ƏL-MÜBDİ

By:

Dec 3, 2009

"Varlıqları daha əvvəl bir misli və bənzəri olmadan ilk dəfə yaradan."

 

Varlıqların yaradılışı iki tərzdədir: Biri icad', digəri isə inşa. İcad', daha əvvəl edilmiş bir başqa şeyi təqlid etmədən, bir şeyi ilk və son olaraq ən mükəmməl və mislsiz şəkildə yaratmaq deməkdir. Nə günəş sistemi bir başqa sistemdən nümunə götürülərək yaradılmışdır, nə insan, nə də bir başqa canlı.

 

Bunların hamısında Mübdi' adı təcəlli etmişdir.

 

Bütün varlıq aləminin nüvəsi olan Nuru Məhəmmədi də icad' ilə bədən tapmışdır.

 

Nur Külliyyatında keçən, "Əşya zaval və adəmə getmir, bəlkə dairəyi qüdrətdən dairəyi elmə keçirlər" (Məktubat) cümləsində, "əşya yoxluq və heçlikdən gəlmirlər, bəlkə elm dairəsindən qüdrət dairəsinə keçirlər" hökmü də gizlidir. Çünki, yoxluğa getməyən, yoxluqdan da gəlmir deməkdir.

 

Bu hikmət dərsinin işığında belə deyə bilərik:

 

İlahi elmdə mahiyyətləri və bütün xüsusiyyətləri təyin edilən varlıqların, bu aləmdə boy göstərmələri, icad' ilədir.

 

Hər şeyin, özünə xas müstəqil xüsusiyyətləri vardır. Bu istiqamətiylə hər şey, bir bərabər və bənzəri olmadan, ilk dəfə dünyaya gəlməkdədir. Və bu yaradılışda Mübdi' adı təcəlli etməkdədir.

 

İnşa isə, hikmət aləmi olan bu dünyada, bəzi şeylərin bir anda yaxud vaxtsız olaraq deyil də, müəyyən bir zaman hissəsi içərisində və pilləli olaraq yaradılmasıdır. İnşada, ‘tərbiyə hərəkəti' daha hakimdir.

 

 

Qula düşən vəzifə bu təcəlliləri təfəkkürlə oxumaq və hər şeyi misalsız olaraq yaradan O mislsiz şəxsin, varlığına iman edərək, Ona haqqıyla qulluq etməyə çalışmaqdır.