Ana səhifə

Zəmzəm suyu quyusunun tarixi haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Zəmzəm suyu quyusunun tarixi haqqında məlumat verərsiniz?
Cavab: 

Abdulmutallibin Yuxusu
Peyğəmbərimizin Babasının Alınında parlayan Kainatın Əfəndisinə aid nur, onun Qureyşin rəisliyi mövqeyinə gətirib oturtmuşdu.
İsti bir yaz günü idi… Kəbənin yanındakı Hicr mövqeyində sərin bir kölgədə yatırdı. Bir yuxu gördü. Yuxusunda bir şəxs özünə belə səsləndi:
"Qalx, Tayyibəni qaz!" Soruşdu:
"Tayyibə nədir?"
Lakin, o şəxs sualına heç bir cavab vermədən uzaqlaşıb getdi. Oyanan Abdülmuttalib həyəcanlı idi. "Tayyibə" nə demək idi? Tayyibəni qazmaq necə olardı? Yuxuya bir məna verə bilmədən maraq içində o gün gecəni keçirdi.
Sabahısı gün, eyni yerdə yenə yuxuya getmişdi. Eyni adam təkrar göründü və səsləndi:
"Qalx, Berreni qaz."
Yuxusunda çaşmışa dönən Abdülmuttalib yenə soruşdu:
"Berre nədir?"
Adam yenə heç bir cavab vermədən oradan uzaqlaşıb getdi. Abdülmuttalib dərin yuxudan daha böyük bir maraq və həyəcan içində oyandı. Nə var ki, gördüklərinə heç cür məna verə bilmirdi. O gün və gecəni də yenə gördüyü yuxunun təsirində keçirdi.
Sabahısı günü idi. Yenə eyni yerdə yatırdı. Eyni adam gələrək özünə,
"Qalx," dedi. "Mednuneni qaz."
Dərin yuxuda, Abdülmuttalib, adama
"Mednune nədir?" deyə soruşdu. Amma adam yenə cavab vermədən uzaqlaşıb getdi.
Abdülmuttalibin maraq və həyəcanı son həddinə çatmışdı. Üç gün üst üstə gördüyü yuxunun boş olmadığın əlbəttə bilirdi. Amma mənasını anlayacaq ən kiçik bir ipucuna da sahib deyildi.
Dördüncü gün yenə eyni yerdə yuxuya yatan Abdülmuttalib, eyni adamın gəldiyini gördü. Adam bu səfər belə səsləndi:
"Zəmzəmi qaz!" Abdülmuttalib,
"Zəmzəm nədir, haradadır?" deyə soruşduqda, adamın cavabı bu oldu:
"Zəmzəm bir sudur ki, heç kəsilməz, dibinə çatılmaz. Hacıların su ehtiyacını onunla qarşılayarsan. O, Kəbədə kəsilən qurbanların qanlarının töküldüyü yer ilə dərilərinin basdırıldığı yer arasındadır. Alaca qanadlı bir qarğa gəlib, oranı dənləyər. Orada qarışqa yuvası da vardır." 1
Oyanan Abdülmuttalibin həyəcanına bu səfər sevinc də qatılmışdı. Çünki, yuxunu mənalandırmaq üçün ipucunu əldə etmişdi. Zəmzəm quyusundan dəfələrlə bəhs edildiyini eşitmişdi. Lakin, onun yerini kimsə bilmirdi. Çünki Cürhümlüler, Məkkədən düşmən hücumunun qarşısından qaçarkən, Kəbənin bütün qiymətli mallarını Zəmzəm quyusuna atmış, quyunun üstünü də torpaqla örtüb, naməlum bir hala gətirmişlərdi. O zamandan bəri Zəmzəmin adı var, özü yox idi.
Abdülmuttalib, artıq Zəmzəmin yerini tapıb qazmaqla vəzifələndirildiyini anlamışdı. Dərhal araşdırmağa başladı. Yuxusunda özünə deyilən yerə getdi. Bu sırada alaca qanadlı bir qarğanın süzüldüyünü və yerə qonaraq dimdiyi ilə bir yeri qarışdırdıqdan sonra havalanaraq göyə doğru yüksəldiyini gördü.
Abdülmuttalibin sevincinə deyəcəksöz  yox idi. İllərdən bəri gizli qalmış həyat bəxş edən bir quyunu tapma və ortaya çıxarma şərəfinə çatacaqdı. Zəmzəmin yerini təsbit etmişdi və sıra qazmağa gəlmişdi. Bu şərəfi başqasına verməmək və bu sirri başqalarına açmaq istəmirdi. Bunun üçün sabahısı gün bir tək oğlu olan Harisi götürərək təsbit edilən yerə getdi və qazmağa başladılar. Bir müddət davam edən qazıntı nəticəsində Zəmzəm Quyusunun hörülmüş divar daşları ilə bir dairə şəklindəki ağzı meydana çıxdı. Abdülmuttalib sevincli idi, həyəcanlı idi. Sanki gözlərinə inana bilmirdi. Amma gözlərinə inansa da, inanmasa da görünən bir quyu ağzı idi. Təkbir gətirməyə başladı: "Allahu əkbər! Allahu Əkbər!"

