ƏL-BƏRR

By:

Dec 3, 2009

"Yaxşılıq və lütf edən."

 

"Qullarına qarşı yaxşılığı çox olan."

 

"Şübhəsiz, biz bundan əvvəl (dünyada ikən) Ona (Allaha) dua edərdik. Həqiqətən O, yaxşılığı bol, çox olandır."( Tur surəsi, 28)

 

Allahın yaxşılıq və lütfkarlıqları saymaqla bitməz. İnsan, başqalarına yaxşılıq etdiyi nisbətdə bu addan feyz alar. Bu yaxşılıq, acları doyurma, evsizləri saxlama şəklində ola biləcəyi kimi, bilməyənlərə öyrətmə, pozğun yolda gedənləri xəbərdar etmə şəklində də ola bilər.

 

İnsanlara zərər verər düşüncəsiylə, yoldakı bir daşı qaldırmağı belə savab sayan və yenə insanlara təbəssüm etməyi sədəqə qəbul edən dinimiz, beləcə bizi daim və hər vəsiləylə yaxşılıq etməyə təşviq etməkdədir.

 

Bir yaxşılığa ən az on qat savab verilməsi, Allahın Bərr adının bir təzahürüdür.