ƏL-KABİD / ƏL-BASİT

By:

Dec 3, 2009

Kabid: "Daraldıb sıxan.", "Qıtlıq verən"

 

Basit: "Açıb genişlik verən. ","Bollaşdıran."

 

"Allah, daraldar və genişlədər və siz Ona çeviriləcəksiniz."( Bəqərə Surəsi, 245)

 

Bu iki ad həm maddə, həm də məna aləmi üçün etibarlıdır. Zənginlikdə genişlik, kasıblıqda darlıq olduğu kimi, elmdə genişlik cəhalətdə darlıq vardır.

 

Bu iki mübarək adın ən böyük təcəlliləri, insanın ürək və ruh aləmində özünü göstərər. Çünki, ruh bədəndən, məna da maddədən üstündür.

 

Qulun, cüzi iradəsini Haqqın razılığı istiqamətində istifadə etməsiylə ürək və ruh aləmində bir genişlik hasil olar. Əks halda insan ruhi çətinliklər, günümüz misalıyla stresslər içində pərişan olar.

 

Təvəkküldə genişlik, səbirsizlikdə darlıq vardır.

 

Bağışlamada genişlik, intiqam hissində darlıq vardır.

 

Comərdlikdə genişlik, xəsislikdə darlıq vardır.