Abdülmuttalib və Qureyşin  liderləri
Abdülmuttalibin bu fəaliyyətini başından bəri müşahidə edən Qureyşlilər, işin artıq ortaya çıxmaq üzrə olduğunu fərqinə varınca, böyüklərinə xəbər verdilər. Bir müddət sonra, Qureyş böyükləri, qazılan yerə gəldilər və Abdülmuttalibə,
"Ey Abdülmuttalib! Bu atamız İsmayılın quyusudur. Onda bizim də haqqımız var. Bizi də bu işə ortaq et " dedilər. Abdülmuttalib,
"Xeyr, edə bilmərəm" dedi. "Bu iş yalnız mənə təsis edilmiş və aranızdan ancaq mənə verilmişdir."
Abdülmuttalibin bu qəti cavabı Qureyşin liderlərinin xoşuna gəlmədi. İçlərindən Adiyy bin Nevfel belə danışdı:
"Sən tək bir adamsan. Tək oğulundan başqa dayanacağın bir kimsən də yox. Necə olar da bizə qarşı gəlir, bizə boyun əyməzsən?"
Bu söz, Abdülmuttalibin sanki içini yandırdı. Çünki, Qureyşlilər onu kimsəsizliklə kiçik hesab edirdilər. Bu anlayışdan çox narahat olduğunu halıyla da bildirdi. Bir müddət kədər içində susdu. Sonra içini belə tökdü:
"Ya, demək sən məni təklik və kimsəsizliklə ayıblayırsan, eləmi?"
Həmsöhbətindən heç bir cavab gəlməyincə, bir müddət düşündükdən sonra, əllərini açaraq üzünü səmaya doğru çevirdi və, "And içərəm ki," dedi. "Allah mənə on oğlan versə, bunlardan birini Kəbənin yanında qurban edəcəyəm." 2
Abdülmuttalibin bu sözləri həm bir dua, həm bir and, həm də bir əhd idi.

Şama Gediş
Hadisənin burada sona çatmayacağı müəyyən idi. Vəziyyət də bir xeyli incə idi. Belə hadisələr üzündən aralarında çox vaxt vuruşmalar olmuşdu. Bunu bilən Abdülmuttalib, qazıntı işindən o anlıq imtina etdi və işin bir hakim tərəfindən həll edilməsini təklif etdi. Təklifi qəbul gördü. Hakimi təsbit etdilər: Şamda oturan Sad bin Hüzeym.
Əmilərindən bir neçəsini yanına alan Abdülmuttalib, Qureyş qəbilələrinin irəli gələnlərindən bir qrupla Şama doğru yola çıxdı. Nə var ki, hələ Şama çatmadan İlahi qədər onları dayandırdı. Abdülmuttalib və yanındakıların suları, alov saçan səhra ortasında bitdi. Bu özləri üçün ən böyük, ən şiddətli düşməndən daha da təhlükəli idi. Abdülmuttalibin müraciətinə, Qureyş irəli gələnləri, "Suyumuz ancaq bizə yetər" deyərək rədd cavabı verdilər.
Abdülmuttalib ilə yaxınlarının həyatı böyük bir təhlükə ilə qarşı-qarşıya oldu. Əllərində edəcəkləri heç bir şey də yox idi. Səhra ortasında su axtarmaq, ilğımın arxasında qaçmaqdan fərqsiz idi.

Abdülmuttalibin Su Axtarışına çıxması.
Fəqət hər şeyə baxmayaraq Abdülmuttalib su axtarışında qərarlı idi. İçindən bir səs su tapacağını söyləyirdi. Dəvəsinin yanına gəldi, onu ayağa qaldırdı. O anda, birdən gözlərinə inana bilmədi. Çünki dəvənin bir ayağının dibində tərtəmiz parlayan, bir ovuc su gördü. Bu vəziyyət, yoldaşlarını da sevindirmişdi. Yenidən həyata dönmüş kimi oldular. Abdülmuttalib, qılıncıyla suyun çıxdığı yeri genişlədincə, su daha gur axmağa başladı. Bu vaxt su verməyən Qureyşlilər, heyrətlə onları seyr edirdi.
Abdülmuttalib və yoldaşları, sudan, doyunca həm özləri içdilər, həm də heyvanlarına içirdilər. Bir ara, Abdülmuttalib, özünə su verməyən Qureyşlilərə döndü və səsləndi:
"Suya gəlin, suya! Allah bizə su verdi. Həm özünüz için, həm də heyvanlarınızı sulayın!Dayanmayın, gəlin."
Qureyşlilər xəcalətli xəcalətli suya yaxınlaşdılar. Doyunca sudan içdilər. Heyvanlarını suladılar. Tuluqlarındakı köhnə suyu tökərək təmiz su ilə doldurdular.
Qureyşlilər, Zəmzəm quyusunu qazan əllərin özlərinə təqdim etdiyi bu sərin və təmiz suyu içər içməz, fikirləri birdən dəyişdi. Xəcalətli və günahkar bir əda içində Abdülmuttalibə dönərək,
"Ey Abdülmuttalib," dedilər. "Artıq sənə deyəcək bir sözümüz yox. Anladıq ki, Zəmzəmi qazmaq sənin haqqın. Bu işə ancaq sən layiqsən. Vallah, Zəmzəm barəsində səninlə bir daha münaqişə etməyəcəyik. Artıq hakimə getməyə də gərək görmürük."
Və hakimə getmədən yarı yoldan təkrar Məkkəyə  birlikdə döndülər. 3
Məkkəyə dönən Abdülmuttalib, oğlu Harislə birlikdə qazıntı işinə davam etdi və qısa zamanda Zəmzəmi ortaya çıxardı.

