ƏL-CƏBBAR

By:

Nov 9, 2009

"Məxluqatı, iradəsinə uyğun gəlməyə məcbur edən."

"Dilədiyini edən."

"Varlıqların nöqsanlarını düzəldən, işlərini islah edən."

"O, ...Əzizdir, Cəbbardır, Mutəkəbbirdir."(Həşr, 23)

Cəbr, ‘seçmə haqqından məhrum buraxma' deməkdir və iradənin ziddidir.

Bu kainat və içindəki məxluqat, yoxluqdan varlığa öz iradələriylə deyil, bir cəbr ilə çıxarılmışlar.

Günəşin günəş olması kimi Ayın ay, dağın dağ, dənizin dəniz olmaları da icbar yoluyla, yəni bir məcbur etmə ilə reallaşmışdır.

Bu var ki, Alim və Hakim olan Allahın icbarı da elm və hikmət ilədir.

Rəhm və Kərim olan Allahın cəbr ilə etdiyi hər qənaətin altında rəhmət və kərəm gizlidir.

•••

Ağlı başında olan hər insan, bu kainatda məcburi olaraq icra edilən ilahi hərəkətlərin nə qədər rəhmət və hikmət daşıdığını ibrətlə seyr etməli və nəfsin arzularına qapılmadan özünü o Cəbbara təslim edərək əmri dairəsində bir ömür yaşamalıdır.