Ana səhifə

Yoldaşım hicaba keçməyimə icazə vermir. Necə etməliyəm?


YazdırSend to friend
Sual Detayı: 
Hicabda deyiləm. Yoldaşım qoymur. Fitnə salmaq istəmirəm. Ona görə hələki səbr edirem. Bu nə dərəcədə günahdır?
Cavab: 

Allah`ın razılığına uyğun olmayan mövzularda qadınlar ərlərinə itaət etmək məcburiyyətində deyildirlər. Əri istədiyi üçün başını açan qadın da əri də günahkar olar.

Boşanma səbəblərindən biri də şiddətli dolanışıqsızlıq və fikir anlaşılmazlığıdır. Kişi arvadına zülm edirsə və ibadətlərini etməsinə mane olursa bu vəziyyət boşanma səbəbi olaraq görülə bilər.

Ancaq əri özünə zülm edən bir qadın, boşanmayıb səbr etsə savabını qazanar. Ərinin istədiyi haram şeyləri yerinə yetirməz və ibadətlərini etməyə davam edər.

Allah heç bir yaxşılığı yox etməz. Bu baxımdan təsəttürə riayət etməməniz namaz qılmanıza mane deyil. Ancaq namaz əsnasında başınızı örtməniz lazımdır. Əks halda namazınız etibarlı olmaz.

Namazı qıldığınıza görə savab qazanarsınız. Başınızı açmanızdan ötəri də günah işləmiş olarsınız. Ən mükəmməl şəkli isə hər ikisini də etməyinizdir. Günahsız bir şəkildə qılınan namazın fəziləti daha çoxdur.

Biz Allah`ın qullarıyıq. O bizdən necə yaşamamızı istəyirsə o şəkildə yaşamalıyıq. Bizi yaradan Allah qadının başını örtməsini fərz etmişdir. Bu baxımdan gərək ailəmiz gərəksə ətrafımızdakı insanlar buna mane olmamalıdır və olmağa da haqqları yoxdur.

Əriniz razı olmasa belə Allah`ın əmrini yerinə yetirməniz lazımdır. Çünki Allah`ın razılığı yoldaşın razılığından əvvəl gəlir.

Ərinizin başınızın örtməsinə icazə verməməsinin səbəbi həqiqəti tam olaraq anlaya bilmədiyindəndir. O da sizin kimi gerçəyi anlamış olsaydı əlbəttə ki özü də buna razı olacaqdı.

Təsəttür münaqişələrində üç məfhum, bir-biriylə qarışdırılır: Ayıb, cinayət və günah. Bir söz, bir hərəkət və ya bir paltar cəmiyyətin dəyər hökmlərinə tərs düşürsə ayıblanır. Qanuna zidd isə, cinayət sayılır. Dinə müxalif isə, günah olur.

Bəzi kəslər, qanuna zidd olmayan bir şeyin günah da olmayacağını zənn edərkən, bəziləri, "hər kəsin etdiyi bir hərəkətin günahlıqdan çıxacağı" vəhminə qapılırlar. Bunların hər ikisi də olduqca səhv düşüncələrdir.

Ayıb, heç bir zaman gerçəyin ölçüsü ola bilməz. Fikir, düşüncə və hərəkətlərini yalnız ətrafın "ayıb" anlayışına görə təşkil edən insanlar, şəxsiyyətlərini cəmiyyətə fəda etmiş, izdihamlara əsir olmuşlar.

Halbuki, cəmiyyətin hər ayıbladığını "səhv", yaxud hər mənimsədiyini "doğru" qəbul etmək mümkünmü? Belə olsa, insanın hər toplumda  ayrı bir şəxsiyyətə bürünməsi, buqələmun kimi tez-tez rəng dəyişdirməsi lazım deyilmi?

Qərbli bir alimin "insan ağılının acizliyini" ortaya qoyan bu ifadələri, bu məsələmizi nə gözəl şəkildə izah edər: "Bir insanın, atasını yeməsindən daha qorxunc bir şey düşünülə bilməz; amma, əvvəllər bəzi qövmlərdə bu adət varmış. Həm də bunu hörmət və sevgilərindən edərlərmiş. İstəyərlərmiş ki ölü, beləliklə ən uyğun, ən şərəfli bir məzara basdırılsın. Bədənləri və xatirələri içlərinə, ta iliklərinə yerləşsin. Ataları həzm etmə və assimilyasiya etmə yolu ilə öz diri bədənlərinə qarışıb yenidən yaşasın. Belə bir inancı iliklərində və damarlarında daşıyan insanlar üçün, anasını, atasını torpaqlarda çürüdüb, qurdlara yedirmənin, ən qorxunc günahlardan biri sayılacağını düşünmək çətin deyil."

