Ana səhifə

Yeni ildə evi bəzəmək günahdır?


YazdırSend to friend
Sual Detayı: 
İçki ilə, qadınlarla kişilərin bayramı birlikdə qeyd etməsini, Şükranlıq gününü, hədiyyələrə verilən pulları nəzərdə tutmuram... Sadəcə evdə uşaqlar üçün şam ağacı bəzəməkdə olmaz?
Cavab: 

Dini ayinə qatılmadan yeni il səbəbindən yığıncaq və əyləncə edən müsəlmanlar, bu əyləncələrdə ayrıca heç bir haram işləməsələr də, mənşəyi dini (İslamdan başqa və ona görə bu gün mötəbər olmayan bir dinə söykənən) olan bir fəaliyyətə qatıldıqları və başqa dindən olanlara -dinlə əlaqədar bir mövzuda- bənzər hala gəldikləri üçün günah işləmiş olarlar."Bir din və mədəniyyət birliyinə özünü bənzədənlər onlardan sayılar" tərcüməsindəki hədis bu davranışı qadağan etməkdədir.

Yeni il, təqvim, tarix, tətil, əyləncə, şənlik və bunlarla əlaqədar adətlər bir millətin mədəniyyətidir. Əgər bəziləri din ilə mədəniyyəti bir-birindən ayırmağa, aralarındakı bağı qoparmağa cəhd etsə -çətin olmaqla birlikdə bunu edə bilsə- mədəniyyət ilə birgə dini də dəyişdirmə yoluna girmiş olar. Bədənini parça parça itirən din gedər (millətin həyatından çıxar) onun yerinə yeni mədəniyyətin dini və ya dinsizliyi gəlir. Mədəniyyət ilə din arasında belə bir bağ olduğuna görə; mədəniyyətin dəyişməsi dini yaxından maraqlandırar. İslamın beş təməl məqsədindən biri dini (müsəlmanların həyatında İslamı) qorumaqdır. İslamın qorunmasını mənfi təsir edən bir davranış, bir mədəniyyət dəyişməsi, bir mədəniyyət təqlidi haramdır, bəzən bununla da qalmaz dindən çıxma nəticəsini doğurar.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) Mədinəyə köçüncə, burada həmişə iki bayramın olduğunu öyrəndi. Bayramlar, dinin təsirlənməsi baxımından əhəmiyyətli mədəniyyət ünsürləri olduğu üçün bunları dəyişdirdi və yerlərinə Ramazan ilə Qurban bayramlarını təbliğ etdi. Daha bir çox hədisdə, başqa dinlərlə əlaqəsi və ya simvolik dəyəri/funksiyası olan adət və tətbiqləri müsəlmanlara qadağan etdi.



05-12-2009 10:42:26