Ana səhifə

Yoldaşının başını örtməməsi vəziyyətində kişiyə günahı var yoxsa hər kəs özündən məsuldur?


YazdırSend to friend
Sual Detayı: 
Yoldaşının başını örtməməsi vəziyyətində kişiyə günahı var yoxsa hər kəs özündən məsuldur?
Cavab: 

Kişi yoldaşının başı açıq gəzməsinə razılaşırsa özü də məsul olar. Ancaq özü razı olmadığı halda yoldaşı başı açıq gəzirsə məsuliyyət qadına aid olar. Kişi bundan ötəri məsul olmaz.

 

 

Qadın əgər dinin əmrlərini yerinə yetirmirsə əri ona nəsihətdə olar. Ona örtünmənin hökmünü və əhəmiyyətini izah edən əsərlər oxutmağa və yaxşı natiqləri dinlətməyə çalışar.

 

Bunu etdiyin halda heç cür yola gəlməzsə vəzifəsi sona çatmış olar. Artıq günah qadına aiddir. Ər bu kimi sanksiyaları tətbiq etməyib yalnız nəsihət versə, yenə qadının günahından ötəri məsul olmaz. Mütləq ki sanksiya tətbiq etmək məcburiyyəti yoxdur. Əhəmiyyətli olan lazımlı nəsihəti və xəbərdarlıqları etməklə birlikdə qadının günahına ürəkdən tərəfdar olmamaq, razılaşmamaqdır.

 

Belə bir qadını boşamaq lazım olmaz. Xüsusilə ailə qurub uşaq sahibi olduqdan sonra boşamağa baş vurmaq çox ağırdır. İslam dinində yaxşı olmazsa da xristian və yəhudi bir qadınla evlənmək caiz olduğuna görə fasiqə bir müsəlman xanım ilə evlənmək əlbəttə caiz olacaq. Fasiqə bir qadın yəhudi və xristian bir qadından çox üstündür.



10-03-2010 09:02:43

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz