Müsəlman bir qadının stilist olması, lazım olduğunda da İslami olmayan paltarların şəkil və tikişiylə məşğul olması haram qazanca girər?

By:

Nov 22, 2009

Bu mövzuda lazım olan məlumatların xülasəsini aşağıda ifadə edəcək və nəticə çıxarmasını da sizə buraxacayıq:

 

- Quranın bizə dərsi budur:

"Yaxşılıq və təqvada bir-birinizə köməkçi olun, lakin günah və düşmənlikdə bir-birinizə köməkçi olmayın. "(Maidə, 5/2).

 

- İslama zidd olan hər hansı bir iş etmək günah gətirər.

 

- Hənəfi məzhəbinə görə, xarici ölkələrdə müsəlman olmayanlara məxsus olaraq edilən bəzi işlər -İslama zidd də olsa- caizdir. Çünki, o iş, söz mövzusu ölkənin qanunlarına uyğundur və dolayısilə də bir kimsəni aldatmaq söz mövzusu deyil. Ancaq digər məzhəb alimləri bu görüşə qatılmırlar.

 

- Çəkdiyiniz modeli müsəlman olmayanlar da etdirib geyə bilərlər. Bunda qorxu olmaz. Müsəlmanlara gəlincə, onlar da bu modeli istəyərlərsə caiz olan yerlərdə geyərlər. Məsuliyyət sizin olmaz.

 

- Bu şərhlər işığında vicdanın səsini dinləyə bilər, ona görə hərəkət edə bilərsiniz.