Ana səhifə

Yeni tanış olduğum insanları öncədən tanıyırmış kimi hiss edirəm, səbəbi nə ola bilər?


YazdırSend to friend
Sual Detayı: 
djevu
Cavab: 

   - Bu mövzu çox subyektivdir. Bunu obyektiv kriteriyalara görə qiymətləndirmək olduqca çətindir. Bununla yanaşı, sizə kömək ola bilər düşüncəsiylə bir neçə nöqtəyə işarə edəcəyik:

   a) Öncə bunu qəti olaraq bildirək ki, bu kimi hadisələr heç bir zaman "reinkarnasiya" nı təsdiq etməz. Çünki, bir çox ayənin ifadəsindən, reinkarnasiyanın doğru olmadığı aydın olmaqdadır.

   b) Bu cür hadisələr, yəni "ilk dəfə gördüyü bir şeyi, daha öncə görmüş kimi bir mənzərə ilə qarşılaşmağ" nın bir iki səbəbi ola bilər:

    Birincisi: İnsanın lap əvvəldən yuxuda görüb də sonradan unutduğu bir mənzərəni gördüyü zaman, daha öncə yuxuda gördüyü şəklini xatırlaması nəticəsi ola bilər. İnsan oyandığı zaman bu yuxusunu xatırlamaya bilər. Gecə yuxu halında hiss edib unutduğu mənaları, daha sonra normal həyatda qarşılaşdığı hadisələrlə xatırlayar"sanki mən bunu daha öncə yaşamış kimiyəm" deyər.

   İkincisi: Bəzi həssas ruha sahib kimsələrdə daha ruhlar aləmində ikən gördüyü bir mənzərəni, (ruhun bədənə girməsiylə- yəni normal bir insan olaraq-) dünyada təkrar gördüyü zaman keçmiş malumatını yenidən xatırlaması ola bilər.

   c) İnsan bəzən hiss-i qablə'l-vukû / önsezi / hadisələri əvvəlcədən hiss etmək növündən, öncdən bəzi olacaq şeyləri hiss edər. Bu önseziylə şüur altına girmiş bir xüsus normal həyatda görüldüyü zaman, insan onu əvəllər gördüyünü zənn edər. Halbuki gördüyünü düşündüyü şey gerçək həyatda deyil, önsezi vasitəsiylə virtual aləmdə görülmüşdür.

   d) Bu mövzunu bir əndişə qaynağı etmək yanlışdır. Hər hansı bir hadisəni əvvəlcədən hiss etmək və ya adı keçən bir şəxsin, üç-beş dəqiqə sonra çıxıb gəlməsi, ilk dəfə qarşılaşdığı şəxsi və ya mənzərəni əvvəl görmüş olma hissi .. birinin içindən keçənləri oxumaq, bir düşüncənin bir-neçə insan tərəfindən birdən ifadə edilməsi, olduğu kimi zühur edən ilhamlar ... Hamımızın başından keçən dünya qədər hadisə vardır. Bütün bunlar, insanın metafizik (mücərrəd) mahiyyətinin çox kompleks və çox möcüzəli bir quruluşda olduğunun göstəricisidir.

   e) Fransız elm adamı Emil Katy Boyer "Psixologiya elminin gələcəyi" adlı əsərində "əvvəlcədən gördüyünü düşünmə" hadisəsini "Deja Vu" hadisəsi olaraq adlandırmışdır.

- Bəzi psixologiya mütəxəssisləri bunu üç hissəyə ayırırlar: "Deja Vu" (daha əvvəl görülən), "Deja Senti" (Daha əvvəl fərq edilən), "Deja Visite" (daha əvvəl ziyarət edilən)

   - Elmi araşdırmalarda bu mövzu xüsusilə iki şəkildə izah edilmişdir:

   Birincisi: İnsanın hafizəsi bəzən qayda xaricinə çıxar və beyni yanıldacaq şəkildə bəzi yanlış məlumatları çatdıra bilər. Bu yanlış məlumatlardan biri də "daha əvvəl görmə" xəyalıdır.

   İkincisi: İnsanın məlumatı / bilgisi -mənalar halında- sağ və sol beynə göndərilmək surətiylə tamamlanar. Bəzən əlaqədar malumat, sağ beynə, sol beyindən əvvəl çatar. Bu zaman fərqinə görə, sağ beyin üçün hal-hazır zamandakı bir məlumat, sol beyin üçün hələ baş verməmiş bir mənzərə ifadə edir. Beləcə insan, sol beyinlə sonradan gördüyü məlumatı, sağ beyində əvvəlcə gördüyü ilə müqayisə edər və indiki gördüyünü daha əvvəl də görmüş olduğunu zənn edər. (bax. Funkhouser, Arthur, Three types of déjà vu, 1996, 1)



30-03-2017 03:48:32