Ana səhifə

Yeni Müsəlman olan və ya dindən çıxıb təkrar dinə dönən mürtəd, qılmadığı namazları qəza edər mi? Peyğəmbərimiz bir hədisində "İslam, əvvəlkiləri təmizləyər, silər süpürər." buyurur. Buna əsaslanaraq bir müsəlman əvvəldən qılmadığı namazlarını qəza etməsə


YazdırSend to friend
Sual Detayı: 
Yeni müsəlman olan biri, öncəki cahil olanda qılmadığı namazların qəzasını qılmalıdırmı?
Cavab: 

Salam aleykum.

Bir kimsə yeni müsəlman olmuşsa, keçmiş zamanlar üçün qəza namazı qılmasına gərək yoxdur.

Mürtəd olan (dindən çıxan) kimsə, bir müddət sonra peşman olub yenidən dinə dönəcək olarsa, mürtəd qaldığı müddət ərzində qıla bilmədiyi fərz namazları qəza etməsi lazım deyil. Çünki namaz ancaq müsəlmanların ağıllı, yetkin olanlara fərzdir. Mürtəd isə dönüş edib tövbə etmədikcə müsəlman sayılmaz. (Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1/408.)

Ancaq bir kimsənin özünü Müsəlman olaraq görməməsi deyə bir vəziyyət ola bilməz. İnsanın böyük günahlar işləmiş olması onu dindən çıxarmaz.

Küfrü gərəkdirən şeyə inanan adam kafir olar. Ancaq ağızından küfr hesab olunacaq bir söz çıxaran adama kafir olar deyilməz. Çünki bəzən söz küfr olsa da söyləyəni kafir etməz. O sözü söyləməsi küfründən deyil cəhalətindən qaynaqlana bilər.

Küfr və iman qəlbə aid şeylərdir. Küfr ləfzindən bir söz istifadə edən kimsə qəlbən imanı tərk etməmişsə sırf bu sözü istifadə etməsindən dolayı imanı getmiş olmaz.

 



25-08-2014 05:33:30