Ana səhifə

Yatarkən dəstəmaz almağın hikməti və elmi faydası nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Yatarkən dəstəmaz almağın hikməti və elmi faydası nədir?
Cavab: 
   Yatarkən dəstəmaz almaq sünnədir.
 
  Hədis-i şərifdə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Bəra b. Azib'ə xitab olaraq belə buyurdu:
"Yatmaq üçün yatağına girmək istədiyində namaz üçün aldığın kimi dəstəmaz al, sonra sağ yanın üzərinə yat ..." (Buxari, h.no: 6311; İbn Həcər, Fəthul-Bari, 11/109)
    Yatmazdan əvvəl dəstəmaz almağın maddi-mənəvi faydaları var. Bəziləri bunlardır:
 
   - İnsan oyaq olarkən öldüyü kimi yatarkən də ölə bilər. Möminin silahı olan dəstəmaz almaq, ölməsi halında iman və İslam silahını qurşanmış olaraq Haqqa getmək mənasına gəlir.
 
   - İbn Abbas'ın bildirdiyinə görə, insanlar ölüm əsnasındakı vəəziyyətlərinə görə dirilirlər. Dəstəmazlı olaraq ölənin ruhu, mənəvi baxımdan çox təmiz bir şəkildə məhşərə gedər.
 
 - Ölüm üçün hazırlanmaq, o gecə də özünün yaradan Rəbbi ilə qarşılaşa biləcəyini düşünərək xüsusi bir hazırlıq görmək, iman və qulluq şüuru ilə edilən bir ruh təmizliyidir.
 
  Bu təmizlik bədən təmizliyindən daha çox əhəmiyyətlidir.
 
- Dəstəmazı əmr edən bu hədisdə eyni zaman da bəzi dua və zikrlərin edilməsi da məsləhət görülmüşdür.
 
  Təmizliyini yerinə yetirən, dua və zikr edən kimsənin yuxusu da bir növü ibadət içində keçir. Gördüyü yuxuları əsasən doğru çıxar, şeytan bu kimsələrlə oyun oynaya bilməz.
   
   Bu cəhətdən baxıldığında bu dəstəmazın, yuxunu da səmərəli edəcəyini söyləmək mümkündür.
    - Dəstəmazın Ərəbcəsi olan "Vudu" "kəlməsinin lüğəvi mənası, nəzafətdir, təmizlikdir. (bax. Muhatur'us-Sihah, V-D-E maddəsi)
   
    İnsanın gün ərzində müxtəlif səbəblərlə kirə bulaşmış dəstəmaz üzvlərini yuması və təmiz bir şəkildə yatağa girməsi, həm bədən, həm yatağın təmizliyi baxımından əhəmiyyətlidir.
   
   Bu tədbir qoruyucu həkimlik baxımından diqqətə dəyər ..
   
   - Mükəmməl bir dəstəmaz, bilinən dəstəmaz orqanlarının təmizliyindən əlavə, ağız, burun təmizliyi və diş təmizliyini ifadə edər.
   
   Sağlamlıq baxımından bunların yatarkən, yuxudan qalxarkən (gecə namazı və səhər namazında olduğu kimi), yuyulmalarının nə qədər əhəmiyyətli olduğu bilinən bir həqiqətdir.
 
    Dini bir öhdəlik olaraq dəstəmaz alıb namaz qılmadıqlarına baxmayaraq, sağlamlığın qiymətini bilən insanların bu orqanlarını yumaqda göstərdikləri həssaslıq, başqa vaxtlarda olduğu kimi, yatarkən də alınan dəstəmazın nə qədər əhəmiyyətli olduğunun bir digər dəlilidir. (Krş. İbn Həcər, a.y)
   
   - Bir rəvayətə görə Peyğəmbərimiz belə buyurdu:
"Kim çirkli əllərini yumadan yatar və başına bir şey (xəstəlik) gələrsə, yalnız özünü qınasın." (Nəsai xaricində kütübü sittənin hamısında keçən bu hədis üçün bax. Neylü'l-Əvtar, 8/188)
   Bu səhih hədisin ifadəsindən də "yatmazdan əvvəl dəstəmaz almaq" nın sağlamlıq baxımından da nə qədər əhəmiyyətli olduğunu anlamaq mümkündür.
   
   Əlaqədar hədisin bütünü belədir:
"Yatağa girmək istədiyində namaz üçün aldığın kimi bir dəstəmaz al, sonra sağ tərəfin üzərinə yat, sonra belə də:
اَللّٰهُمَّ أَسْلَمْتُ نَفْسِى إِلَيْكَ وَوَجَّهْتُ وَجْهِى إِلَيْكَ وَفَوَّضْتُ أَمْرِى إِلَيْكَ وَأَلْجَأْتُ ظَهْرِى إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ، لَامَلْجَأَ وَلَا مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ. اٰمَنْتُ بِكِتَابِكَ الَّذِى أَنْزَلْتَ وَنَبِيِّكَ الَّذِى أَرْسَلْتَ
 
"Ey Rəbbim, bütün varlığımı sənə təslim etdim, işimin idarəsini sənə həvalə etdim, yönəlişim sənədir, qorxum da ancaq səndəndir, sənin əzabından qaçıb sığınılacaq ancaq yenə sənin rəhmətindir. Endirdiyin kitabına və göndərdiyin Rəsuluna iman etdim ey Rəbbim! "Bunları söyləyib də yatar, o gecədə ölər sənsə fitrət üzrə ölmüş olarsan. Yatmazdan əvvəl bunlar son sözlərin olsun. "(Buxari, Dəavat, 7)
    Mövzuyla əlaqədar başqa bir hədis isə belədir:
 
    "Yuxusu olmayan və yata bilmədiyinə görə iztirab keçirən kimsə dəstəmazlı olaraq yatarkən:

اَللّٰهُمَّ غَارَتِ النُّجُومُ وَهَدَأَتِ الْعُيُونُ وَاَنْتَ الْحَيُّ الْقَيُّومُ الَّذِى لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ   يَا حَيُّ يَا قَيُّومُ اِهْدِ لَيْلِى وَاَنِمْ عَيْنَيَّ

"Allah`ım ulduzlar batdı, bütün gözlər sükunətə ərdi, Sən isə mürgüləmə və yuxu tutmayan Hayy və Qayyûm'san! Ey Hayy və Qəyyum olan Allah`ım, gecəmi sükûnətə ərdir və gözlərimi uyut! " deyib Muavvizeteyn (Fələq və Nas) surələrini oxuyub yatmalıdır." (bax. Heysəmi, 10/178)
 


01-03-2017 05:06:48

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz