Ana səhifə

Yeni ili qeyd etməyin dinimizdəki yeri nədir?


YazdırSend to friend
Sual Detayı: 
Yeni ili qeyd etməyin dinimizdəki yeri nədir?
Cavab: 

 

 
 
 
 
 
 
 
 
 

 

Mövzuya bir neçə istiqamətdən cavab vermək daha uyğun olacaqdır:

Bu mövzunu yaxşı qavraya bilmək üçün əvvəl bu ayə və hədisləri göz önünə gətirmək lazımdır:

1. "Yaxşılıq və təqva mövzusunda yardımlaşın, günah və həddi aşmaqda yardımlaşmayın və Allahdan qorxub çəkinin ..." (Maidə, 5/2)

2. "Zülm edənlərə ən kiçik bir meyl göstərməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa vəliləriniz də yoxdur, sonra kömək da görə bilməzsiniz." (Hud, 11/113)

3. "O (Allah) sizə Kitabda: 'Allahın ayələrinə küfr edildiyini və onların ələ salındığını eşitdiyiniz, onlar bir başqa sözə  keçənə qədər onlarla bir yerdə oturmayın, yoxsa siz də onlar kimi olarsınız.' deyə endirdi. Həqiqətən, Allah münafiqlərin da, kafirlərin də hamısını cəhənnəmdə bir yerə toplayacaqdır. " (Nisa, 4/140)

Mövzunu başqalarına bənzəmə nöqtəsindən ələ alan hədis-i şəriflər vardır. Bunlardan biri budur:

"Kim hər hansı bir qrupa bənzəyərsə o da onlardandır." (Əbu Davud, Libas 4)

Xüsusilə bu hədis-i şərif çox əhəmiyyətli psixo-sosial gerçəklərə işarə edir. Şəkli bənzəməyin nəticədə etiqadi bənzəməyə aparacağını anladır.

İbn Xaldun da mövzuyla əlaqədar olaraq əhəmiyyətli tarixi gerçəklərə izah verir. Məğlubların qalibləri təqlid etmə psixologiyası yaşadıqlarını anladır. (İbn Xaldun, Müqəddimə (trc.) I / 374-75.)

Yeni il sizə nəyi ifadə edir? İslamda və mədəniyyətimizdə Yeni ilin yeri nədir?



29-12-2016 09:08:17