Qədr, Kaviyy və Mətin adları arasındakı fərq nədir?

By:

Dec 3, 2009

Qədr, Kaviyy və Mətin adları arasındakı fərqi bir dərəcə anlamaq üçün bu adların, sırayla qüdrət, qüvvət və mətanətlə əlaqədar olduqlarını diqqətə almaq lazımdır. Qüdrətin ziddi ‘acizlik,' qüvvətin ziddi ‘zəiflik və gücsüzlük,' mətanətin ziddi isə ‘möhkəm olmamaq, dayanıqsız olmaqdır.

 

Bunları düşünərkən, haqqında danışılan sözlərin bizim üçün ifadə etdikləri mənalarla, Allahın Qədr, Kaviyy və Mətin adlarının, haqqıyla bilinə bilməyəcəyini diqqətdən uzaq tutmamalıyıq.

 

Allahın şəxsi məxluqatına bənzəmədiyi kimi, qüdrəti, qüvvəti və mətanəti də məxluqatdakı qüdrət, qüvvət və mətanətə bənzəməzlər.