İndi düşünək: Ətrafımızdakı insanların böyük əksəriyyəti, qatı təbliğatlarla, belə bir fikri mənimsəmiş olsalar, biz də cəmiyyət ayıblamasın deyərək, atamızın ətinimi yeməliyik? Demək ki, "ayıblama" tamamilə subyektivdir; gerçəyə təsir edəcək bir faktor deyil. Ayıb dərk edərək örtünməkdən qaçınan xanımların iddiaları iki hissəyə ayrılır: Biri: "Örtünməmək nə üçün günah olsun?" şəklindəki etiraz. Digəri isə: "İslamda örtünmənin olmadığı" tərzindəki, şəxsi qənaət.

Kənardan aralarında çox da böyük fərq olmadığı kimi görünür. Amma, gerçəkdə hər ikisi də müstəqil bir mövzudur. İllərdən bəri, müxtəlif mövzularda müxtəlif suallara həmsöhbət oldum. Bir çox mübahisələrdə oldum. Bir dəfə olsun rast gəlmədim ki, alverində faizdən uzaq dayanan bir tacir, qalxıb da "Faiz niyə haram olsun?" kimi bir sual atsın ortaya. Yaxud, namazını müntəzəm qılan biri, "Namaz qılmaqla da Müsəlmanmı olunarmış, sən mənim ürəyimə bax." tip bir iddiada olsun.

Örtünmə məsələsində də elə. "Örtünməklə də nə olacaqmış, insan hicabın içində də edəcəyini edər." kimi sözlərin sahiblərini bir-bir araşdırsanız, hər dəfə İslamı layiqincə bilməyən və ya bildiyi halda onun əmrlərini yerinə gətirə bilməyən biriylə qarşılaşarsınız.

Bu insanlar, vicdanlarının dərinliklərində hiss etdikləri günahkarlıq psixologiyasından xilas olmaq üçün, belə etirazlarda olarlar və tövbə edəcəkləri yerinə, günahlarını qanuni göstərməyə cəhd edirlər. Sanki digər insanları razı salmaqla, o mükəlləfiyyətdən xilas olacaqlarmış kimi. Halbuki, bir hərəkət günah isə günah, deyil isə deyil. Bunun təsbitini "izdihamlar" edə bilməz. Örtünmə dində varsa buna kimsə "yox" deyə bilməz. Amma, heç kim də başqalarını bu barədə məcbur etmə yoluna getməməlidir.

Bu xanımlardan bir xahişim olacaq. Lütfən, İslamı heç olmazsa, bir qeyri müslim qədər tərəfsiz olaraq araşdırsınlar. Örtünmənin dindəki yeri nə isə, onu eləcə təsbit etsinlər. Sonra o hökmə istər uyğun gəlsin, istər uyğun gəlməsinlər, bu, tamamilə özlərinin biləcəyi bir iş. Amma, İslamda örtünmə varsa, bu əmrə riayət etmədikləri təqdirdə, günah işləmiş olacaqlarını da bilsinlər. Ta ki günün birində tövbə qapısına çatmaları mümkün ola bilsin.

Örtünmənin İslamda yeri olub olmadığı məsələsinə gəlincə, bu barədə nə qədər fətvalar mövcud. Lakin günümüz Müsəlmanlarının bir qisimi, fətvanın dindəki yerini layiqiylə bilmədiklərindən, birbaşa Qur`an-i Kərimdən ayələr təqdim edəcək və bunların təfsirlərindən bəzi qisimləri eynilə köçürəcəyəm.

Cənab-ı Haqq, Nur Surəsində Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xitab olaraq belə buyurur:

"Mömin qadınlara da söylə, gözlərini haramdan çəksinlər, ismətlərini qorusunlar, zinətlərini (bəzəklərinin taxılı olduğu yerləri) açmasınlar. Zahir olanı (görünməsi zəruri olan üz, əl və ayaqlar) müstəsna. örtüklərini yaxalarının üstünə salsınlar (sinə və boyunlarını göstərməsinlər). Zinətlərini (bəzək yerlərini) ancaq bu kəslərə göstərə bilərlər: Ərlərinə, yaxud atalarına, yaxud ərlərinin atalarına, yaxud öz oğullarına, yaxud öz qardaşlarına, yaxud qardaşlarının oğullarına, yaxud bacılarının oğullarına, yaxud öz qadınlarına (Müsəlman qadınlara), yaxud əllərindəki nökərlərə, yaxud (şəhvətsiz və qadına) ehtiyacı olmayan kəslərə, yaxud hələ qadınların gizli yerlərinin fərqinə varmamış olan uşaqlara." (Nur surəsi , 31)

Ayəni diqqətlə oxunduğunda, bu xüsuslar təsbit edilə bilər:

Birincisi: Xitabın mömin qadınlara olması.

