Ana səhifə

Zariyat 47-ci ayəsində keçən "genişlətməkdəyik" ifadəsində nə üçün "hâ" əvəzliyi gəlməmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Zariyat 47-ci ayəsində keçən "genişlətməkdəyik" ifadəsində nə üçün "hâ" əvəzliyi gəlməmişdir?
Cavab: 

Əlaqədar ayənin tərcüməsi:

"Göyü qüdrətimizlə biz qurduq və şübhəsiz biz genişlətməkdəyik." (Zariyat, 51/47)

Sizin də ifadə etdiyiniz kimi, "mûsiûn" sözünün sonunda bir əvəzlik gətirilməmiş və burada nəyin genişlədiləcəyi açıq bir şəkildə ifadə edilməmişdir.

Bu, Quranın möcüzəvi cəhətindən biridir. Beləcə Quranın bütün həmsöhbətləri, müxatabları hər zaman hər yerdə və hər vəziyyətdə özünə uyğun bir məna anlaya biləcəkdir.

Məsələn, "Məhz onlar Rəbblərindən bir hidayət üzrə olanlar və məhz onlardır fəlaha nail olanlar." mənasındakı ayədə də  fəlaha ərənlər (nicat tapanlar) mənasındakı "muflihun" sözünün sonunda da əvəzlik yoxdur. Burada nəyə fəlah əldə etdiklərinin bildirilməməsi  tamim/ hər xeyirli şey üçündür. Çünki Quranı oxuyan, ondan istifadə edənlər təbəqə-təbəqədir və bunların istəkləri də fərqli fərqlidir.

- Bəzisi cəhənnəm atəşindən xilas olmaq istər.

- Bəzisinin bütün məqsədi cənnəti əldə etməkdir.

- Bəzisi yalnız Allahın razılığını axtarar.

- Bəzisi ancaq Allahın camalının rüyətini (Allahı görmək) sevər ... və s ...

Beləcə Allah, inananların nəyə fəlah tapacaqlarını bildirməyərək ehsan süfrəsini ümumi tutmuş, ta ki hər kəs istədiyini oradan ala bilsin. (Bax. Nursi, İşaratül-İcaz, Bəqərə surəsi 5-ci ayənin təfsiri)

Məhz eynilə bunun kimi, sualda keçən ayədəki "mûsiûn" sözündə əvəzliyin olmaması da  tamim (ümumiləşdirmə, hər tərəfli)  üçündür. Əgər "hâ" əvəzliyi gəlsəydi, o zaman məna məhdudlaşdırılmış olardı.

Buna görə, imanın və İslamın təməl əsaslarına zidd olmamaq şərtiylə, hər əsr hər insan hər elm adamı hər qrup bu ayədən özünə uyğun bir məna anlaya bilər.

Ayədə keçən "mûsiûn" üçün edilmiş başlıca izahlar bunlardır:

a) Biz vüs'at, yəni genişlik və qüdrət sahibiyik; Səmadakı bu ehtişamı təmin etməklə qüdrətimizdən bir şey azaldığı, əksildiyi zənn edilməməlidir, istəsək daha da genişlədərik.

b) Heç bir şeyə möhtac olmadığımız kimi nemətləri bol bol ehsan edən də bizik; çətinlikləri aradan qaldırar, darda qalanlara genişlik verərik. (Şövqânî, Elmalılı, əlaqədar ayənin təfsiri)

c) Kainatı genişlətməkdəyik. Bu şərh daha çox, kosmos cisimlərinin bir-birindən uzaqlaşdığı və aralarındakı məsafənin get-gedə artdığı istiqamətindəki elmi təsbitdən hərəkətlə ortaya qoyulan "genişləmə nəzəriyyəsi" işığında edilmişdir. Göy kəlməsinin Qurandakı istifadələri nəzərə alınaraq genişlədilən şey, bu və bənzəri kontekstlərdə "kainat", "dünyanın xaricindəki bütün kainat" mənalarında izah edilir. (Bax. Cəlal Kırca, Quran-ı Kərimdə Fen Bilimleri, İstanbul, 1984, s. 62-63)

Təfsirçi Razi göyün binaya və yerin döşəyi bənzədilməsini, göyün əsas strukturunda dəyişmə olmamasına, yerin isə genişləmə daralma, dənizlərinin quruya çevrilməsi kimi dəyişgənliklərə müsait olmasına bağlayır. (Razi, müvafiq ayənin təfsiri)

Özündən əvvəlki bütün bu anlayışlara təmas edən Əbus-Suud Əfəndi, hamısının də doğru ola biləcəyini ifadə edir. (Əbus-Suud, Təfsir, əlaqədar ayənin təfsiri.)

Mövzuyla əlaqədar başqa təfsir və şərhlər da vardır. (Bk. Cəlal Yeniçəri, Kosmos Ayələri Təfsiri, s. 110-115)

Demək ki, Quranın susması da onun möcüzəvi istiqamətlərindən biridir. Az söyləyər, ta ki mana uzun olsun, hər kəs öz hissəsinə düşəni alsın.



25-04-2018 11:24:36

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz