Ana səhifə

Zina etmək olarmı?


YazdırSend to friend
Sual Detayı: 
salam bir muselman oglanla tanish olmusham amma biz hele ne evli ne de ki nishanliyiq onun evlenme vaxtidir qadina ehtiyaci var,o bashqa muselman qadin yanina gede biler hansi sertlerle?
Cavab: 

Və aleykumusSalam.

Öncəliklə evli olmadığınız halda təklidə görüşməyiniz, cüzi də olsa bir birinizə toxunmanız haramdır. Həmçinin oğlanın hələ naməhrəmi olan bir qıza özü ilə əlqədar olan belə bir şey deməsi ədəbsizlik və qıza qarşı hörmətsizlikdir.

Bir xanımla bir bəy arasındakı naməhrəmlik yalnız NİGAHla aradan qalxar.

İkinci olaraq, onun qadına yox, təqvaya (Allah qorxusu), tövbəyə ehtiyacə var. Əgər nəfsinə söz keçirə bilmirsə ya evlənsin ya da nəfsini tərbiyə edib özünə qul etsin, yoxsa özü ona qul,kölə olmasın. Bunun ən qısa, gözəl yolu ORUCdur.Sizin soruşduğunuz və onun etmək istədiyi BÖYÜK GÜNAH olan Zinadır.

Unutmayın, bu gün bunu sizə deyib belə şey etmək istəyən birisi sizlə evlənəndən sonra da belə bir hərəkət edə bilər.

Və insanın nəfsi, istəklərini yerinə yetirməklə doymaz.Əksinə nəfsin istədiklərini verməklə onun istəkləri daha da artar.



24-07-2014 03:32:10