Qiymətli Mallar Üçün Püşk atdılar
Zəmzəm quyusundan bəzi qiymətli mallar da çıxdı. Bunlar arasında qızıldan iki maral heykəli ilə qılınclar və zirehlər də vardı. Zəmzəmi ortaya çıxarma haqqını daha əvvəl Abdülmuttalibə buraxan Qureyş irəli gələnləri, bu qiymətli malları görüncə, ehtiras damarları təkrar qabardı. Yenə Abdülmuttalibin başına tikildilər.
"Ey Abdülmuttalib," dedilər. "Bu mallara səninlə birlikdə ortağıq. Bunlarda bizim də haqqımız var."
Cömərd və səbirli Abdülmuttalib əvvəl, "Xeyr. Sizin bu mallar üzərində heç bir haqqınız yox" deyərək istəklərini rədd etdi. Sonra yenə cömərdlik və mərdliyini ortaya qoydu.
"Mən yenə də sizə yumşaq davranım. Aramızda püşk ataq."
Bundan məmnun olan Qureyş irəli gələnləri,
"Yaxşı, bu püşkü necə və nə şəkildə edəcəksən?" deyə soruşdular
Abdülmuttalib, püşkdə izləniləcək üsulu izah etdi:
"İki püşk Kəbə üçün, iki püşk mənim üçün, iki püşk də sizin üçün çəkərik. Püşk də kimə nə çıxarsa onu alar, çıxmayan da məhrum qalar."
Bu üsul tərəfsiz bir hal çarəsi idi. Bu səbəblə Qureyşlilər sevindilər və Abdülmuttalibin bu davranışını təqdir etdilər:
"Doğrusu," dedilər. "Çox insaflı davrandın."
Kəbənin içində Hübel bütünün yanına getdilər və püşk atdılar. Püşk nəticəsi, Qureyş irəli gələnlərinin bu mallarda haqqları olmadığını bir dəfə daha ortaya qoydu. Qızıl maral heykəllər Kəbəyə, qılınc və zirehlər Abdülmuttalibə düşdü. Onların payı isə məhrumiyyət oldu. Amma artıq etiraz edəcək vəziyyətləri qalmadı və məsələ beləcə bağlandı.
Abdülmuttalib, qılınc və zirehləri döydürüb saç halına gətirdikdən sonra, bununla Kəbənin qapısını bağladı. Beləcə Kəbəni qızılla bəzəyənlərdən oldu.
Zəmzəm quyusunu ortaya çıxardığı zaman Abdülmuttalibin yaşı kamal yaş olan qırxına basmışdı.
Otuz il sonra, Cənabı Haqqın lütfkarlığı ilə oğlanlarının sayı onu tapdı. Bu sırada illər əvvəl söylədiyi vədini xatırladı: Oğlanlarından birini Kəbədə qurban etmək. Amma hansını? Hamısı da bir-birindən gözəl və sevimli idi. Lakin Abdullah çox daha başqa idi.
Abdullah, Abdülmuttalibin on oğlanından səkkizincisi idi. Surətdə digər qardaşlarından çox fərqli idi. Dünyaya gəlir gəlməz atasının alınında parlayan Nuru Məhəmmədi onun alınına keçmiş idi. Bu nur, üzünə möcüzə bir gözəllik və müstəsna bir şirinlik bəxş etmiş idi. Amma heç kim bu gözəllik və şirinliyin haradan və nə üçün gəldiyinin fərqində deyildi.

1. Sire, 1/150151
2. Sire, 1/160; Tabakat, 1/88; Taberi, 1/128
3. Sire, 1/152-158; Tabakat, 1/84

Saleh Suruç
 



01-05-2010 12:43:48

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz