Ana səhifə

Yetkinlik çağına gəlmədən vəfat edən uşaqların axirətdəki vəziyyəti necə olacaq?


YazdırSend to friend
Sual Detayı: 
Salam. Sizə verəcəyim digər sual budur ki, Qiyamət günündə 3 yaşlı bir uşaq Cənnətə yoxsa, Cəhənnəmə göndəriləcək? Əgər Cənnətə göndəriləcəksə, o bunu dərk edəcəkmi? Təşəkkürlər!
Cavab: 

1) Yetkinlik çağına girmədən ölən uşaqlar, anna ataları hansı dindən olursa olsun cənnətə girəcəklər. Bu dünyada kiçik uşağını itirən ana ataya bir mükafat olaraq Cənnətdə o uşaqları onlarla birlikdə olacaq və bu dünyadakı qısa bir uşaq sevgisinə əvəz olaraq axirətdə əbədi bir uşaq sevgisini onlara veriləcək.

Qurani Kərimdə keçən "Vildanün muhalledun" sözündən aydın olduğuna görə, möminlərin Yetkinlik çağından əvvəl vəfat edən uşaqları birbaşa Cənnətə gedəcək, lakin daimi uşaq olaraq qalmaq surətiylə, uşaq sevmək və oxşamaq zövqünü ana və atalarına veriləcəkdir.

Uşağını itirdiyi halda buna səbr edən Müsəlmana, Cənabı Allahın verdiyi mükafat Əbu Musa (rə) tərəfindən nəql edilir: "Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurmuşdur:

Bir qulun uşağı öldüyü zaman Allah Təala mələklərinə:

- Qulumun uşağının ruhunu aldınız? buyurar. Mələklər:

- Bəli, deyərlər. Allah Təala:

- Qulumun könül meyvəsini qopardınız? buyurar. Mələklər:

- Bəli, deyərlər. Allah Təala:

- Yaxşı bəs qulum nə dedi?, buyurar. Mələklər:

- Sənə həmd etdi və ‘inna lilləhi və inna ileyhi racinin' deyə şükür etdi, deyərlər. Bunun sonra Allah Təala:

- O halda qulum üçün cənnətdə bir ev düzəldin və adını da "həmd evi" qoyun! buyurar." (Tirmizi, Cenaiz, s.36)

Sevdiyini itirən bir insan, bu vəziyyətə səbr edər, ağızından pis söz yerinə yalnız və yalnız Allahı ucaldan sözlər çıxarsa qulun bu səbri nəticəsində Cənabı Allah, onu cənnətinə daxil edər. Cənnətində də ona adı ‘həmd evi' olan bir məkan hədiyyə edər.

2) Cənnət və Cəhənnəmdə olanlar harda olduqlarını biləcəklər.



14-01-2010 02:11:45

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz