İslam alimlərinin “Allah yaratdığının xaricindədir” kimi bir ifadələri var?

By:

Nov 8, 2009

 

- “Allah vardı, onunla birlikdə heç bir şey yox idi.” (Kenzu’l-ummal, h. No: 29850) hədisindən başa düşüldüyü kimi yer və göylər də daxil olmaqla yaradılmış varlıqdan heç bir əsər yox ikən, Allah var idi və təbiətilə nə göydə, nə də yerdə idi. Elə Əzəli olmağın da mənası budur.

 

- “Allahın zaman və məkanın xaricində olduğu” inancı əhli-sünnətin əsas fikridir. “Ərşi hökmünə alması” mövzusunun çox ciddi təhlil olunmasının hikməti də budur.

Alimlərin bu kimi mütəşabih (mənası dərin) mövzulara yanaşnası iki şəkildədir:

Birinci metod daha əvvəlki-sələf alimlərinə aiddir. Sələf alimlərinin bir çoxu bu mövzuda fikir söyləməkdən çəkinmiş, ayənin zahiri ifadəsinə olan hörmət üçün, məsələn, “istiva (hökmü altına almaq) vardır, ancaq mahiyyəti bilinmir” deyərək mövzuya mütəşabih olaraq baxmış və həqiqi mənasını Allahın sonsuz elminə həvalə etmişlər. “Quranda necə bir ifadə istifadə edilmişsə, biz də onu olduğu kimi qəbul edirik, ancaq gerçək mənasını Allaha həvalə edirik. Quranda “Rəhman/Allah Ərşi hökmü altına aldı” deyilir. Biz də bunu belə qəbul edirik. Ancaq bununla Allah nəyə işarə etmişsə, biz də ona iman edirik.” demişlər.

İkinci metod daha sonra gələn (xələf) alimlərinə aiddir. Onlar ayələrin dərin mənalarını səhv anlamağın qarşısını almaq üçün deyirlər ki, Allah məkanın xaricində olduğuna görə, bu kimi ayələri tevil etmek/ ayədə işarə edilən mənanı tapıb üzə çıxarmaq lazımdır. O da budur: Ərşi hökmü altına almaq (istiva etmək)/ taxta çıxmaq mənasına gəlir. Bu çıxmaq həqiqi deyil, məcazidir. “Bir padşah taxta çıxdı, bir rəhbər rəhbərlik kürsüsünə oturdu” deyildikdə həqiqətdə onun maddi bir kürsüdə oturduğu mənasında işlənmir. Elə bunun kimi “Allahın Ərşi hökmünə alması Onun bütün kainata hökmran olduğunu ifadə edir.”

- Məlumdur ki, bütün yaradılanlar, bir cəhətdən, zaman və məkanla əlaqədardır. Zaman və məkan olmadığı vaxtda da Allah var idi. O, zamanı və məkanı yaratmadan, məkan və zamanın fövqündə duran bir varlıq olduğu kimi, indi də elədir. Çünki Əzəli varlıqda dəyişiklik olmaz.

“Allahın heç bir bənzəri yoxdur.” (Şura surəsi, 42/11) ayəsində də bu həqiqətə işarə edilir. Çünki məkanda yer almaq başqa varlıqlara bənzəmək mənasına gəlir.

- Allahın bir adı Saməddir. Hər şeyin ona möhtac olduğu, Özünün isə heç bir şeyə möhtac olmadığı mənasını verir və onun heç bir bənzərinin olmadığını göstərir. Əgər Allah məkana möhtacdırsa, onda Saməd olmaz və onda bir maddə olan məkan da əzəli olardı. Bu isə İxlas surəsinin sirrinə ziddir və materialist düşüncə tərzidir.

- İmam Qəzali “Allahın altı cəhətin xaricində olduğu...” (bax: el-İktisad fi’l-İ’tikad, 1/12-17) mövzusunu sübut etməyə çalışarkən eyni zamanda Onun yaratdıqlarının xaricində olduğunu da vurğulamış olur.

-Bədiüzzamanın “Dairə-i mümkinatın xaricində olan Zat-Vacibu’l-vücud...” (Lemalar/232-ci Lema/3-cü Muhal) ifadəsi də Allahın yaradılanlar dairəsinin xaricində olduğunu vurğulayır.