Quranda, Əvvəl və Axır, Zahir və Batin adları nə üçün birlikdə istifadə edilib?

By:

Nov 9, 2009

Əvvəl adı Allahın əvvəl olduğunu, varlığı üçün bir başlanğıc düşünülə bilməyəcəyini, Axır adı isə Allahın şəxsi və sifətləriylə daimi olduğunu, yox olmaqdan, fani olmaqdan uzaq olduğunu ifadə edər. Zahir adı, Allahın varlığının bu aləmin varlığından daha açıq olduğunu, bizə bildirir. Əlmalılı Həmdi Əfəndi, bu yığcam ifadəsiylə bu həqiqəti çox gözəl dilə gətirir:

 

"O hər şeydən Zahir, heç bir şeylə naməlum Batindir." (Haqq Dini Quran Dili) Bu aləmdə yaradılan hər varlığın bir əvvəli vardır. Çünki, hər məxluq sonradan yardılandır. Və yenə hər varlığın bir axırı vardır. Çünki hər məxluq fanidir. Elə isə, bütün əvvəl və axır aləmlərini birdən nəzərə aldığımızda, bu aləmin bu iki adın təcəlliləriylə sanki qaynaşdığını görərik.

 

Zahir və Batin adları da elə. Nur külliyyatından Əsayı Musada bu dörd adın təcəlliləri möcüzə bir şəkildə izah edilər. Bütün nüvələrin Əvvəl adına, bütün meyvələrin Axır adına, bitkilərin bədənlərinin Zahir adına, bir fabrik mahiyyətindəki iç aləmlərinin isə Batin adındauyğun gəldiyini görərik. Bu gözəl missal ilə təfəkkürümüzü genişlədə bilərik. O zaman görərik ki, məxluqatda bu dörd ad birlikdə təcəlli edirlər.

 

Hər insan günəş sisteminin batinində, yer kürəsinin zahirində, babasından axır, nəvəsindən əvvəldir. Kainat da bizim kimi. O da Nuru Məhəmməd (s.ə.s.)ın axırında, ərşin batinində, axirətin əvvəlindədir.

 

Əvvəl, Axır, Zahir və Batin olan Allah, batinlərdə nə qədər varlıqları batinləriylə birlikdə yaradır və daha sonra onları zahirə çıxarır. Hamımızı sperma deyilən bir əvvəl üzərində tikdi. Bu əməl anamızın batinində icra edildi. Və bizim batinimizdəki ürək, ciyər, damar, sinir kimi nə qədər orqanlar və sistemlər yerləşdirdi. Sonunda o batindən bu dünyanın zahirinə çıxardı. O anda özümüzü kainatın batinində gördük.

 

Bu dörd adın möcüzə bir təcəllisi də ruhumuzda mövcud. Ruh əvvəldir; çünki o var ikən bədən yox idi. Axırdır; bədən çürüyüb getsə də o varlığını davam etdirər. Zahirdir; onun varlığı bədənin varlığından daha açıqdır; bədəndəki hər fəaliyyət onun varlığından xəbər verər. Batindir, ağıl onun mahiyyətini bilməkdən aciz olar.