MALİKUL-MÜLK

By:

Dec 3, 2009

"Bütün mülk aləminin yeganə sahibi."

 

"Mülkündə dilədiyi kimi hər şeyi edən."

 

"De ki: Ey mülkün sahibi Allahım, dilədiyinə mülkü verərsən və dilədiyindən mülkü çəkib alarsan, dilədiyini əziz edər, dilədiyini zəlil edərsən; ‘xeyr' sənin əlindədir. Həqiqətən sən, hər şeyə qadirsən." (Al-İmran surəsi, 26)

 

 

Bu aləmdə heç kim heç bir mülkün həqiqi sahibi deyil. Nə günəş, planetlərinə malikdir, nə də ağaclar meyvələrinə.

 

Yunus Əmrə:

 

Mal sahibi mülk sahibi.

Hanı bunun ilk sahibi?

deyərək, insanların bu mülk aləmində sırayla növbətçilik etdiklərini və özlərinə əmanət verilən mülkü geridə buraxaraq, bu dünya məmləkətindən köçdüklərini çox gözəl ifadə edər.

 

Allah, insana şüur və ağıl lütf etməklə, bu mülk aləmindən süzülmüş müstəsna bir qonaq, həssas bir meyvə olduğunu ona idrak etdirmişdir.

 

Bütün aləmlərdə dilədiyi kimi qənaət edən Allah, insanda da əlbəttə dilədiyi kimi qənaət edəcək. Necə ki edir və onu öz iradəsi xaricində sperma, əlaqə... mənzillərindən keçirdiyi kimi, uşaqlıq, gənclik, qocalıq mənzillərindən keçirərək qəbir aləminə göndərir.

 

 

Ömürünü bu şüurla keçirən bir qulunu, O Malikul-Mülk, Cənnət məmləkətinə qoyacaq və orada əbədi səadətə salacaq