Yəni, örtünmə qadınlar üçün bir iman əlaməti və yalnız mömin qadınlara fərz. Mömin olmayan bir insan, İslamın əmr və qadağanlarından məsul deyil. Yəni, bir kimsə əvvəlcə Allahın varlığını qəbul edəcək, Quran-i Kərimi Onun kəlamı və Hz. Muhəmmədi (sallallahu aleyhi və səlləm) Onun ən son elçisi biləcək ki, İlahi əmr və qadağanı qəbul etsin. Qul olduğunu biləcək ki, başıboş ola bilməyəcəyini də idrak etsin.

İkincisi: Harama baxmamanın yalnız kişilər üçün deyil, qadınlar üçün də olduğu.

Üçüncüsü: "Zinətlərin göstərilməməsi".

Ayəsi keçən "zinət" sözü üzərində edilən təfsirlərdən birini, xülasə olaraq ifadə edim:

 "Zinət, bəzək əşyası demək isə də, mücərrəd olaraq bəzək əşyasına baxmaq heç kim üçün haram ola bilməyəcəyinə görə, bundan murad, bəzək əşyalarının taxıldığı qulaq, boyun kimi yerlərdir. Ayədə əsas məqsəd təsəttür (örtünmə) olduğuna və xitab zəngin-kasıb bütün möminlərə edildiyinə görə, zinət yalnız bəzək əşyası olaraq aydın olsa, ayə yalnız zənginlərə enmiş olar. Halbuki, xitab ümumidir, "mömin qadınlara da söylə." buyurulmaqdadır. Bir başqa əhəmiyyətli xüsus da budur: Qadın üçün əsl zinət, bəzək əşyası deyil, bu orqanların şəxsən özləridir. Yəni, göstərilməsi haram qılınan boyun kimi əzalar qadın üçün ayrıca bir zinətdirlər." (Haqq Dini Quran Dili)

Dördüncüsü: Mömin qadınların başörtülərini, cahiliyyə qadınları kimi, boyunlarına bağlayıb arxaya atmaq yerinə, başlarına örtmələri və tutarının üzərinə vurmaları.

Ayənin davamında, zinətlərin (bəzək yerlərinin) kimlərə göstərilə biləcəyi açıqlanır. Bunlar içərisində, bir də "öz qadınlarına" ifadəsi yer alır.

Bunu, "yaxın tanışları söhbət yoldaşlarına, öz yanlarında çalışan xidmətçi qadınlara" deyə təfsir edən alimlər olduğu kimi; "öz" sözünü "öz dinlərindən olan qadınlar, yəni Müsəlman qadınlar" deyə təfsir edənlər də var.

Bu təfsirlərdən birincisinə görə, mömin qadınların, zinətlərini tanımadıqları heç bir qadına göstərə bilməyəcəkləri, ikincisinə görə isə, Müsəlman qadınlara göstərə biləcəkləri, lakin qeyri müslimlərə göstərə bilməyəcəkləri aydın olmaqda.

Bir başqa ayədə isə, belə buyurular:

 "Ey Peyğəmbər, xanımlarına, qızlarına və möminlərin qadınlarına söylə ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması (nökərlərdən, iffətsiz adi qadınlardan fərq edilib də) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Qafurdur (çox bağışlayandır), Rahimdir (çox mərhəmətlidir)." (Əhzab surəsi, 59)

Bu ayədə, örtünmə açıqca əmr edilməkdə və bu əmrin hikməti, "mömin qadınların digər adi qadınlarla qarışdırılaraq narahat edilməmələri, söz atmalar məruz qalmamaları və ruhlarının əziyyətə düçar olmaması" olaraq bəyan buyurulmaqda.

Nəticə olaraq, örtünməmək; həm ayıbdır, həm cinayətdir, həm də günahdır.



08-01-2010 11:39:37