ƏL-HAKİM

By:

Dec 3, 2009

"Hökm və hikmət sahibi."

 

"Hər şeyi olduğu kimi bilən."

 

"Lazım olanı ən gözəl və ən faydalı şəkildə edən."

 

"...Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların bütünü Onu təsbeh etməkdədir. O, Əzizdir, Hakimdir." (Həşr surəsi, 24)

 

Bu görünən varlıq aləminə, kitabı aləm deyildiyi kimi, ilahi fərmanın bir adı da Quranı Hakimdir. Quranın bütün əmr və qadağan etdiklərinin insanın faydasına olduğunun ən açıq bir dəlili, bu kainat kitabının elm və hikmətlə sanki qaynaşmasıdır.

 

Hər bir fən, bu aləm kitabındakı sonsuz hikmətlərin yalnız bir istiqamətini şərhə çalışar. Bitkilərdən, heyvanlardan, dənizlərə, yeraltına və ulduzlara qədər hər aləm, ayrı bir elm budağının mövzusu olmuş və hər biri haqqında yüzlərlə, minlərlə kitab yazılmışdır. Aləmin bir kiçik kimi olan insanın dərisi, iç orqanları, ürəyi, gözü, qulağı ayrı bir elm budağının araşdırma mövzusudur.

 

Bu aləmdə, hər şeyin nə qədər hikmətlərlə dolu olduğunu görən insan, özünü məqsədsiz, faydasız qəbul edə bilməz. Boş şeylərlə məşğul olub ömürünü məhv edə bilməz.

 

Ruhun xanası olan bədən, bu qədər hikmətli edildiyinə görə, o xanada qənaət edən ruh necə hikmətsiz ola bilər!?..

 

İnsan ruhunun və ürəyinin də hikmətli bir yol tutmaları, ancaq Quranı Hakimə uyğun gəlmələriylə mümkündür.

 

Hakim adından lazımlı dərsi alan bir mömin, hər şeyi hikmətlə edən və insanın ruhunda və bədənində nə qədər hikmət cilvələri sərgiləyən Rəbbinin hikmətinə uyğun hərəkət etməyə səy göstərəcək, faydalı işlər edəcək, boş və zərərli şeylərdən çəkinərək axirəti üçün maksimum dərəcədə savab qazanmağa çalışacaq.

 

Əşyada gizli ilahi sirləri və məqsədləri kəşf etmək üçün səy göstərəcək, hikmətin ‘faydalı elm və saleh əməl' tərifinə uyğun olaraq, yalnız həqiqəti öyrənməklə qalmayacaq, elmini əməllə dəstəkləyərək Hakim adına nail olmadan nəsibini alacaq.

 

Beləcə, "(Allah) hikməti dilədiyinə verər. Kimə hikmət verilmişsə, şübhəsiz ona bir çox xeyr verilmişdir" (Bəqərə surəsi, 269) ayəsində müjdədən nəsiblənməyə çalışacaq.