Ana səhifə

Yeddi qat səmadakı mələklərin adları hansılardır?


YazdırSend to friend
Sual Detayı: 
Yeddi qat səmadakı mələklərin adları hansılardır?
Cavab: 

Ərşdəki mələklərin adları hansılardır

 

 

Və (göy) süst düşüb parçalanacaqdır! Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır! (əl-Haqqa, 16-17).

 

 

Həsəni Bəsri, Ərş mələklərinin sayının səkkizmi, səkkiz minmi, səkkiz safmı və ya səkkiz min safmı olduğunu qəti olaraq bilinmədiyini ifadə etmişdir.

 

 

Ancaq Fahreddin Razi, bunları səkkiz şəxs olaraq anlamaq ayənin ifadəsinə daha uyğun olduğunu söyləmişdir(Razi, XXX/99-100).

 

Razinin bu mövzuda gətirdiyi dəlillər arasında " Ərş bu anda dörddür, Qiyamət günü Allah onları bir dörd mələklə daha qüvvətləndirər, beləcə səkkiz olar" (Razi, a. g. y; Kurtubi, fi-Ahkami'l-Kur'an, XII, 266).

 

Şehr b. Havşebin bildirdiyinə görə, bu səkkiz mələkdən dördü; "Allahım! Səni həmd ilə təsbeh edərik. Qüdrətindən sonra əfvin üçün də sənə həmd olsun" deyərək, digər dördü isə; "Allahım! Səni həmd ilə təsbeh edərik. Elmindən sonra hilmin üçün də sənə həmd olsun" deyərək Allahı təsbeh edərlər (Razi, a. g. y.).

 

 

Bəzi alimlərə görə, bu anda Ərşi daşıyan dörd mələyə "mukarrebun" (Allaha ən yaxın olanlar) deyilməkdədir. Ərşin ətrafında olanlar da "Kerrubiyyun" adıyla xatırlanmaqdadır (İbn Kəsr, VII, 120).



07-01-2010 06:35:16