ƏL-HAKİM

By:

Dec 3, 2009

"Hökm edən, haqqı yerinə yetirən."

 

"Hökmlərində zülm olmayan."

 

"(De ki:) Allahdan başqa bir hakim axtarım?Halbuki O, sizə Kitabı təfsilatlı olaraq endirmişdir." (Ənam Surəsi, 114)

 

Bu ad yad edilərkən, xəyalımız bizi məhşər meydanına aparar. O dəhşətli meydana çıxış, ilahi bir hökmlə olduğu kimi, orada müəyyən bir müddət gözlənilməsi də yenə ilahi iradə və hökm ilədir.

 

Bu hökmün icra edilməsiylə, dünya tarlasının bütün məhsulları bir yerə toplanır. İlahi hakimiyyət qarşısında hər kəsin aciz və zəlil qaldığı, hiss etdirilər.

 

Mizan qurular və "hökmün ancaq Allaha aid olduğu" bütün əzəmətiylə hər kəsə göstərilər.

 

Daha sonra, yenə Allahın hökmüylə, bir qisim insanlar bir-başa Cənnətə girər. Bir qisimi, günahları qədər yanmaq üzrə Cəhənnəmə göndərilərlər. Bir başqa qrupun isə əbədi olaraq Cəhənnəmdə qalmalarına hökm edilər.

 

Əlbəttə ki, bu adın təcəllisi yalnız axirətə məxsus deyil. Bu dünyada da bütün varlıqlar bu adın təcəllisinə tabedirlər. İnsanı misal alaraq danışaq: İnsanın dünyaya gəlişi kimi ölümü də ilahi hökm ilədir. Orqanlarının yerləri, şəkilləri, böyüklükləri, vəzifələri həmişə ilahi hökm ilə təsdiqlənmişdir.

 

Digər bütün varlıqlar da, Allahın təqdir etdiyi xüsusiyyətlərə sahib olar və Onun hökmü altında vəzifə görərlər.