ƏL-FƏTTAH

By:

Dec 3, 2009

"Rəhmət və ruzi qapılarını açan."

 

"Çətinlikləri asanlaşdıran."

 

"Hidayətiylə ürəklərə iman və bacarıq qapılarını açan."

 

"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.” (Əraf Surəsi, 96)

 

Bir milyondan çox heyvan növü və ondan daha çox bitki növü olduğunu bilirik. Bu növlərə girən fərdlərin sayını bilmək isə ancaq Allaha məxsusdur.

 

Sonsuz deyiləcək qədər çox olan bu fərdlərin bütün planları, spermalarda, yumurtalarda yaxud nüvələrdə ilahi elm və hikmətlə yazılmış.

 

Bu nöqtələrin kitab halına gəlməsi, bu planlardan strukturlar qurulması Fəttah adının təcəllisiylə başlar. Canlılar aləminə bu nəzərlə baxa bilsək və onları, dünənki planların canlanmış və böyümüş halları olaraq qiymətləndirə bilsək, Fəttah adının sonsuz təcəllilərini görər və heyran olarıq.

 

Fəttah adının bir başqa sahəsi də mənəvidir. Ürəklərdən qəflət pərdəsinin qaldırılması və o ürəklərin iman və hidayətə açılması Fəttah adının ən möhtəşəm, ən bərəkətli və ən qiymətli təcəllisidir.

 

Gözü açılan bir insanın bir anda səmalara çıxması, dağlarda gəzməsi, dənizləri qucaqlaması kimi, ürəyindən qəflət pərdəsi qalxan bir insan da ilahi adlara və bu adların qaynağı olan ilahi sifətlərə həmsöhbət olar.

 

İmam Qəzali Həzrətləri də fəthin həm maddi həm də mənəvi istiqaməti olduğuna işarə edərək, maddi fəth üçün, "Biz, (Hudeybiye razılaşmasıyla) sənə həqiqətən bir fəth (yolunu) açdıq." (Fəth Surəsi, 1) ayəsini; mənəvi fəth üçün isə, "Allahın insanlara açacağı rəhməti dayandıracaq yoxdur." (Fatır Surəsi, 2) ayəsini misal göstərər.