ƏL-VACİD

By:

Dec 3, 2009

"Özünə darlıq, acizlik və kasıblıq aid olmayan"

 

İmam Qəzali Həzrətləri, Vacid sözünün ziddinin fakıd, yəni ‘itirən, əldə edə bilməyən, arzusuna qovuşa bilməyən' olduğunu bəyan edər. Buna görə, Vacid adı, bunlardan uzaq olan şəxs demək olur.

 

Vacid olan şəxs, sonsuz elm, mütləq iradə, sonsuz qüdrət... sahibi olmalıdır. Vacid adında bütün ilahi sifətlərə işarə və dəlalət vardır.

 

Bu adı yad edən insan, özünün son dərəcə aciz və kasıb olduğunu xatırlayar. Acizliyi və kasıblığı bədənindən kainata, dünyadan axirətə uzanmaqdadır. Bütün bunlara möhtac olmaqla son dərəcə kasıbdır və bunların heç birini edə bilməməsi cəhətiylə də sonsuz acizdir.

 

Mömin çox yaxşı bilər ki, onun bütün ehtiyaclarını görən və güc çatdıra bilmədiyi şeyləri əmrinə verən, ancaq Vacid olan Allahdır.