Ana səhifə

Zina edən kimsə tövbə etsə bağışlanar?


YazdırSend to friend
Sual Detayı: 
Zina edən kimsə tövbə etsə bağışlanar?
Cavab: 

Zinanın hökmü İslam Dinində açıqdır. Günahını Hakimin hüzurunda dörd dəfə ayrı-ayrı etiraf edərək cəzanın verilməsini istəyən və ya dörd şahidi olan biri haqqında qərar verilər. Əgər bu insan evli isə rəcm cəzası, yoxsa subay bir insan üçün veriləcək qərar rəcm deyil, yüz çubuq vurular.

Lakin günahını etiraf etməyən və ya etdiyi bu hərəkəti kimsə görüb şikayət etməmiş isə bu insanın edəcəyi tək şey günahından ötəri peşmanlıq göstərib bir daha etməmək üzrə tövbə etməkdir.

Ayrıca belə bir cinayət törədən kimsə günahını etiraf etsə belə bu anda bunun cəzasını tətbiq edəcək bir baş vurulacaq yer yoxdur. Geriyə iki şey qalır. Biri qul haqqıdır. Varsa halallaşmaq lazımdır. Digəri də Allah haqqı üçün tövbə, istiğfar etmək və bir daha o günaha girməməkdir.

İnsan həm yaxşılıq həm də pislik etməyə uyğun yaradılmışdır. Onun üçün zaman zaman istəyərək və ya istəməyərək günahlara girə bilir. Bu mövzuda Qur`an-ı Kərim də,

"Allah, özünə şirk qoşulmasının xaricindəki istədiyi kəslərin bütün günahlarını bağışlayar." (Nisa, 116)

buyuraraq hansı günah olursa olsun bağışlaya biləcəyini bildirməkdədir.

Kitablarımızda can-ı könüldən edilən tövbənin Allah tərəfindən qəbul ediləcəyi ifadə edilər. Necə ki Allahu Təala,

"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Təhrim Surəsi, 8) 

 

buyuraraq edilən tövbələrin qəbul ediləcəyini bəyan edər. Ayədə keçən nasuh tövbə isə belədir:

1-Allaha qarşı günah işlədiyini bilərək, bu günahdan ötəri Allaha sığınmaq və peşman olmaq.

2-Bu günahı işlədiyi üçün kədərlənmək, Yaradıcıya qarşı belə bir günah işlədiyindən ötəri vicdani olaraq narahat olmaq.

3-Bir daha belə bir günaha dönməyəcəyinə dair bir qərar içərisində olmaq.

4-Qul haqqı varsa onunla halallaşmaq.

Bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuş. Nasuh tövbə budur:

-Günahlara peşmanlıq.

-Fərz ibadətləri etmək.

-Zülm və düşmənlik etməmək.

-İncik və küskünlərlə barışmaq.

-Bir daha o günaha dönməmək üzrə qərar vermək." (bax. Kənzü'l-Ummal, 2/3808)

İnşallah bu şərtləri yerinə yetirsək Allahın tövbələrimizi qəbul edəcəyindən ümidli olarıq.

Ancaq insan hər vaxt qorxu və ümid içərisində olmalı. Nə ibadətlərimizə güvənib öyünə bilərik. Nə də günahlarımızdan ümidsizliyə düşə bilərik. Mən çox yaxşıyam, bu işi həll etdim demək nə qədər səhvsə; mən bitdim, məni Allah qəbul etməz demək də o qədər səhvdir. Ayrıca, günahını anlayıb tövbə edib, Allaha sığınmaq da böyük bir ibadətdir.




15-01-2010 03:26:13

Düğüme özel