnız onun yaradıcı olduğunu təbliğ etməyə çalışmışlar. Və kitablarımızda yazılan yaratmaq ifadəsi öz mənasında yanlışlıq ehtiva edir. (belə sözlərin yerinə qurdu, əmələ gətirdi kimi sözlər istifadə etmək daha yaxşı olardı) Bədiüzzaman həzrətləri bildirmişdir ki, məsələn bir gülü gördüyün zaman  -Nə gözəldir demə, necə gözəl yaradılmışdır de!' Və kainatda hər yaradılan şeyə onu Allah yaratdı gözüylə baxıb təfəkkür etmək lazımdır. Əgər nə gözəldir desən ona ilahlıq vermiş olarsan sanki gül özü-özünü yaratmışdır. Və belə ifadələr insanı şirkə doğru apara bilər deyə bu cür ifadələrdən qaçınmaq lazımdır. Lakin necə gözəl yaradılmışdır desən yaradılışı Allaha yönəltmiş olduğundan haqq yerini tapır. Allah bizləri küfr və şirkdən,  küfr və şirk ehtiva edən sözlərin günahından qorusun!!!

Qeyd: Ümumiyyətlə saytımızda yazılan hər hansı bir yazının sonunda yazdığımız duaları oxuyan hər qardaş və bacıdan rica edirik ki, bu duaları sizlər də bizlər  üçün və ümməti Muhamməd (s.ə.s) üçün edəsiniz.  Saytımızın tərcüməçilərindən olan bir qardaşımız əsgərlikdədir. Onun üçün də xüsusilə dua etmənizi rica edirik. Allah sizlərdən razı olsun və əfv etsin!!!

 

 



14-08-2015 01:31:39

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz