Ana səhifə

Yol kənarında namaz qılmaq olarmı?


YazdırSend to friend
Sual Detayı: 
As Salam Aleykum minik avtomobildə gedərdən saxlayıb yolun qırağında namaz qılmaq olar?
Cavab: 

Va aleykumussalam və rahmətullah.

Bəli olar. Təmiz bir yerdə, qibləni təyin edib namazı qılmaq olar.

Peyğəmbərimizin (Aleyhissalatu Vassəlam) ümmətinə bəxş edilmiş nemətlərdən biri də hər yerdə ibadətini edə bilmə imkanının verilməsidir. Bu baxımdan təmiz olmaq şərti ilə, hər yerdə namaz qılına bilər. Qəsb edilən torpaq üzərində və ya oğurlanmış bir paltar ilə namaz qılmaq doğru olmasa da qıldığı namaz geçərlidir, namazın qılmış sayılır..

Haralarda namaz qılmaq məkruhdur?

Doqquz yerdə namaz qılmaq məkruhdur:

1. Yol ortasında; çünki gəlib keçənlərə əngəl olar və hər kəsin o yoldan keçmə haqqı zədələnər.

2. Dəvələrin çöküb yatdığı yerdə,

3. Zibilliklərdə,

4. Heyvan kəsilmiş yerdə,

5. Təbii ehtiyaclar edilən yerdə (ayaq yolu),

6. Yuyunulan yerdə (qüsulxanədə),

7. Hamamda,

8. Qəbristanlıqdan,

9. Kəbənin damında.

Ot, həsir, döşək, qamışdan düzəldilmiş bir əşya üzərində namaz qılmaqda bir günah yoxdur. (Fətâvâ-yi Kaadıhan.)

Namaz qılınan yerdə hansı ölçüdə nəcasət olarsa namaza mane olar?

Səcdə yerində nəcasət olarsa: Namaz qılarkən səcdə yerində nəcasət olar da dərhal aradan qaldırılması mümkün olmazsa, yalnız burnun gəldiyi yerdə olub, alının gəldiyi yerdə yoxdursa, qıldığı namaz caizdir. Bunda görüş fərqi olmamışdır.

Həm alın, həm burun qoyulacaq yer nəcis olarsa, Əbu Hanifə'yə görə dərhal aradan qaldırılması mümkün deyilsə, yalnız burnu ilə səcdə edərsə qıldığı namaz caiz olar. Istərsə alnında bir üzr mövcud olmasın. İmameyin`ə (iki imam) görə, alnında bir üzr olarsa, namazı caiz olar. olmazsa caiz olmaz. (Əl-Mühit / Radiyüddin Səraxsi.)

Nəcasət iki ayağın qoyulduğu yerdə olub və təmizlənməyərək o vəziyyətdə namaz qılınarsa, qılınan namaz caiz olmaz. Yalnız bir ayağın qoyulduğu yer nəcis olarsa, fərqli görüşlərə baxmayaraq namazı səhih deyildir.

Nəcasət iki əlin, ya da iki dizin qoyulduğu yerdə olarsa, zahir rəvayətdə namazı pozulmuş sayılmaz. Əbu Leys'ə görə, bu məsələdə muxtar (seçilmiş,əsas) olan söz, namazın pozulmuş olmasıdır. Əl-Uyûn sahibi də bu görüşün səhih olduğunu qeyd etmişdir. (Siracu'l-Velhac - Fətava-yi Hindiyyə.)

Təmiz bir yer üzərində namaz qılarkən üst paltar ya da üzərində olan bənzəri bir geyimi səcdəyə gedərkən qurumuş bir nəcisin olduğu yerə toxunur ya da yanındakı nəcis bir paltarla təmas edirsə, namazı caizdir. (Əl-Bedayi1 - Əl-Muhit / Səraxsi.)

Namaz qılanın paltarıyla birlikdə namaz qıldığı yerdə dirhəm miqdarından az ölçüdə nəcasət olar, lakin hamısı bir araya gətirildiyində dirhəm miqdarını aşarsa, səhih sözə görə namazın cəvazına mane' sayılmaz. (Əl-Hulftsa - İbn Abidin.)

