ƏL-KƏRİM

By:

Dec 3, 2009

"Kərəmi və hədiyyəsi bol olan."

 

"Comərdliyi daimi olan."

 

"Bir qarşılıq güdmədən inayətiylə lütf edən."

 

"...Kim şükr etsə, artıq o özü üçün şükr etmişdir, kim nankorluq etsə, həqiqətən mənim Rəbbim Ğanidir (heç bir şeyə ehtiyacı olmayandır), Kərimdir." (Nəml, 40)

 

Allahın bütün varlıqlara, xüsusilə canlılara etdiyi sonsuz lütfkarlıq və hədiyyələr hər kəsə məlumdur. Hava nemətindən, bütün canlıları faydalandıran Allah, bu köməklərini və hədiyyələrini qarşılıqsız olaraq etməkdə, beləcə sonsuz kərəminin saysız nümunələrini sərgiləməkdədir.

 

Bu ad, insanlar üçün istifadə edildiyində, ‘şərəfli, etibarlı, comərd' kimi mənalara gəlir. Bu var ki, insanlar çox vaxt köməklərini qarşılıqsız etməz, maddi və ya mənəvi bir ödəniş gözləyərlər. Halbuki, kərim olan şəxs, etdiyi köməyə, qarşılıq gözləməz. Bir kasıbın qarınını doyurduqdan sonra, ondan iş tələbində olan insana ‘kərim' deyilməz.

 

Bir ömür boyu, nəfslərinin təminiylə məşğul olan və şəxsi mənfəət arxasında dayanmadan qaçan kəslər, Kərim adının bolluğundan nəsibsizdirlər; insanlar arasında məqbul sayılmadıqları kimi Allah qatında da dəyərsizdirlər.

 

Comərdliklə əlaqədar bu hədis bu nöqtədə çox ibrətlidir:

 

"Comərd, Allaha yaxın, Cənnətə yaxın, insanlara yaxın, Cəhənnəmdən uzaqdır."