ƏL-MUQADDİM / ƏL-MUAHHİR

By:

Dec 3, 2009

Muqaddim: "Dilədiyini önə keçirən.", "İrəli çəkən"

 

Muahhir: "Dilədiyini geri buraxan.", "Təxirə salan."

 

"Allahı əsla zalımların etdiklərindən qafil sanma. Onları gözlərin dəhşətlə çölə atılacağı bir günə təxirə salmaqdadır." (İbrahim surəsi, 42)

 

 

Hər iki ad da Cənabı Haqqın iradəsiylə əlaqədardır. Hakim olan Allahın bu diləmələri də hikmət üzrədir.

 

İnsan bədəninə baxaq: Başa bir üstünlük verilmiş, qiymət və rütbə tərəfindən digər orqanların qabağına keçrilmişdir. Görmə, eşitmə, danışma, iyləmə kimi nə qədər fəaliyyətlər insan başında icra edilməkdədir. Bədənin hamısında hökm edən bütün sinir sistemləri insan beynində mərkəzləşmişdir. Beləcə baş, digər orqanlara məsələn, ayaqlara təqdim edilmiş, ayaqlar geri buraxılmışdır.

 

Hər iki təcəlli də hikmətlidir və insanın mənfəətinə uyğundur.