ƏT-TƏVVAB

By:

Dec 3, 2009

"Qullarının tövbəsini qəbul edən."

 

"Qullarına tövbə qapılarını açan, onları tövbəyə sövq edəcək səbəblər yaradan."

 

"Qullarını cəzalandırmayıb bağışlayan."

 

"Ancaq, tövbə edib hərəkətlərini düzəldənlər və həqiqəti gizləməyib açıqlayanlar; artıq mən onların tövbələrini qəbul edərəm. Mən, Təvvab və Rəhiməm." (Bəqərə surəsi, 160)

 

 

Üsyanlarının artmasıyla tövbə qapısından uzaqlaşan qullarını, Cənabı Haqq dəyişik vəsilələrlə düşünməyə və peşman olmağa göndərər.

 

Bütün ilahi qadağanlar qulu tövbəyə sövq edən səbəblərdəndir.

 

İnsanı səhvdən çevirən əhəmiyyətli bir vəsilə onun vicdanıdır. Necə ki, Allah, insanı ‘yaxşını pisdən ayıracaq bir qabiliyyətdə yaratdığını' Şəms surəsində, "Ona (o nəfsə) fücuru da təqvanı da ilham etdi" ayəsiylə xəbər verir.

 

Bəzən də, oxuduğu bir əsər, dinlədiyi bir nəsihət onu peşmanlığın eşiyinə gətirər.

 

Tez-tez qarşılaşdığı ölüm hadisələri, başsağlığı mərasimləri bir tövbə vəsiləsidirlər.

 

İnsan bəzən də səhv yolda gedənlərin pis aqibətlərinə şahid olar və özünə səliqə-sahman vermək istər.

 

Allah, bu və bənzəri nə qədər səbəblərlə qullarını tövbə etməyə sövq edər.