Namaz qılan kimsə əvvəl təmiz bir yer üzərində dayanar və dərhal sonra nəcis bir yerə sürüşərsə, burada ən qısa bir rükn miqdarı dayanacaq olarsa namazı caiz olmaz. Bu qədər zaman gözləmədən təkrar təmiz yerə sürüşərsə, namazı caiz olar. (Fətava-yi Kaadıhan.)

Nəcis bir yer üzərində niyyət gətirib namaza durar, sonra təmiz bir yerə sürüşərsə, namaza başlamış sayılmaz.

Yağışlı və palçıqlı bir havada heyvan üzərində -yolçuluq halında ikən- namaz qılar, lakin miniyinin səməri üzərində dirhəm miqdarından çox qan ya da heyvan tərsi kimi bir nəcis olarsa, namazı caiz deyildir. Ancaq bu mövzuda Əl-Muhit sahibi İmam Səraxsi, qılınan namazın səhih sözə görə caiz olduğunu qeyd etmişdir.

Üzərində namaz qıldığı döşək (səccadə) nin bir ucunda nəcasət olar, amma namaz qıldığı qisimdə olmazsa, səhih olan sözə görə qıldığı namaz caizdir. Döşək istər böyük olsun, istər kiçik olsun fərq etməz. (ƏI-Xülasə.)

Üzərində namaz qıldığı səccadə ya da örtüyə namaza engel olacaq qədər nəcasət toxunduğunu bilər, lakin yeri müəyyən edə bilmərsə, təmiz olduğuna qənaət gətirdiyi qisimin üzərində namaz qıla bilər. Buna icazə verilmişdir. (Tatarhaniyyə - Fətava-yi Hindiyyə.)

Namaz qıldığı səccadənin astarında namaza engel olacaq qədər nəcasət olar və dərhal aradan qaldırılması mümkün olmazsa, İmam Muhammədə görə, -astar tikili vəziyyətdə belə olsa- qılınan namaz caizdir. İmam Əbu Yusufa görə, astar tikili, bitişik vəziyyətdə isə caiz deyildir. (Əl-Mühit / Səraxsi - Fətava-yi Kaadıhan.) Əbu Yusuf'un görüşü, ehtiyata daha uyğundur.

Nəcis bir yer üzərinə qoyulan mərmər, taxta və ya keçə (yunu döyüb basmaqla hazırlanan sıx qalın material) kimi qalın bir şey üzərində namaz qılınması caiz midir?

Qalınca bir mərmər ya da sal daş və ya qalınca bir döşək üzərində namaz qılan kimsə, bunun alt qisiminin nəcis olduğunu bilsə belə yenə namazı caizdir. Bu, İmam Muhammədə görədir. Fətva da buna görə verilmişdir. Çünki seçimə daha layiqdir. (Şərh-i Münyətü'l-Musalli / ibn Əmr Həcc.)

Qalınca keçə haqqındakı hökm də belədir. Qalın taxtanı və bənzəri əşyanı bununla müqayisə etmək mümkündür.

Nəcasət toxunmuş bir torpaq üzərində namaz qılmaq lazım olduğunda nə etmək lazımdır?

Nəcasət toxunmuş bir torpaq üzərində namaz qılmaq lazım olduğunda, su ilə onu yumaq mümkün deyilsə, hər hansı bir alətlə qazılaraq nəcis olan qisim atılır, sonra açılan sahədən nəcis qoxusu gəlib gəlmədiyinə baxılır: Qoxu hələ davam edirsə, nəcasətin torpağın dərinliklərinə qədər endiyini göstərdiyindən namaz qılınmaz. Təmiz bir yer axtarılar. (Tatarhaniyyə.)

Üzərində nəcasət olan bir döşək torpaq ilə örtülərək nəcasət görülməyəcək vəziyyətə gətirilsə belə, yenə də o vəziyyətdə üzərində namaz qılmaq caiz olmaz. (Siracu'l-Vəhhac.) Bunun kimi nəcis bir torpaq üzərinə üstlüğünün (paltarının) bir ucunu yayaraq səcdə etməsi caiz deyildir. Səhih olan görüş budur.

(Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: I / 214-216)

Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan qılmağım üçün nələr tövsiyə edərsiniz?



01-07-2015 02:25:04

Düğüme özel